Facebook Twitter WhatsApp

Haqq məzhəblərimizdəki hökmlər

Sual: Evliliklə əlaqədar məsələlərdə digər haqq məzhəblərimizdəki hökmlər haqqında da bilgi verə bilərsiniz?

CAVAB

İki nəfərin yanında bir kişi, bir qıza, “Bu mənim xanımımdır” desə, qız da bunu təsdiq etsə üç məzhəbdə nikah səhih olar, Malikidə səhih olmaz.

Ata evlənmək istəyəndə Hənəfidə və Malikidə, oğlu atasını evləndirməyə məcbur deyil isə də, evləndirməsi yaxşı olar. Şafii və Hənbəlidə, məcburdur.

Üç məzhəbdə şahidsiz nikah səhih olmaz və gizli saxlamaları caiz olar. Malikidə, şahidsiz nikah səhih olar isə də, tanışlara eşitdirmək lazımdır.

Şafidə və Hənbəlidə iki şahidin ədalətli kişi olmaları lazımdır. Hənəfidə bir kişiylə iki qadın fasiqin şahidlikləri ilə səhih olar. Üç məzhəbdə Müsəlman kişiylə zimminin nikahında iki şahidin Müsəlman olmaları lazımdır. Hənəfidə, ikisi də zimmi (islam dövlətindəki qeyri-müsəlman vətəndaş)  ola bilər.

Şafidə və Hənbəlidə, təzvic (evləndirmək) və nikah sözlərini söyləmək şərtdir. Hənəfidə təmliki (kişinin boşanma haqqını xanımına verməsi) bildirən hər sözü söyləməklə səhih olar. Malikidə, Hənəfi kimi isə də mehri də söyləmək lazımdır. nbəlidə qadın və vəliləri razı olanda, küfvün qeyrisi ilə evlənə bilməz. Digər üç məzhəbdə evlənə bilər. [Küfv, kişinin qadına tay olması deməkdir.]

Şafidə, küfv, soyda, sənətdə, dində, ayıbsız olmaqda və hürriyyətdə şərtdir. Malikidə küfv yalnız dində olar. Hənəfidə dində, soyda və malda olar. Hənbəlidə dində və sənətdə olar.

Zina edən qadınla evlənmək üç məzhəbdə caiz, Hənbəlidə tövbə etmədən əvvəl nikahı haramdır.

Cin ilə evlənmək Şafidə caiz, Hənbəlidə caiz deyildir. Cinlərin çoxalması qaz [hava] ilədir. Bundan ötəri cin ilə evlənmək həqiqi evlənmək deyildir.  

Boşamağı mülkə bağlamaq Hənəfi və Maliki də caizdir . Şafii və Hənbəlidə caiz deyildir.

Hənbəlidə bir sözdə hər yaşda süd əmən süd qardaş olar. Şafidə, iki yaşından yuxarı ikən əmən süd qardaş olmaz. İmamı-Azama görə 30 aydan, Malikiyə görə 26 aydan sonra əmən süd uşağı olmaz. 

Hənəfi  Malikidə bir dəfə bir qurtum əmməklə süd qardaş olar. Şafiidə və Hənbəlidə isə ayrı-ayrı 5 dəfə doya-doya əmməsi lazımdır.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину