Facebook Twitter WhatsApp

Yeməyi birlikdə yemək

Sual: Birlikdə yemək yeyiləndə, birindən o birinə xəstəlik keçəcəyi deyilir. Bu baxımdan yeməyi övladları ilə eyni qabdan yeməyib ayrı qabdan yemək lazımdır?

CAVAB

Yemək ibadət deyil, adətdir. Hər mübah adətdə olduğu kimi, yemək yeyərkən də, o ölkənin adətinə uyğun olaraq ayrı qablarda yeməkdə zərər yoxdur. Yoluxucu xəstəliyi olan kimsənin digər insanlarla oturub-durması uyğun olmaz. Yoluxucu xəstəliklərin ətrafa yayılmasının qarşısını almaq üçün dinimiz tədbir almağa böyük əhəmiyyət verir. Yoluxucu xəstəlik olan yerə girilməməsini və burada olanların da başqa yerə getməməsini əmr edir.

Yoluxucu xəstəlik olan yerdən çölə çıxmağın qadağan edilməsinin iki səbəbi vardır.

1- Sağlam olanlar xəstələrin yanından ayrılanda xəstələrə baxacaq kimsə qalmaz, xəstələr pərişan və köməksiz qalar.

2- Yoluxucu xəstəlik olan yerdə mikroblu hava hər kəsə yoluxanda, o yerdən başqa yerə gedənlər  xəstəlikdən xilas ola bilmədiyi kimi, xəstəliyi başqa yerə aparıb, sağlam insanlara da yoluxdura bilərlər. Bu baxımdan karantinə riayət etmək lazımdır.

Yoluxucu xəstəliyi olmayan ailə üzvlərinin birlikdə süfrəyə oturub yemək yemələrində zərər yoxdur. Hətta bu günki tibbin açıqladığına görə, birlikdə yemək yeyiləndə, birindən digərinə mikrob keçir, bədən o mikroba qarşı immunitet qazanır. Uşaqlara, böyüklərə edilən peyvəndlər də bir cür mikrob verilməsidir. Peyvənd ilə verilən mikroba immunitet qazanan kimsə, o mikrobla qarşılaşdığı zaman xəstələnməz. Birlikdə rəhmət və bərəkət vardır. Birlikdə yeməyin fəziləti haqqında bildirilən hədisi-şəriflərdən bir neçəsi belədir:

“Yeməyi, toplu olaraq yeyin, bərəkət birlikdədir.” [İbni Macə]

“Bir nəfərlik yemək iki nəfərə, iki nəfərlik yemək dörd nəfərə, dörd nəfərlik yemək də səkkiz nəfərə kafi gələr. Allahu təalanın fəzli, bərəkəti camaatla birlikdədir.” [Müslim]

“Ən şərliniz yeməyi tək yeyəndir.” [İ.Şarani]

“Yeməyi birlikdə yeyənin qəlbi yumşalar.” [Haraiti]

“Allahu təalanın ən çox sevdiyi süfrə ətrafında çox əl olan süfrədir.” [Tabərani]

“Yeməyin xeyirlisi birlikdə yeyiləndir.” [Haraiti]

“Toplu halda yeyin, bir adamın yeməyi iki adama yetər.” [Tabərani]

Bəziləri, “Ya Rəsulallah, çox yediyimiz halda doymur, yeməyin bərəkətini görə bilmirik” dedilər. Peyğəmbər əfəndimiz bunlara, “Sizlər yeməyi yalnız yeyirsiniz. Yeməyi birlikdə yeyər, bəsmələ çəkərsəniz, yeməyiniz bərəkətli olar” buyurdu. (İbni Macə)

Yeməyi ailə ilə birlikdə yemək məhəbbəti də artırar. Çox uşaqlar birlikdə yeyə bilmək üçün atalarının işdən gəlməsini gözləyirlər. Uşaqlarından ayrı yemək yeməyi adət halına gətirməmək lazımdır.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину