Facebook Twitter WhatsApp

Oğlan adları

Oğlan adları və Mənaları

Sual: Qiymətli adlardan bəzilərini və mənalarını bildirərsiniz?

CAVAB

Haqlı olaraq uşağına qoyacaq adın mənasını öyrənmək istəyənlər olur, adların mənasını soruşurlar. Biz burada daha çox maraq edilən adları bildiririk.

Abidin: İbadət edənlər qulluk edənlər.

Adnan: Üstün insan.

Affan: Çirkin şeylərdən qaçınan, iffətli, namuslu.

Agah: Bilgili, bəsirətli, xəbərdar, oyanıq.

Ahi:Yoldaş, dost, comərd, igid.

Əhməd: Çox təriflənmiş, bəyənilmiş.

Əlican: Cana yaxın, qanı isti, candan.

Əlişan: Şan və şərəfi uca olan.

Əlişir: Aslan Əli.

Alpaslan: Qorxusuz, igid, güclü, qüvvətli.

Alpər: Cəsur əsgər, igid əsgər.

Alpərən:Həm din adamı həm komandir olan igid.

Altəmur: Dəmirin qorlaşmış qırmızı halı.

Amir: Abadlıq edən.

Ammar: Bir yeri baxımlı hala gətirən.

Aşkın: Aşmış, irəli, üstün, seçkin.

Ata: Ata, baba, qoca, təcrübəli, bilgili.

Atalay: Tanınmış, məşhur.

Ataullah: Allahın hədiyyəsi, ehsanı, lütfü.

Avşar: İşi dərhal edən.

Aykan: Qanı parlaq və canlı.

Aykut: Hədiyyə, mükafat.

Aytəkin:Ay kimi tək və yeganə olan, çox qiymətli.

Ayvaz: Ər, eş.

Babacan: Cana yaxın, etibarlı, anlayışlı.

Baha: Dəyər, qiymət, zəriflik, üstünlük.

Bahadır: İgid, cəsur, qəhrəman.

Battal:Qəhrəman, cəsur, çox böyük.

Batu: Güclü, qüdrətli.

Bədir: Bütöv ay. Ayın on dördü kimi gözəl.

Bəhcəd: Sevinc, gülər üzlü, şirin.

Bəhlül: Çox gülən, xeyr sahibi, comərd.

Bəhnan: Yaxşı xasiyyətli, gülər üzlü, hər kəs tərəfindən sevilən.

Bəhram: Mərih ulduzu.

Bəhzat: Soyu gözəl, doğuşdan zadəgan.

Bəkir: İlk uşaq. Gənc, təzə.

Bəktaş: Eyni yaş, eş.

Bəra: Fəzilət, üstünlük sahibi.

Berkan: Şakıyan, parıldayan.

Bərkin: Güclü, möhkəm.

Bəşər: İnsan.

Bəşir: Müjdələyən. Gülər üzlü.

Bilal:Su.

Bilgəxan: Dərin bilgi sahibi xaqan.

Bişr: Gülər üzlü.

Buğra:Kişi dəvə, hindi, aslan.

Burak:Peyğəmbər əfəndimizin Miracda mindiyi at.

Burhan: Dəlil, möhkəm dəlil, haqqı batildən ayıran.

Bülənt: Yüksək, uca, uzun.

Cəfər: Çay, dərə, kiçik axar su.

Cabir:Cəbr edən, məcbur edən, qalib gələn.

Can: Ruh. Əziz, sevgili. Könül.

Candar: Silahlı əsgər.

Canər: Can dostu.

Canib: Yan, tərəf, istiqamət.

Carullah: Allaha yaxın olan, Allah dostu.

Cəlal: Əzəmət, şərəf, kamal və ikram sahibi.

Çələbi: Əfəndi, mədəni  və incə insan.

Cem: Hökmdar, şah.

Camal: Üz gözəlliyi.

Cəmaləddin: Dinin gözəli, dinin camalı.

Camalı: Üzü gözəl olan, gözəllik sahibi.

Cənab: Böyük, şərəfli.

Cengiz: Sərt və əsəbi xasiyyətli, könülü yumşamaz.

Cərrah: Əməliyyat edən, operator.

Cəvat: Çox comərd, əliaçıq,  çox ehsan edən.

Cəvdət: Gözəl, qüsursuz, comərd, yetkin.

Cövhəri: Cövhər sahibi.

Cəzmi: Əzmli, qərarlı.

Cihad: Din uğrunda düşmənlə və nəfsi ilə döyüşən.

Cihangir: Dünyanın böyük bir qismini ələ keçirən.

Civan: Gənc, təzə, cavan.

Cihanşah: Dünyanın padşahı.

Cübəyr: Kiçik qəhrəman, kimik igid.

Cüneyt: Kiçik əsgər, əsgərcik.

Dahi: Üstün zəkalı, son dərəcə zəki, anlayışlı.

Dai: Dua edən, duacı, haqq dinə çağıran.

Dana:Çox bilən, bilgili.

Daniş: Bilgi, bilmə, idrak, elm.

Danişmənd: Bilgili, alim.

Davər: Doğru və insaflı olan, ədalətli hökmdar.

Dərviş:Allah üçün alçaq könüllüyü qəbul edən.

Dilhan: İçdən, könüldən söyləyən.

Dilavər: İgid, ürəkli, kişi.

Doğan: Qoçaq və igid.

Dülgər:  Dülgər.

Ecəxan: Xanların başı.

Ecməl: Ən gözəl, ən yaraşıqlı.

Ecvət:Ən comərd, varını yoğunu paylayan. Ən yaxşı olan.

Ede: Ata, böyük qardaş.

Ədalət: Doğruluq, zülm etməmə, haqsızları tərbiyə.

Ədhəm: Qara donlu, yağız at.

Əfə:Qərb anadolu igidi. 

Efkən: Atıcı, dağıdıcı.

Eflah: Tamamilə xilas olan, ən çox talehe qovuşan.

Əkməl: Ən yetkin, mükəmməl.

Əkrəm: Çox comərd, xeyirxah, kərəmi lütfü çox olan.

Əlvan: Rəngli, rəng rəng.

Emcəd:Çox şərəfli və şərəf sahibi.

Əmr: Bir qövmün, şəhərin başı, rəisi.

Emre: Aşıq, dost, böyük qardaş. Bəylərbəyi.

Ənəs: İnsan.

Engin: Ucsuz-bucaqsız dəniz.

Enver: Çox nurlu, çox işıqlı, çox parlaq, çox gözəl.

Ərcümənd: Möhtərəm, şərəfli, etibarlı.

Ərdəm: Fəzilət.

Ərgün: Sərt başlı, oynaq və sürətli gedən at.

Ərhan: İgid hakan.

Ərkam: Rəqəmlər, adlar.

Ərkan: Əsaslar, dirəklər, rəislər.

Ərkin: Müstəqil hərəkət edən.

Ərman: Arzusu, istəyi olan.

Ərol:Sözündə duran ər.

Ərtoğrul: Təmiz ürəkli, doğru insan.

Esat: Çox uğurlu və xoşbəxt.

Əsəd:Aslan, ürəkli, cəsur.

Əsvəd: Qara, əsmər.

Əşrəf:Ən çox şərəfli, etibarı ən çox yüksək olan.

Ətəm: Qüsursuz, nöqsansız.

Evran: Bəxt, böyük ilan.

Əymən: Daha uğurlu, çox talehli, xeyirli. Sağ tərəfdəki.

Eyüb: Tövbə edən, xətalarına peşman olan.

Əzraq: Mavi, göy rəngli. Su kimi saf və təmiz olan. 

Fəzli: Yaxşılıq, fəzilət, ərdəm, lütf.

