Sual: Dini nikaha niyə “molla nikahı” deyilir?
CAVAB
Xristianların nikahlarını kilsədə keşişlər kəsdiyi halda keşiş nikahı deyilmir. Nikah kəsməsini bilən hər Müsəlman hər yerdə nikah kəsə bilər. Nikahın məsciddə olması və ya mollanın kəsməsi şərt deyildir. Həkim kəsərsə həkim nikahı, mühəndis kəsərsə mühəndis nikahı deyilməyəcəyi kimi, molla kəsərsə də molla nikahı deyilməz. Normal adı nikahdır. Rəsmi nikah işlərinə qarışmaması üçün dini nikah deyilir. Yoxsa nikah namaz kimi dinin bir əmridir. Dini namaz və ya molla namazı deyə bir namaz olmadığı kimi molla nikahı da olmaz. Yalnız Qeydiyyat İdarəsində kəsilən nikah tədbirləri ilə qarışmaması üçün dini nikah və ya İslam nikahı demək, molla nikahı deməmək lazımdır.
Sual: Qadınla kişi varkən, ikisinin atası şahid olsalar nikah səhih olar?
CAVAB
Bəli.
Sual: Nikahda qadın və ya kişidən üç dəfə soruşulur?
CAVAB
Bəli, hər ikisindən ayrı-ayrı üç dəfə soruşulur.
Sual: Fərqli məzhəbdəkilərin nikahı iki məzhəbə uyğun kəsilər?
CAVAB
Bir məzhəbə uyğun olması kafidir.
Sual: Ər-arvad nikah üçün eyni adama vəkalət verə bilər?
CAVAB
Bəli.
Sual: Evlənəcək uşaq atasının yanında çəkindiyi üçün atası vəkalətlə danışır. Əsl var ikən vəkilin nikah kəsməsi caizdir?
CAVAB
Ata kəsə bilər.
Sual: Nikahda şahidin biri yoxdursa, birinə telefonla deyilsə caiz olar?
CAVAB
Şahidlərin bir yerdə olması lazımdır.
Sual: Nikahda vəkalət verilərkən şərtlər nələrdir?
CAVAB
Heç bir şərti yoxdur. “Məni filankəs ilə evləndirmək üçün səni vəkil etdim” deməsi kafidir. Vəkil edilən şəxsin mütləq qızın məhrəmi olması lazım deyildir.
Sual: Şahidlərin gəlinin və bəyin şahidi deyə ayrılması lazımdırmı?
CAVAB
Elə bir şey yoxdur. Yalnız şahidlərin gəlini və bəyi tanımış olmaları kafidir.
Sual: İki bayram arası nikah olmaz deyilir bu doğrudur?
CAVAB
İki bayram arası nikah olar. Bir bayram günü Cüməyə rast gəlmişdi. Bayram namazından çıxıb Cüməyə gələnə qədər çox vaxt olmadığı üçün, iki bayram “Yəni bayram və Cümə” arasında nikahla məşğul olmayın deyilmişdi. Yoxsa, Aişə anamızın nikahı da iki bayram arasında kəsildi. Belə də ki, iki bayram arası olmayan gün yoxdur. Ramazan bayramı ilə Qurban bayramı arası və ya Qurban bayramı ilə Ramazan bayramı arası. Yəni, bir ilin bir qismi Ramazan bayramı ilə Qurban bayramı arasıdır, bir qismi də Qurban bayramı ilə Ramazan bayramı arasıdır.
Sual: Bir qız dinimizdə ana və atasından icazəsiz evlənə bilərmi?
CAVAB
Bəli. Hənəfi məzhəbində ana-atanın razılığı şərt deyildir. Digər məzhəblərdə şərtdir.
Sual: Qeyri-səhih nikahlı təcdidi-nikah etsə, nikahlanmış olar?
CAVAB
Bəli. Səhih nikahın qüsurlu olması ehtimalına qarşı da iki şahid yanında təcdidi-nikah lazımdır.
Sual: Rəsmi nikahdan sonra dini nikah da edirik. Bir qadınla kişi evlənərkən molla olmasa, yalnız qadının atası ilə oğlanın atası olsa, Hənəfi məzhəbinə görə, başqa şahid olmadan nikahlarını özləri kəsə bilər?
CAVAB
Bəli, kəsə bilər.
İmam şərt deyildir. Oğlanın və ya qızın atası nikahı kəsər. Həm də şahid olmaları səhih olar.
Sual: Dini nikahım kəsilərkən heyz idim. Heyz ikən nikah kəsilərsə səhih olmaz deyirlər. Doğrudur?
CAVAB
Cünubluğun nikahla əlaqəsi yoxdur. Nikah səhihdir.
Sual: Şafiiyə görə nikah necə edilər?
CAVAB
Şafidə nikahın doğru olması üçün birinci şərti, yetkin olan qıza da vəlinin icazə verməsidir. Vəli kişi qohumdur. Ata yoxdursa, atanın atası və ya onun atasıdır. Bunlardan sonra, qardaşdır. Bundan sonra qardaş oğlu, sonra onun oğludur. Sonra əmi, sonra əmi oğlu və onun oğludur. Bunlar yoxdursa, qazı [yəni Qurani-kərimə görə yaşayan ədalətli bir hakim] vəli olar. Bu vəlilərdən birini tapa bilməzsə, orada saleh olan bir nəfəri vəli təyin edər. Şafidə şahidlərin kişi olması və fisqləri bəlli olmaması şərtdir.
Bunları edə bilməzsə, Hənəfi məzhəbini təqlid edərək nikah edərlər.
Sual: Şafii nikahda saleh şahid tapa bilməzsə, Hənəfini təqlid edər?
CAVAB
Saleh insan olmazsa, Hənəfi təqlid edilər.
Sual: Şafidə, nikah üçün iki şahid yanındamı qadın vəkalət verər?
CAVAB
Bəli. Nikah üçün iki şahid yanında vəkalət almaq lazımdır.
Sual: Əri ilə Şafiyə görə nikahlanması lazım olan xanım vəlilərdən icazə almaq imkanı yoxdursa, Hənəfini təqlid etsə, caiz olar?
CAVAB
Bəli.
Sual: Şafiyə görə nikahlanmağım lazımdır. Xanımın vəliləri fasiqdir. Xanım saleh birini vəli təyin edə bilər?
CAVAB
Bəli.
Sual: Şafidə fasiqin tövbə edib nikah şahidliyi etməsi caizdir?
CAVAB
Saleh şahid olmasa bildirilən hiyləyi-şəriyyə caiz olar. Ancaq tövbənin şərtlərinə uyğun olması lazımdır.
Sual: Şafidə, heç vəli yoxdursa, nikahda birini vəli təyin etmək caizdirmi?
CAVAB
Bəli.
Sual: Almaniyada yaşayıram. Azərbaycandakı bir qızla nikahlanacağam. Qız vəkalətini telefonla bir yoldaşıma versə, burda nikah kəsməyimiz səhih olar?
CAVAB
Şahidlər qızı tanımırsa nikah səhih olmaz. Tam Elmihalda deyir ki:
Vəkil etməkdə və nikahda şahidlərin qadını tanımaları lazımdır. Yanında isələr üzünü görmələri yaxşı olar. Başqa otaqdan səsini eşitsələr qadın otaqda təkdirsə caiz olar. Nikah kəsilərkən vəli və ya vəkil şahidlərin bildiyi qadının ancaq adını söyləyər. Şahidlərin tanımadıqları qadının, atasının və babasının adını da söyləməsi lazımdır. Tanımaq kimin qızı və hansı qızı olduğunu bilmək deməkdir. Şəxsini, şəklini bilmək deyildir.
Əhli-kitabla nikah
Sual: Müsəlman kişi ilə Əhli-kitabın nikahlarının kəsilməsində bir fərq vardır?
CAVAB
Nikahın kəsilməsində bir fərq yoxdur. Yalnız, zimmi olan Xristian və ya Yəhudi, yəni əhli-kitab qadınla nikah kəsilərkən iki şahidin də zimmi olması caiz olar. Zimmi, İslam dövləti idarəsində yaşayan kitab əhli qeyri-müsəlman deməkdir.
Ölən həyat yoldaşının cənazəsinə baxmaq
Sual: Ər-arvaddan biri öləndə, yaşayan, ölənin cənazəsinə baxa bilər?
CAVAB
Qadın, ölən ərinə baxa bilər, çünki ər öldükdən sonra nikah, iddət bitənə qədər [dörd ay on gün] davam edər. Hənəfidə qadın öləndə, əri buna baxa bilməz, çünki qadın öləndə nikah pozular. Amma digər üç məzhəbdə baxması caizdir. (Rədd-ül-muxtar)
Kişi ölən xanımının əllərinə və üzünə Hənəfidə baxa bilər. Digər yerlərinə baxmaq üçün bir ehtiyac olanda, məsələn, diaqnoz üçün baxması lazım olarsa, digər üç məzhəbdən biri təqlid edilib baxıla bilər.
Nikah nə vaxt kəsilər?
Sual: İslam nikahı hər gün kəsilə bilərmi? Yoxsa mübarək günləri gözləmək lazımdır?
CAVAB
Hər gün, hər gecə kəsilə bilər. Cümə gecəsi və ya cümə günü olarsa, daha yaxşı olar.
Evlənərkən Əməntünü bilmək
Sual: Evlənəcək şəxslərin Əməntünün əsaslarını əzbərdən sayması şərtdirmi?
CAVAB
Əzbərdən sayması şərt deyildir. Əməntünün əsasları, Allahu təalanın sifətləri (xüsusiyyətləri) izah edilər. Bunlara inanırsanmı soruşular. Bəli, inanıram deyərsə, məsələ bitər. Birini belə qəbul etməzsə Müsəlman sayılmaz.
Toydan əvvəl nikah
Sual: Toydan bir ay əvvəl nikahımız kəsildi. Dinən də xanımım olduğuna görə hər istəyimi qəbul etmək məcburiyyətində deyilmi? Məndən icazəsiz səfərə çıxa bilərmi? Mənimlə birlikdə səfərə çıxmağı rədd edə bilər?
CAVAB
Qadın mehri-müəccəli deyil, mehri-muaccəli almadıqca, toyu, xəlvəti və birlikdə səfərə çıxmağı istəməyə bilər, yəni sizin hər istəyinizi qəbul etmək məcburiyyətində deyildir. Mehrin hamısı müəccəl isə, yəni daha sonra verəcəksə, qadın mehri almadığı üçün əri bunları qadağan edə bilməz. Mehri-muaccəli almayan qadın ərindən icazəsiz evdən çıxa bilər və başqa bir məhrəmiylə səfərə gedə bilər. (S.Əbədiyyə)
Sual: Dinimizdə evlənməmək, yəni eyni evdə birlikdə yaşamamaq şərtilə, hələ həddi-buluğa çatmamış bir qızı uyğun birinə nikah etmək caizdir?
CAVAB
Hənəfi məzhəbində atası nikah edə bilər, amma qız yetkin olanda, istəməzsə bu kimsəni rədd edə bilər. (S.Əbədiyyə)
Nikah kəsilərkən
Sual: Dini nikah kəsilərkən aldım, verdim, qəbul etdim kimi keçmiş zaman olaraq söyləmək şərtdirmi?
CAVAB
Bəli, şərtdir. Məsələn, qəbul etdinmi deyə soruşmalı, cavab verənin də, qəbul etdim deməsi lazımdır. Bunun kimi, soruşan əmr şəklində söyləyib, cavab verən keçmiş zaman şəklində söyləyərsə də olar. Yəni soruşan, mənimlə və ya bununla evlənməni qəbul et deyər, cavab verən də qəbul etdim deyərsə, nikah yenə səhih olar. (S.Əbədiyyə)
Şafidə, qızın atası, “Qızımı sənə nikahladım” deyərsə, kürəkən də “qəbul etdim” deyərsə, nikah səhih olmaz. “Nikahını qəbul etdim” deməsi lazımdır.
Zarafatı olmaz
Sual: S.Əbədiyyədə, “Kişi, filankəs qadın zövcəmdir deyər, qadın da təsdiq edərsə, nikahları səhih olar” deyilir. Məsələn Əli iki kişi şahid yanında, “Zeynəb mənim zövcəmdir” deyərsə, Zeynəb də, “ Bəli, bu Əli mənim ərimdir” deyərsə, nikahları səhih olmuş olar?
CAVAB
Bəli, səhih olmuş olar. Dində sözə baxılar. Zarafat olaraq söyləsə belə yenə nikahları səhihdir. Mehir işini daha sonra həll edərlər. Zarafatla boşasa da boşamış olar. Nikah və boşama işləri oyuncaq deyildir, zarafatları da ciddi kimi səhih olar.
Qızını verdinmi?
Sual: Bir kişi evlənəcəyi qızın atasına, iki kişi şahid yanında, qızını mənə verdinmi desə, atası da verdim desə, nikah səhih olar?
CAVAB
Kitablarda belə deyilir:
Qızın atasına, “Qızını mənə zövcə olaraq verdinmi?” desə, o da “Bəli” və ya “Zövcə olaraq verdim” desə, nikah olmaz. Evlənməyi təklif edənin təkrar, “ Qəbul etdim” deməsi lazımdır, çünki əvvəl soruşmuşdu. Sualla vəkil edilməz. “Qızını mənə zövcə olaraq ver” desəydi olardı, çünki əmrlə vəkil etmiş olar. Bu vəkilin cavabı iki tərəf adına deyilmiş olub, iki şahid də varsa, nikah tamam olar. (Rədd-ül-muxtar)
Kağıza yazmaqla nikah olar?
Sual: Kağıza yazmaqla nikah olar?
CAVAB
İki kişi şahidin yanında kişi, “Səni zövcəliyə aldım” deyə bir kağıza yazsa, qız da “Qəbul etdim” deyə yazsa, nikah olmaz. Söyləmələri lazımdır. Orada olmayan kişinin, “Səni zövcəliyə aldım” yazısını qız şahidlərə oxuyub, “Qəbul etdim” deyərsə, nikah olar. Yazını oxumayıb, yazılmış olduğunu söyləyərsə, yəni “Məni zövcəliyə aldığını bildirdi, mən də qəbul etdim” desə, nikah yenə olar. (Məcmuə-i Zühdiyyə)
Nikah üçün xəbər göndərmək
Sual:Bir kişi xanımı olması üçün bir qıza xəbər göndərsə, qız da xəbərçinin sözünü eşidən iki kişi şahid yanında “qəbul etdim” desə, nikah səhih olar?
CAVAB
Bəli, səhih olar. (Məcmuə-i Zühdiyyə)
Məktubla nikah
Sual: Evlənəcəyim qıza məktub və ya mail yazsam, qız da məni tanıyan iki kişi yanında, məsələn, atasıyla qardaşının yanında oxusa, “Mən də qəbul etdim desə”, nikah səhih olar?
CAVAB
Bəli, səhih olar. Atasıyla böyük qardaşı şahid yerinə keçər. Kitablarda belə yazır: Kişidən gələn yazını qız iki kişiyə oxuyar və ya izah edər, “Şahid olun, onun zövcəsi olmağı qəbul etdim” deyərsə nikah səhih olar. Yazını şahidlərə oxuması, kişinin şahidlər yanında sözlə təklif etməsi kimi səhih olar. (Rədd-ül-muxtar)
Başqa yerdə qəbul etmək
Sual: Nikah üçün təklif yazılı məktubu bir qız bir yerdə şahidlərin yanında oxuyarsa, sonra başqa yerdə də yenə eyni şahidlərin yanında qəbul etsə, nikah səhih olar?
CAVAB
Bəli, səhih olar. Nikahda icab [təklif] və qəbulun eyni yerdə edilməsi şərt olduğu halda, başqa yerdəki birindən gələn icab məktubunu şahidlərə bir məclisdə söyləyib, qəbul etdiyini başqa məclisdə söyləmək caizdir. (Məcmuə-i Zühdiyyə)
Zina edənlə nikah
Sual: Zinadan hamilə qalan qadını və ya nikahlı ikən hamilə qalıb sonra ayrılan və ya əri ölən qadını nikah etmək caizdirmi?
CAVAB
Zinadan hamilə qalan qadını doğumdan əvvəl nikah etmək caizdir. Əgər o qadınla zina edən başqası isə, uşaq olmadan əvvəl cima (cinsi əlaqə) caiz olmaz. (Feyziyyə)
Nikahlı ikən hamilə qalan, sonra əri ölən və ya boşanan qadını doğuma qədər nikah etmək səhih deyildir. Zina etdiyi qadına nikah etmək və onunla cima etmək halaldır. (S.Əbədiyyə)
İtkin düşənin həyat yoldaşı
Sual: Bir qadının əri Almaniyaya işləməyə getsə, bir neçə il xəbər alınmasa, öldüyü qəbul edilərək zövcəsi başqası ilə evlənə bilər?
CAVAB
Evlənə bilməz. Qəti olaraq öldüyü bilinərsə evlənə bilər. Din kitablarında deyilir ki:
Qaib olan [yəni uzaq ölkələrə gedib illərlə gəlməyən] ərinin öldüyü və ya üç talaq verdiyi xəbərini ədalətli bir müsəlmandan öyrənən qadın başqası ilə evlənə bilər. Hakimin 90 yaşına gəlmiş qaibin öldüyünə hökm edəcəyi Məcəllənin 10-cu maddəsinin şərhində yazılıdır. Öldüyünü eşidib və ya boşandığını bildirən məktubunu alıb, başqasıyla evləndikdən sonra birinci əri gələrsə, ikincisinin nikahı batil olar. (Neməti-İslam, S.Əbədiyyə)
Dini nikah edilərkən
Sual: Dini nikahı qızın vəkiliylə, yoxsa şəxsən özü ilə etmək daha uyğun olar?
CAVAB
Dinini yaxşı bilən bir qız olduğu bilinmirsə, nikahın şəxsən qızın özü olaraq edilməsi lazımdır. Çünki köhnədən hər kəsə lazımlı dini bilgilər öyrədilirdi. İndi isə nikahlanacaq olanların çoxu bu bilgiləri bilmirlər. Bilinməsi lazım olan bilgiləri söyləyib, bunları təsdiq etdiklərini söylədikdən sonra nikahı edilər. Orada olanlar da anladılanları eşitmiş, bilmirlərsə öyrənmiş olarlar.
Şahidsiz nikah
Sual: Xalq arasında şahid olmasa da dəyişik şəkillərdə dini nikah kəsilə biləcəyini söyləyənlər olur. Məsələn, “Bir kişi bir qadına sən mənim namusumsan deyərsə, o da qəbul edərsə və ya bir kişi evlənəcəyi qadına üç dəfə mənimlə evlənərsənmi deyərsə, o da bəli deyərsə dini nikah kəsilmiş olar” deyirlər. Yenə bunlar kimi, Allah bizim şahidimizdir deyərək şahidsiz nikah kəsələnlər olur. Belə nikah olurmu?
CAVAB
Şahidsiz nikah səhih olmaz. Məzhəblərə görə fərqli isə də, Hənəfidə ya iki kişi və ya bir kişi ilə iki qadın şahid olmazsa nikah etibarsız olar. Şafidə isə saleh iki kişi şahidin olması və qızın atası yoxdursa vəlisinin evliliyə icazə verməsi də şərtdir.
Dünya axirətdə bacımsan
Sual: Bir qadına, “Sən mənim dünya axirət bacımsan deyən kimsə, o qadınla evlənə bilməz, o qadın artıq onun məhrəmi olmuş olar” deyilir. Bir də bir qadına, “Sən mənim namusumsan deyilirsə, nikah kəsilmiş olur” deyirlər. Belə bir şey vardırmı?
CAVAB
Bunların hamısı xürafədir. Bir kimsə özünə naməhrəm [yad] olan, yəni nikah düşən bir qadına nə söyləyərsə söyləsin o yenə yaddır, nikah düşər. Bacımsan deməklə bacısı olmaz, zövcəmsən deməklə zövcəsi olmaz. Namusumsan deməklə də nikah kəsilmiş olmaz.
Zinadan hamilənin nikahı
Sual: Yeni Zellandiyadan yazıram. Bir yoldaş zina etdiyi qadınla evlənmək istəyir, ancaq qadın hamilədir. Buradakı xocalar, “Hamilə qadının nikahı caiz deyildir” deyirlər. Zinadan hamilə qalan qadını nikah etmək caiz deyildirmi?
CAVAB
Zinadan hamilə qalan qadını nikah etməyin, yəni onunla evlənməyin caiz olduğu Bədayi, Bəhr-ür-raiq, İbni Abidin, Hindiyyə kimi mötəbər kitablarda bildirilir.
Zinadan hamilə qadını doğmadan əvvəl nikah etmək səhihdir, lakin doğum edənə qədər cima etmək caiz olmaz. Nikahdan hamilə olan qadını doğum edənə qədər nikah etmək səhih deyildir. (S.Əbədiyyə)
Hənəfidə olduğu kimi Şafii məzhəbində də zina edən qadınla evlənməyin caiz olduğu Məzahibi-Ərbaa kitabında bildirilir.
Nikaha mane olmaz
Sual: “Qız və ya kişidən birində sağlamlıq baxımımdan bir narahatlıq varsa, məsələn, uşağı olmayacaqsa, sifilis, AIDS kimi yoluxucu bir xəstəliyi varsa, bunu evlənərkən söyləməzsə nikahları keçərsiz olar” deyirlər. Belə bir şeyin əsli vardırmı?
CAVAB
Belə bir şeyin əsli yoxdur. Xəstəlik, şikəstlik kimi üzrlər nikaha mane deyildir.
Nikahın açıq edilməsi
Sual: Dini nikah əqdində yalnız iki kişi şahid yanında edilən nikahın doğru olmadığı, çünki açıqlığın əsas olduğu, hər kəsə eşitdirilməsinin lazım olduğu deyilir. Halbuki, S.Əbədiyyədə, Hənəfi məzhəbinə görə, Müsəlmanların nikahında iki Müsəlman kişinin və ya bir kişilə iki qadının şahid olmasıyla edilən nikahın səhih və doğru olduğu, gizli saxlamağın caiz olduğu bildirilir. Hər kəsə eşitdirmək şərtindən bəhs edilmir. İki kişi şahid yanında edilən nikah dinə uyğun deyildir?
CAVAB
Əlbəttə uyğundur. Tanışlara eşitdirmək işi yalnız Maliki məzhəbində vardır.
Üç məzhəbdə şahidsiz nikah səhih olmaz. Şahidlərlə ediləndə, gizli saxlamaları caiz olar. Malikidə səhih olursa da, tanışlara eşitdirmək lazımdır. (S.Əbədiyyə)
Nikah təzələyərkən
Sual: Nikah təzələmək üçün yanımda bir adam olsa, telefonla başqa bir yoldaşa da zəng edib hər ikisinin eşidəcəyi şəkildə, təcdidi-nikah duasını oxusam, iki şahid yanında nikah təzələmiş olaram?
CAVAB
Xeyr, iki şahidin bir yerdə olub bir-birini görmələri və sizin də evli olduğunuzu bilmələri lazımdır. Nikah təzələmək yenidən nikah kəsmək deməkdir. Kimlərin nikahının kəsildiyini şahidlər bilməlidirlər.
Zina və nikah
Sual: “Kişi zina edərsə nikaha zərər verməz, lakin qadın zina edərsə nikah pozular” deyilir. Belə bir şey vardırmı?
CAVAB
Xeyr, bu səhvdir. Zina böyük günahdır, amma qadın da zina etsə nikahı pozulmaz.
Dini nikah
Sual: Dini nikah ilə rəsmi dövlət nikahı arasında dinən bir fərq vardırmı?
CAVAB
“Dini namaz”, “Dini oruc” deyilmədiyi kimi, nikah əqdinə də, “dini nikah” deyilməz. Ancaq rəsmi nikaha “ZAQS”da deyildiyi üçün birini digərindən ayırmaq məqsədilə dini nikah deməyin zərəri yoxdur. Dini nikaha “molla nikahı” demək isə çox səhvdir. Bir çox yazara görə, hər iki nikah eyni isə də, aralarında çox önəmli fərqlər vardır:
В корзине: 0 шт.
на сумму: 0