Facebook Twitter WhatsApp

Öz ayaqları üzərində dayanmaq

Qapının zəngi dayanmadan çalınırdı, Naciyə xala, “Gəlirəm, gəlirəm” deyərək iri addımlarla qapıya doğru gedərkən, bir tərəfdən də, öz-özünə danışırdı:

-Xeyirdir inşəallah kimdir bu görəsən? Təcili bir iş var yəqin...

Qapını açan Naciyə xala:

- Naciyə xala ərimlə mübahisə etdik, kefim pozuldu, mən də sənin yanına gəldim.

- Gəl içəri girək, rahat-rahat danış görək!

- Naciyə xala, bizim adama bu yaxınlarda, “Çoxdandır başım gicəllənir, qulaqlarım çinləyir, məni bir həkimə aparsaydın” dedim. Heç səsini çıxarmadı, vecinə belə almadı. Bu gün də, “Evdə əksiklər var, çıxıb alsaq yaxşı olardı, bayram qabağı uşaqlar üçün alış-veriş etsəydik, onları sevindirsəydik yaxşı olmazmı?” dedim.

- Nə dedi, yaxşı olmazmı dedi?

- Yox, elə demədi. “Həmişə mənim üstümə yüklənirsiniz, onsuz da işləməkdən yoruluram. Öz ayaqlarınızın üzərində dayanmağı öyrənin artıq, həkiminə özün get, alış-verişini də özün et! Mənə bir şey demə, pul istəyirsən verim. Hətta çıxdığın vaxt ödənməsi lazım olan kommunal ödənişləri da sənə verim, ödəyərsən, mənim işim bir az asanlaşar. Beləcə də öz ayaqlarınızın üzərində dayanmağı öyrənmiş olarsınız” dedi. İndi nə deməkdir bu, öz ayaqlarınızın üzərində dayanmağı öyrənin? Yoxsa bu adam bizim qoyub başqasıyla evlənəcək ki, başınızın çarəsinə baxın demək istəyir?

- Allah Allah, çox qəribə sözdür bu... Yaxşı, indiyə qədər demək öz ayaqlarının üstündə dayanmırmışsan. Qız niyə sən öz ayaqlarının üstündə dayanmırsan?

- İnan Naciyə xala, heç kimin ayaqlarının üstündə dayanmadım mən, yəni heç kimin ayaqlarına basmadım, həmişə öz ayaqlarımın üstündə dayandım.

- Bu insanlar nə qəribədir. Rəbbim yaratdığı bütün məxluqatın ruzisini hesabsız göndərir və özbaşına buraxmır da, insanlar yaradanın əmri olduğu halda, etmək məcburiyyətində olduqları vəzifələri üzərlərindən atmağa çalışırlar. Nə günlərə qaldıq ya Rəbbi!

- İndi yaxşı, Naciyə xala, mən nə edim?

- Bax gözəl qızım, sən ərinə baxma! O yorğun və həm də işlərindən fürsət tapa bilmədiyi üçün elə söyləmişdir. Heç elə şey olar? Kişinin vəzifəsini qadın yüklənərmi? Ən yaxşısı sən səbr edib ərinə bu vəziyyəti xoşluqla danış! “Mən sənin istəklərini əlbəttə edərəm, amma sənə qıymıram, çünki mən küçəyə çıxıb alış-veriş edərkən, gedib-gələrkən, harama girərək həm özümü, həm də səni yandırmaq istəmirəm. Qadının etdiyi günah ərinə də yazılarmış. Sonra mən nəfsimə uyub, bu işlərə öyrəşib, həmişə çölə çıxmaq istəyə bilərəm. Ən yaxşısı mən özümü də, səni də düşünüb oda atmayım, bu işi sənin uyğun olduğun bir günə təxirə salaq” deyərsən.

- Deyirsən dinləyərmi məni, Naciyə xala?

- Sən danışacağın vaxtı yaxşı seç və necə danışacağını bil, onda da Allah qorxusu varsa, niyə dinləməsin gözəl balam! Yetər ki, mülayim ol və həqiqətən Allahu təaladan qorxduğun üçün bu işi et. Qəlbdən çıxan söz qəlbə girər, bunu heç unutma. Həm etdiyini Allah üçün edərsən savab qazanar və Allahu təalanın köməyinə qovuşarsan. Xilas olub qurtularsan.

- Mən gedim artıq. Dediklərini etməyə çalışacam. Allah razı olsun, qəlbimi rahatlatdın. Sən olmasan nə edərdik bilmirəm. Allah amanında.

- Sağ-salamat get balam, salamat... Amma diqqət et heç kimin ayaqlarına basma!

- İnşallah...

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину