Sual: Getdiyim yerlərdə müxtəlif səbəblərə görə bəzi bəhanələr taparaq təklif olunan təamları qəbul etmirəm. Belə etmək günah olurmu?
CAVAB
Məlum bir bəhanəniz yoxdursa, yeyib-içilməsi haram olmayan təklifi rədd etmək uyğun deyildir. Hədisi-şəriflərdə buyuruldu ki:
“Bir kimsəyə bir yoldaşı bir yeməyə qonaq etsə, onu qəbul etsin! Çünki o Allahu təalanın ikramıdır. Allahu təalanın ikramını da rədd etməyin!” [Əbu Nuaym]
“Yoldaşının evinə gəlib də, önünə qoyulanı yeməmək cəfadır.” [Deyləmi]
В корзине: 0 шт.
на сумму: 0