Facebook Twitter WhatsApp

Oturmağın ədəbi

Sual: Bir maneə yoxdursa, oturarkən qibləyə qarşı oturmaq daha savabdırmı?

CAVAB

Bəli, qibləyə dönüb oturmaq sünnətdir. Üzrsüz [bəhanəsiz] qibləyə qarşı ayaqlarını uzatmaq məkruhdur. Bir bəhanəylə və ya səhvən uzatmaq isə məkruh olmaz. (Rədd-ül-muxtar)

Bir neçə adamla birlikdə oturduqda, bir-birinin üzünə doğru oturmaq lazımdır. Çünki namaz xaricində möminə doğru dönmək, Kəbəyə dönməkdən üstündür. Bir hədisi-şərif məali belədir:

“Ey Kəbə, ey Beytullah! Səni Allah şərəfli, mükərrəm və böyük qıldı, ancaq mömin hörmət baxımından səndən daha qiymətlidir.” [Tabərani]

Tək oturarkən başqa tərəfə dönməyə ehtiyac yoxdursa qibləyə dönərək oturmak lazımdır. Bir hədisi-şərif məali belədir:

“Hər şeyin ən gözəl və ən uyğun bir şəkli vardır. Oturma şəklinin ən gözəli də qibləyə qarşı oturmaqdır.” [Əbu Davud]

Sual: Ayağı ayaq üstünə ataraq oturmaq günahdır?

CAVAB

Günah olmaz, amma başqalarının yanında belə oturmaq ədəbə zidd olar. Rəsulullah əfəndimiz qızının yanında belə mübarək ayaqlarını uzatmazdı.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину