Facebook Twitter WhatsApp

Gəlinlik İslam adətidirmi?

Sual: Gəlinlik İslam adətidirmi?

CAVAB

İslam adətidir, bağlı yerdə geyindirmək lazımdır. Yadlara göstərməmək lazımdır.

Sual: Borc olaraq gəlinlik almaq caizdirmi?

CAVAB

Caizdir. Verənə savab olar.

Sual: Gəlinliklə yadla rəsm çəkdirmək haramdırmı?

CAVAB

Bəli. Çünki yadın gəlini gəlinlikdə görməsi haramdır.

Sual: Dinimizdə yerlərə qədər sürünən dəbdəbəli qeyri-müsəlmanların da geyindiyi ağ gəlinlik vardırmı? Bir gün üçün o qədər pul verilib alınan bu gəlinlik israf deyilmi? İsraf haram olduğuna görə buna nə üçün mane olunmur?

CAVAB

Gəlinlik paltar sünnətdir. Ancaq bəyin də, gəlinin də yeni geyinməsi sünnətdir. Rəngi ağ olacaq deyə bir şey yoxdur. Mübah adətlərdə qeyri-müsəlmanlar kimi ağ geyinmək günah olmaz. Lakin bu günki gəlinliklərin çoxu təsəttürə uyğun deyildir. Üstəlik gəlini, gəlinliklə yadların görməsi də caiz deyildir.

Təsəttürlü gəlinlik

Sual: S.Əbədiyyədə, “Gəlini, təsəttürlü də olsa, yad kişiyə göstərmək haramdır” deyilir. Gəlinin təsəttürlü gəlinliklə yad kişiyə şəkil çəkdirməsi də haram olur?

CAVAB

Əlbəttə haramdır. Çünki gəlinlik zinətdir. Nə məqsədlə olarsa olsun zinəti başqasına göstərmək haramdır. Harama önəm verməmək küfr olar. Yəni, əhəmiyyət vermədən bu haramı işləyənin, imanı gedər. İmanı gedənin nikahı da gedər. Digər haramlara önəm vermədən işləmək də belədir. Burada günah işləmək deyil, günaha əhəmiyyət verməmək küfr olar.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину