Facebook Twitter WhatsApp

Evlilik görüşməsi

Sual: Müsəlman bir kişilə qadın evlənmədən əvvəl aralarındakı görüşmələr necə olmalı, nələr danışılmalı və nələr soruşulmalıdır? Bunların yanında başqa bir kimsənin olması lazımdırmı?

CAVAB

Qadınla kişinin oturub bazarlıq etmələri doğru deyildir. Yəni, sünnət olan görüşmə bazarlıq yeri və zamanı deyildir. Bir-birinə uyğun olub olmadıqları zatən ailələr arasında danışılır, soruşulub araşdırılır. Hər baxımdan evlənmələri uyğun görülərsə, qızla oğlanın görüşməsi ondan sonra baş verməsi lazımdır. Namaz qılırmı, kifayət qədər gəliri varmı, hansı məktəbi bitirdi, adəti, xasiyyəti necədir, sürücülük vəsiqəsi varmı, oğlan anasıyla qalacaq kimi öyrənilməsi istənilən şeylər daha əvvəl ailələr arasında danışılıb həll edilir. Yəni, ailələr, qohumlar araşdırılıb, evlənməyə mane halları olmadıqları meydana çıxdıqdan sonra gənclərin fiziki olaraq bir-birini görmələri təmin edilir. Bu da qısa ola bilər.

Görüş xəlvətə mane olacaq şəkildə olması lazımdır. Məsələn, otağın qapısı yüngül aralı olmalı və ya qızın məhrəm bir kişi qohumu olmalı yaxud kişinin məhrəm bir qadın qohumu olmalıdır. Məsələn, anası, bacısı, bibisi, xalası, nənəsi ola bilər. Qızın və oğlanın atası da içəridə dayana bilər.

Oğlanla qız bir-birlərinə uyğun isə buna böyüklərinin tövsiyə və təcrübələri də əlavə olanda, artıq vasvası olmaq uyğun olmaz. 

Əvvəllər uşaqlarını evləndirəcək olanlar müdrik bir şəxsə soruşardılar, o da, uyğundur, dedikdən sonra evləndirərlərmiş. Zamanla soruşmadan iş edir deyilməsin deyə soruşmalar başlamış. Uyğundur, deyilməsinə baxmayaraq, “Qız istəmir, oğlan bəyənmir” deyərək o şəxsin sözünə əməl etməzdilər. Bu ailələr, təkrar, “Başqa bir talib var?” deyə soruşduranda, o şəxs də, “Bizim tapdığımızı bəyənmirlər, qoy at bazarında baxsınlar” deyərmiş.

O halda kimə məsləhətləşirsək, söz dinləyəcəksək məsləhətləşməmiz lazımdır, dinləməyəcəksək heç məsləhətləşməməyimiz lazımdır.

Evlilik görüşməsində

Sual: Tərəflər yaxınları tərəfindən lazımı araşdırmanı edib, qərar vermə mərhələsində ikən sünnət olan evlilik görüşməsində hər iki tərəf nələr danışar, nələr edər?

CAVAB

Yalnız görünüşünə, danışmasına, kar, dilsiz, kor, topal, çolaq kimi bədəni bir qüsurunun olub olmadığına baxılar. Orada evlilik bazarlığı edilməz. Mən bunları istəyirəm, kimi şeylər deyilməz. Onlar daha əvvəl yaxınları tərəfindən danışılıb qərara bağlanar. Evlilik görüşməsində, hər iş bitdikdən sonra yalnız görünüşə baxılar.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину