Facebook Twitter WhatsApp

Eşqbazlıq

Sual: Evlənəcək tərəflərin yaxşı niyyətlə bir-birlərini daha yaxşı tanımaları üçün, eşqbazlıq etmələri, nikahsız birlikdə yaşamaları niyə uyğun deyildir?

CAVAB

Evlənəcək gənclərin eşqbazlıq deyilən bir yoldaşlığa əsla ehtiyacları yoxdur. Hətta eşqbazlığın bir çox təhlükəsi də vardır:

Eşqbazlıqda tələ vardır. Eşqbazlıqda çox vaxt qadın kişi tərəfindən aldadıldıqdan sonra tərk edilir.

Eşqbazlıq gənclərdə qafil təcrübələrə yol açır. Bu təcrübələrin çoxu pis şəkildə nəticələnir. Təcrübə üçün insan cibinə barıt qoyub özünü təhlükəyə atmaz. Odla barıt bir yerdə olmaz. İlan görəsən necə sancır deyə ilanla oynamaq olmaz. 

Eşqbazlıq, ağıl-məntiq hisslərini alt-üst edir. Eşqbazlığa alışan tez-tez yoldaş dəyişdirər. Qadını aldadıb tərk edən kişi xain, aldadılan qız da məsxərə vəziyyətinə düşər. Eşqbazlıqda çox dəfə iffət əldən gedər. Namuslu Müsəlman bir qız üçün bundan böyük fəlakət ola bilməz. Eşqbazlıq, bir çox gəncləri avara, müflis və pərişan edər. Gənclər arasında alçaqlıq kompleksi, qısqanclıq, kin, nifrət, bədbinlik, düşmənlik, anarxiya və müxtəlif ruhi xəstəliklər əmələ gətirər.

Eşqbazlıq arzusu tənhalıqda görüşməyə dəvət edər. Sonunda bir çox gəncin başı bəlaya girər. Bu yoldaşlıqda iş əyləncəyə gəldikdə gənc oğlanın etibarı sarsılır. Əvvəl qızı məcbur edər, arzusuna qovuşanda da qızı tənqid edər, əxlaqsız deyə onu təhqir edər. Ümumiyyətlə bu hissi əyləncələrdən sonra həmişə soyuqluq olar. 

Gənc oğlan iylədiyi çiçəkdən dərhal doyar, sonra başqa bir rəng, başqa bir çiçək axtarar. Artıq bu səhnə onu qane etməz, ondakı sirr, onu çəkən cazibə, bağ və düyünlər məhv edilmişdir. O artıq başqa bir cazibə, daha sirli bir düyün istəyər, başqa əyləncələri arzu edır. Bu baxımdan eşqbazlıq barəsində qızın və ya qadının çox həssas olması lazımdır.

Başına belə işlər gəlməmiş bir gəncə bu sözlər mənasız gələr. Çünki birinə könlünü verən gənc ona veriləcək nəsihəti əsassız qəbul edər. Onun üçün Peyğəmbər əfəndimiz, “Sevgi insanı kar və kor edər” buyurdu.

Kara nə desəniz eşitməz. Kora bütün rəngləri göstərsəniz, birini digərindən ayıra bilməz. Sevən kimsənin də gözünə bir şey görünməz. Morfinist kimi olar. Hər baxımdan səhv də olsa, yenə onunla evlənməyi istəyər.

Atalarımız da demişlər ki:

Aşiq ilə dəlinin fərqi, biri gülməz, biri ağlamaz.

Eşq başda qərar etsə, ağıl fərarilik edər.

Eşq bir dəryadır, batmayan bilməz.

Bir igid nə qədər qəhrəman olsa, sevdiyinə məğlub olar.

Sevda keçər yalan olar, sonu çalan ilan olar.

Eşqbazlıq nəticəsində evlənən gənclərin çoxu sonunda peşman olmuşdur. Bu baxımdan saleh ana-atanın tövsiyələrinə mütləq riayət etmək lazımdır! Ana-ata oğlunun və ya qızının evlənəcəyi şəxsə övladlarının gözü ilə baxmaz. Acı təcrübələrin verdiyi fərasətlə baxar. Atalarımız, Böyük sözü dinləməyən inləyər.” demişdirlər.

Bir universitetin Tibb Fakültəsi Psixiatriya şöbəsinin müdiri Doç. Dr. Həsən Herken də, “Eşqbazlıq ilə evlənənlər, boşanmaya daha meylli olurlar” deyir. (Net Qəzet)

Bütün bu zərərlərindən başqa əsl mühüm olan dinimiz nikahsız gəzməyi haram etmişdir. Haram edilən bir şeydə isə fayda axtarmaq olmaz. Bir hədisi-şərif məali belədir:

“Allahu təala haramda şəfa təsiri yaratmadı.” [Buxari, Hakim]

Evlənəcək olsalar belə dini nikahı olmayan kişilə qadın dinən bir-birinə yaddır. Bu mövzudakı bir neçə hədisi-şərif məali belədir:

“Kişinin qadına, qadının da kişiyə [şəhvətlə] baxması haramdır.” [Tabərani]

“Harama baxmaq şeytanın zəhərli oxudur. Allahu təaladan qorxub yad qadına baxmayana zövqlü bir iman nəsib olar.” [Ramuz]

“Adamın başına dəmirdən bir şişin batırılması, nikahı düşən bir qadına toxunmasından daha yüngül olar.” [Tabərani, Beyhəqi]

“Yad qadına toxunan şeytanla birlikdə zəncirə vurulub atəşə atılar.” [Şirə]

“Qadınlarla bir yerdə tək qalmaqdan çəkinin. Allaha and içirəm ki, bir adam bir qadınla tək qalanda aralarına şeytan girər. Bir kimsənin palçıqlı bir donuzla sıxışmış vəziyyətdə qalması, o kimsə üçün özünə halal olmayan bir qadına toxunmasından daha yüngüldür.” [Tabərani]

“Ey gənclər, namusunuzu qoruyun, zina etməyin! Yaxşı bilin ki, namusunu qoruyana Cənnət vardır.” [Hakim]

“Pislikdən qorumaq üçün nikahlı yaşayın və iffətli olun!” [İbni Asakir]

“Ey qadınlar, ancaq məhrəminiz olan kişilərlə danışın, məhrəminiz olmayanlarla danışmayın!” [İbni Said]

Yad qadına şəhvətlə baxmaq göz zinasıdır, onu tutmaq əl zinasıdır, ona getmək isə ayaqların zinasıdır.” [R.Nasıhin]

Facebook-da həyat yoldaşı axtarmaq

Sual: Facebook və bənzəri saytlarda kitab təqdimatı və ya başqa məqsədlərlə qurulan qruplar var. Buralarda qarşı cinslə tanış olub danışılır, hətta internet üzərindən Messengerdə səsli və görüntülü söhbət edilir. Bu danışıqlar evlənmək və ya dinə xidmət məqsədiylə olarsa uyğun olar?

CAVAB

Uyğun olmaz. Günah işləyərək dinə xidmət edilməz. Evlənmək üçün də olsa bu da bir eşqbazlıq növüdür. Eşqbazlıqla həyat yoldaşı axtarmaq olmaz, görüşdüyümüz uyğun biri belə olsa da. Bu yolla axtarmaq olmaz. Hələ gənc qızların belə saytlara təqibçi olmaları heç uyğun deyildir. Pis niyyətli və ya cahil şəxslərin oyununa gəlmələrinə, evdən qaçaraq görüşmələrinə belə səbəb ola bilər. Heç bir pis şeyə səbəb olmasa belə görüşməyin özü pisdir.