Fəxrəddin: Dinin böyüyü, dində təriflənməyə layiq.

Falih: İstəyinə qovuşan, bacaran. Cütçü.

Faris: İgid, mərd, minici, at yetişdiricisi.

Faruq: Haqq ilə batili ayıran.

Fasih: Gözəl, düzgün və açıq danışan.

Fatih: Fəth edən, zəbt edən, aşan.

Fatin: Zəki, anlayışlı.

Faysal:Qəti hökm verən. Kəskin qılınc.

Fəzlullah: Allahu təalanın lütfü. Üstün və qiymətli.

Fəda: Qurban olma, nəzərdən çıxarma.

Fədai: Canını əsirgəməyən, can verməyə hazır.

Fəramuz: Şanlı, şərəfli, şöhrət qazanmış.

Fəramuş: Xatirdən çıxan, unudulan.

Fərhan: Sevincli, şən, fərahlı, məmnun.

Fərhat:Sevinc, nəşə sahibi.

Fəridüddin: Dinin ən üstünü.

Fəridun: Tək, əşi və bənzəri olmayan, qiymətli cövhər.

Fərman: Əmr.Padşahların tərəfindən verilən əmr.

Ferruh: Uğurlu, mübarək, üzü nurlu, aydın.

Fəttah: Fəth edən, hər cür müşkülləri asanlaşdıran.

Feyyaz: Feyz, bərəkət və bolluq verən.

Feyzullah: Allahu təalanın feyzi.

Fuat: Qəlb, könül.

Furqan: Yaxşı ilə pis, doğru ilə səhv arasındakı fərqi göstərən.

Füzuli: Çox, mənasız, yersiz.

Qazanfər: İgid, aslan kimi cəsur.

Qazi: Hərbdən sağ qayıtan.

Gövhəri: Brilyant kimi təmiz insan.

Gıyas: Kömək edən.

Giray:Krım xanı.

Gürbüz: Toplu, güclü dinc kişi.

Habbab: Sevən, sevgili, dost.

Habil: Yumşaq və təmiz xasiyyətli.

Hacib: Qapıcı, qapıcı başı.

Hafi: Gülər üzlü, çox ikramcı, gizli.

Hafid: Nəvə.

Xaqan: Türk hökmdarı.

Hakəm: Hökm verən.

Haki: Hekayə edən, izah edən.

Haqqı:Doğru olan, irfan sahibi, insaflı.

Haldun: Davamlı yaşlanıb qocalamayan.

Xəlifə: Birinin yerinə keçən.

Xəlil: Dost, sevgili, səmimi dost, içdən yoldaş.

Xaluq:Yaxşı və gözəl xasiyyətli, dolanışıq əhli, İslama yaraşar.

Həmdullah: Allahu təalaya həmd edən.

Hammad: Çox həmd edən, çox dua edən.

Həmzə: Aslan, heybətli, əzəmətli.

Xan: Xaqan və ya xaqana bağlı hökmdar.

Hənəfi: İstiqamət üzrə olan.

Hani: Yumşaqlıq və təmkin sahibi.

Həsən: Gözəl, yaxşı, xoş.

Hasəki: Hökmdarların xidmətlərinə təsis edilən şəxs.

Hasibi: Comərd, yaxşılıq edən.

Hasin: Qüvvətli, möhkəm, müfahizə edən.

Xatəm: Möhür, üstü möhürlü üzük, ən son.

Xəttab: Çox gözəl danışan və nəsihət edən.

Hatib: Xitab edən, gözəl söz söyləyən.

Xəyali: Xəyal edən.

Heydər: Aslan, cəsur, igid, qəhrəman.

Heyrani: Heyran olan.

 Hayrəddin: Dində xeyirli kimsə, dinin xeyirlisi.

Haşim: Əzən, parçalayan. Hörmət və ikram edən.

Haşmət: Heybət və ehtişam sahibi. Təvazö göstərən.

Həzim: Ehtiyatlı, bəsirətli, gözü açıq, həzmli.

Xıdır: Yaşıl.

Xicabi: Xəcalətli, utancaq, həyalı, ədəbli, tərbiyəli, iffətli.

Xilmi: Yumşaq xasiyyətli, səbirli, təmkinli, sakit.

Ximmət: Lütf edən, səy edən.

Xişam: Həya edən, utanan.

Xud:Böyük, çox hörmət edən.

Xulusi:Xalis, saf, səmimi, candan, içi təmiz.

Hurşid: Günəş.

Huzeyfə: Kiçik səhəngci,  səhəngci şagirdi.

Hüccət: Sənəd, vəsiqə, dəlil.

Xüdavəndigar: Hökmdar, sultan, əmr, hakim.

Xüdayi: Xüdanın qulu.

Xümayun: Mübarək, xoşbəxt, padşaha olan.

Xüsaməddin: Dinin iti qılıncı.

Hüseyn: Kiçik gözəl.

Xosrov: Padşah, hökmdar, sultan.

Ehsan: Haqqından çoxunu verən.

İhvan: Sadiq, səmimi, candan dost.

İkrimə: Kərəm sahibi, comərd.

İlhami: İlham sahibi.

İlkər: İlk kişi uşaq.

İmadəddin: Din dirəyi, dövləti ayaqda tutan.

Imam: Nümunə, rəhbər, öndər, başçı.

Inayətullah: Allahın lütfü, ehsanı.

İslam: Müsəlman, Haqqa təslim olan.

İsmayıl (ib): Allahu təalaya çox ibadət edən.

İzzət:Dəyər, şərəf, qüdrət, hörmət və ikram sahibi.

Qaan: Xaqan. Xanların xanı.

Qabil: Qəbul edən, qabaqda olan.

Qadəm: Ayaq, addım.

Qadir: Tükənməz güc və qüdrət sahibi.

Kadir: Çox güclü, çox qüdrətli.

Qazı: Hökm, qərar və hakimlik.

Kalendər: Dünyadan əl ətək çəkib boş gəzən dərviş.

Kamran: İstəyinə qovuşmuş, xoşbəxt, bəxtiyar.

Qasım: Pay edən, bəxş edən.

Qazım: Hirsini, qəzəbini məğlub edən.

Kələş: Gözəl yaraşıqlı, baxadır.

Kamal: Yetkinlik, bilgi və fazilət sahibi.

Kəramət: Kərəm, ehsan, övliyada görülən böyüklük.

Kərami: Soylu, şərəfli.

Kərəm: Zadəganlıq, izzət və şərəf sahibi. Comərd, əli açıq.

Kərəmşah: Çox comərd, çox əli açıq, çox soylu.

Kəy: Böyük hökmdar, padşah.

Kəşşaf: Kəşf edən, sirrləri həll edən,  qəybləri ortaya çıxaran.

Qılınc: İki üzü iti köhnə bir silah.

Qiymət: Dəyər, baha, əvəz,qürur, etibar, məqbul oluş.

Kiram: Soyu təmiz olanlar, şərəfli və comərd olanlar.

Qorqud: Böyük dolu dənəsi.

Quddusi: Müqəddəs, ülvi, təmiz.

Ləvənt: Bəhriyyəli. Boylu, yaraşıqlı.

Ləvni: Rəngli,boyalı.

Mahdum: Xidmət edilən, övlad.

Mahmud: Təriflənmiş, mədh edilmiş, səna edilmiş.

Mahmur: Sərxoş, yuxulu, huşsuz gözlü.

Murad: İstək, arzu, məqsəd, seçilən.

Məzhər: Nail olan, şərəflənən, bir yaxşılığa qovuşan.

Məmun: Qorxusuz, təhlükəsiz, möhkəm, əmin.

Məcdəddin: Dinin böyüyü.

Məcnun: Dəli, divanə, dəli kimi sevən.

Mədəni: Şəhərli, bilgili və mədəni.

Mərd: Sözünün əri, igid, bahadır.

Məstan: Məst olmuş , huşunu itirmiş.

Mətin: Möhkəm, dayanıqlı.

Mir: Əmir, komandır, bəy, vali, hökmdar.

Mirac: Nərdivan, yüksələn, yüksəklərə çıxan.

Mirkəlam: Nəzakətli danışan, xoş söhbət, söhbət adamı.

Mirza: Hökmdar soyundan gələn, bəyzadə.

Misbah: Lampa.

Midhat: Mədh etmə, tərifləmə.

Muammər: Uzun ömürlü, ömür sürən, yaşayan, bəxtiyar.

Muaz: Sığınan, qorunan, sarılan.

Muhamməd: Yerdə və göydə çox təriflənən.

Muharrəm: Haram edilmiş, dinən qadağan edilmiş.

Muxtar: Seçilmiş, seçkin.

Möhtərəm: Hörmətli, qiymətli, şərəfli.

Möhtəşəm:Göz qamaşdıracaq böyüklükdə və ya gözəllikdə olan.

Mühyiddin: Dini əhya edən.

Muktədi: İqtida edən, tabe olan, uyğun gələn.

Muktədir:İqtidarlı, gücü çatan.

Muktəfi: Kifayətlənən, izindən təqib edən, örnək tutan, birinə uyan.

Muslih: İslah edən, düzəldən.

Mustafa: Saf hala gətirilmiş, süzülmüş, seçkin.

Mutahhar: Təmizlənmiş, mübarək.

Mutasım: Günahdan çəkinən, əliylə tutan, yapışan.

Mötəbər: Qadri bilinən, qiyməti təqdir edilən.

Mötəməd: Özünə etimad edilən, güvənilən.

Mutlu: Halından məmnun, məsud, bəxtiyar.

Muttalib: Tələb edən, istəyən.

Mübarək: Bərəkətli, feyzli, uğurlu, xeyirli.

Mübəşşir: Müjdəci, xeyirli xəbər verib sevindirən.

Müjdat:Yaxşı xəbər, müjdəli xəbər.

Mükərrəm: Şərəfli, möhtərəm, hörmətə çatmış.

Mülayim: Yumşaq xasiyyətli, mədəni kimi hərəkət edən.

Mümtaz: İmtiyazlı, üstün tutulmuş, seçkin, seçilmiş.

Mürən: Axar su, çay.

Mürsəl:Göndərilmiş, yollanmış, nəbi.

Müşir: İşarə edən, yol göstərən, marşal.

Müzdad: Artmış, çoxalmış, uzun.

Nabi: Xəbərçi, xəbər verən.

Namdar: Məşhur adlı, məşhur, tanınmış.

Nəsrəddin: Dinə kömək edən.

Nəbi: Xəbərçi, xəbər gətirən, peyğəmbər.

Nəcat: Qurtuluşa, salamatlığa çatan.

Nəcati: Xilas olan, nicat tapan.

Nəccar:Dülgər, doğramacı.

Necdət: Qəhrəman, igid, əfə.  

Necih: Müvəffəqiyyətli, qalib, müzəffər.

Necmi: Ulduz.                 

Nəfi: Qazanclı.

Nejat: Soy nəsil, nəsəb, təbiət.

Nesimi: Xoş və mülayim.

Nevzat: Yeni doğulmuş uşaq.

Neşət: Yetişən, irəli gələn, doğulan.

Neşat: Sevinc, nəşə, kef.

Nihat: Təbiət, xasiyyət, yaradılış, bünyə, xarakter.

Nijad: Soy.

Niyazi: Yalvaran, dua edən.

Nizam:Nizam, üsul, tərtib,yol, qayda, sıra, dizi.

Numan: Rifah, rahatlıq.

Nuaym: Həyat gözəlliyi, rifah.

Nüsrət:Kömək, müvəffəqiyyət, üstünlük, zəfər, qələbə, fəth.

Nüzhət: Nəşə, sevinc, əyləncə, təmizlik, fərahlıq.

Oğuz: Doğru, möhkəm, güclü, gənc.

Oğuzxan: Oğuzların hökmdarı.

Okan:Anlayışlı, qavrayışlı.

Oktay: Hiddətli, qızğın, əsəbi.

Orxan: Şəhərin hakimi.

Ozan: Xalq şairi, gəvəzə.

Öktəm: Dəbdəbəli, qorxusuz, güclü.

Ömər: Diri, canlı, yaşayan həyat sürən.

Öndər:Lidər, şef, rəis.

Pəyami: Xəbərçi.

Raci: Rica edən, yalvaran, ümidli, diləyən.

Racih: Üstün, qiymətli, fəzilətli və etibarı çox olan. Seçimli.

Rafət: Mərhəmət etmə, yazığı gəlmə, əsirgəmə.

Ramazan: Çox isti olan, günahları yandıran.

Ramiz: İşarə qoyan, işarə ilə danışan.

Rauf: Çox əsirgəyən, çox mərhəmət edən.

Rəcai: Xahiş edən, dua edən, Allahu təalaya yalvaran.

Rəcəb: Mübarək, böyük, möhtərəm, qiymətli.

Rifah: Bolluq, rahatlıq, hər cür çətinlikdən xilas olma.

Rəfət: Yazığı gələn, mərhəmət edən.

Rəha: Qurtuluş, xilas olma.

Rəis: Baş, başçı.

Rəsül:Yeni bir kitab ilə göndərilən peyğəmbər.

Rəşad: Haqq yolunda getmə, doğru yol.

Rəşid: Ağıllı, yaxşı və yetkin.

Rifat: Yüksəklik, ucalıq, böyük rütbə.

Rüçhan: Üstün olan.

Rıdvan: Razı, məmnun. Cənnətin qapısındakı mələk.

Rıza: Qədərə razı  olan. Təsəvvüfdə iradənin yox edilməsiylə əldə edilən məqam.

Sadəddin: Dinin mübarək adamı.

Sadullah: Allahu təalanın səadəti.

Sadun: Uğurlu olan, uğur gətirən.

Safa: Saf, aydın, təmiz, kədərsiz, könülü şən.

Saffət:Saf, xalis, təmiz. Hiylə və oyundan uzaq olan.

Saffan: Saf, xalis.

Salahaddin: Dinə bağlı, dini düzgün.

Saman:Sərvət sahibi, zəngin, rahat, dinc, nizamlı.

Sedat:Doğru və haqlı.

Səlami: Barış, dinclik və salamatlıq sahibi.

Səlcuq: Sel kimi axan.

Səlman: Sülhsəvər, sulhçu.

Serdar: Əsgər başı, komandir, rəis.

Sərhat: Sərhəd boyundakı əsgər.

Sertaç: Başa qoyulan tac.

Servər:Baş rəis, seyid, bir camaatın irəli gələni.

Sevban: Paltarlı, geyinmiş, qurşanmış.

Seyfi: Qılınc qurşanmış əsgər.

Səyfullah: Allahın qılıncı, hərbi.

Seymən: Ferma gözətçisi.

Seyid: Əfəndi, bəy, Peyğəmbər əfəndimizin nəvəsi Həzrəti Hüseynin soyundan gələnlər.

Sezgin:Sezən sezici, hissli, həssas.

Sinan: Mizraq,süngü.

Sirac: Lampa, işıq, günəş, ay.

Siracəddin: Dinin şamı.

Siyami: Oruclu, özünü pisliklərdən men edən.

Sonər: Bir işdə son köməyi edən. Son olması istənən.

Sunullah: Allahın qüdrəti, meydana gətirdiyi varlığı.

Şaban: Aralıq, fasilə.

Şabi: Camaat əhli.

Şadan:Sevincli, kefli, şən, bəxtiyar.

Şahap:Alov, atəş parçası, axan ulduz.

Şahinalp: Şahin kimi igid.

Şahsüvar: Usta atlı, çox yaxşı ata minən.

Şafi: Şəfaət edən, şəfa verən.

Şarani: Saçı çox.

Şəcaəddin: Dinin qəhrəmanı, dinin igidi.

Şehlevent: Uzun boylu, yaraşıqlı gənc.

Şəmsəddin: Dinin günəşi.   

Şəmsi: Günəş kimi parlayan.

Şərafəddin: Dinin şərəflisi.

Şərəf: Zadəgan, yüksək şanlı, şöhrətli atalara sahib olmaq.

Şövkət: Böyüklük, qüdrət və qüvvətdən doğan görkəm.

Şövqü: Şövqlü, şən, istəkli.

Şeyban: Saçlarına ağ düşmüş, qoca.

Şihab: Cəsur, parlaq ulduz, qığılcım.

Şihabəddin:Dinin parlaq ulduzu.

Şinasi: Tanıyan, bilən, anlayan.

Şir: Aslan.

Tacəddin: Dinin tacı.

Taci: Taçlı.

Tahsin: Qala kimi möhkəmləşdirmə.

Taki:Günahdan çəkinən, dininə bağlı.

Talat: Üz, çöhrə, dindar.

Talha: Bir zamk (akasiya və b.) ağacı. 

Tamər: Tam kişi.

Tanər: Şəfəq kimi canlı kişi.

Tanju: Türk hökmdarı [Çinlilərcə]

Tarkan: Dağınıq, pərişan.

Tarıq: Səhər ulduzu, parlaq ulduz.

Tayfur: Uçan, yüksələn.

Taylan: Uzun boylu.

Tayyar: Uçan, uçucu, uçma qabiliyyəti olan.

Tekin: Uğurlu, xeyirli.

Təməl: Əsl, əsas.

Təvfik: Uyğun gətirmə, Allahın köməyinə qovuşma.

Timur: Dəmir kimi möhkəm.

Timurdaş: Dəmir və daş kimi möhkəm.

Tufan: Afət, fəlakət, çox şiddətli yağış.

Turan: Cəsur atılgan, igid.

Turanşah: Cəsur Türk hökmdarı.

Turgay: Kiçik quş, sığırçın.

Turqut: Diyar, yerləşmə mərkəzi, məskən.

Ubeydullah: Qulcuğaz, köləcik.

Üsamə: Bir aslan cürü.

Vəqqas: Döyüşçü, oxatan.

Vaqur: Ciddi, təmkinli.

Vəqif:Duran, ayaqda dayanan.

Vala: Yüksək, uca.

Vəcdi: İlahi eşqə dalan, vəcdə gələn, özündən keçən.

Vecit:Vəcdə gələn, İlahi cəzbə ilə huşunu itirən.

Vecihi: Bir qövmün böyüyü.

Vedat: Sevgi və dostluq göstərən.

Vəfa: Sözündə dayanan, dostluğunu davam etdirən.

Vəli: Yetişmiş.

Yəhya: Canlı, həyat sürən.

Yavər: Kömək edici, imdada qaçan.

Yavuz:Yaman, qorxusuz.

Yəkda: Tək,  bənzərsiz.

Zəfər: Məqsədə çatma, barışma, düşməni məğlub etmə.

Zafir:Zəfər qazanan, üstün gələn.

Zamir: Ürək,  iç, vicdan.

Zəkai: Tez anlayışlı, kəskin zəkalı.

Zəkəriyyə: Kişi şəxs.

Zəyd: Artan, çoxalan.

Zeynal: Bəzəkli.

Zivər: Bəzək, zinət əhli.

Ziya: İşıq, aydınlıq, nur.

Ziyad: Çoxluq, bolluq.

Zübəyr: Ağıllı.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину