Sual: Uşaq olmaması üçün tədbir almaq, məsələn qoruyucudan istifadə etmək caizdir?
CAVAB
Bəli, caizdir.
Sual: Qadın uşaq olmaması üçün spiraldan istifadə etməsi caizdir?
CAVAB
Bəli.
Sual: Kişi xanımı razı olmadığı halda uşaq olmaması üçün tədbir ala bilər və ya xanımını tədbir almağa məcbur edə bilər?
CAVAB
Xeyr.
Sual: Abortun, tibdəki və dindəki yeri nədir?
CAVAB
Tibb mütəxəssisləri deyir ki:
“Abortun riskləri hamiləlik böyüdükcə artar. Xüsusilə böyük hamiləliklərdə abort əsnasında çox qanaxma ola bilər. Qanaxma dayandırıla bilməzsə, təhlükə baş verə bilər. Onun üçün abort ilk aylarda edilməsi lazımdır. Abortun qanuni sərhədi 10 həftə, yəni 2.5 aydır. Bundan sonra abort etmək qeyri-qanunidir. O halda abort üçün gecikməmək lazımdır, 2.5 ayı aşmamağa səy göstərmək lazımdır. Abort imkanına malik olmayan minlərlə qadının qeyri-sanitar üsullarla hamiləliyini öz-özünə bitirməsində meydana gələn ağır xəstəliklə həyatını itirdiyi acı bir həqiqətdir. O halda abort qanuni yollarla edilməsi lazımdır. Qanunlara görə 18 yaşından böyük və evli olan qadınlar həm öz, həm də ərlərinin razılığı ilə abort ola bilərlər. Rəsmi evli görülməyən qadınlarda ərin razılığı olmur. 18 yaşından kiçik olanlar ancaq himayəşi və ya qəyyumlarının razılığı ilə abort ola bilərlər.”
Dinimizdə isə üzrsüz uşaq aldırmaq haramdır, qadağandır. Hələ kasıblıqdan qorxaraq, rəhmindəki uşağı öldürmək, haqsız yerə cana qıymaq, yəni cinayət olduğu kimi, övlad haqqını da tanımamaqdır, böyük günahdır. Ananın və ya süd əmən digər uşağın ölümünə səbəb olan bir üzr varsa, üzvləri təşəkkül etmədən uşaq aldırmaq caiz olar. Kütübi-sittədəki, “İnsan, ana qarnında nütfə [sperma] olaraq 40, aleqa [embrion] olaraq 40, ət parçası olaraq da 40 gün qalar. Bundan sonra ruh verilər.” məalindəki hadisi-şərifini də əsas alan alimlər bir üzrdən ötəri, 1 aydan 4 aya qədər aborta icazə vermişdirlər. (Rədd-ül Muxtar)
Başqa səbəb olmasa da İslam tərbiyəsi ilə yetişdirə bilməmək qorxusu üzr olar. Yəni, İslam tərbiyəsi verə bilməmək niyyəti ilə dörd aydan əvvəl uşaq aldırmaq caiz olar. (S.Əbədiyyə)
Uşaq aldırmaq
Sual: S.Əbədiyyədə, dörd aylıq olmamış uşağı din bilgisi verə bilməmək, İslam tərbiyəsi ilə yetişdirə bilməmək qorxusuyla aldırmağın caiz olduğu bildirilərkən, İslam Əxlaqı kitabında, Fətavayi Hindiyyədən nəqlən, bir şərt bildirilmədən, dörd aydan əvvəl aldırmağın caiz olduğu bildirilir. Bu iki ifadə arasında bir ziddiyyət yoxdur?
CAVAB
Xeyr, bir ziddiyyət yoxdur. İslam Əxlaqında, “Dörd aylıq uşağını aldıran qadın cəzalandırılar. Daha əvvəl aldırması caizdir” deyilir. Hindiyyəyə baxanda, məsələ daha asan aydın olar. Bir üzrlə dörd ayı keçmiş bir uşağı aldıran qadının cəzalandırılacağı bildirildikdən sonra, ancaq dörd aydan əvvəl aldıra biləcəyi açıqlanır. Yəni, üzrlə də olsa, zərurətsiz dörd aydan sonra aldıra bilməz, dörd aydan əvvəl üzrlə aldıra bilər deyilir. İfadə belədir:
Süd verən bir qadın hamilə olsa, südü kəsilər və əmən uşağın həyatı təhlükəyə düşər, o uşağın da atası olmazsa, hamiləlik 4 ay olmadan əvvəl o qadın dərmanla uşağını sala bilər. Ancaq 4 ay keçdikdən sonra uşağını aldırması caiz olmaz. (Fətavayi Hindiyyə)
İmam Rəbbani həzrətləri, “Kasıblıqdan qorxaraq qızlar öldürülərdi. Bu, cana qıymaq və övlad haqqını tanımamaqdır” buyurur. (3/41) Uşaq aldırmaq da belə böyük günahdır. İbni Abidin həzrətləri, “Üzrsüz uşaq salmaq haramdır. Ananın və ya süd əmən digər uşağın ölümünə səbəb olan bir üzr varsa, üzvləri təşəkkül etmədən salmaq caiz olar” buyurdu. Üzvləri 120 gün sonra təşəkkül edər. Uşaq olmaması üçün əvvəldən bir tədbir almaq caizdir, fəqət canlı uşağı, almaq da, aldırmaq da haramdır. Kasıblıqdan ötəri yaxşı bəsləyə bilməmək qorxusu uşaq salmaq üçün üzr olmaz. Lakin İslam tərbiyyəsiylə yetişdirə bilməmək qorxusu üzr olar. (S.Əbədiyyə)
Demək ki, abortun caiz olması üçün bu iki şərt birlikdə olması lazımdır:
Dörd ayı keçincə, heç bir səbəblə abort caiz olmaz. Şikəst doğacaq deyə uşağı aldırmaq, doğduqdan sonra şikəst deyə uşağı öldürmək kimi cinayət olar.
5 aylıq uşaq
Sual: Daun sindromu olduğu aydın olan beş aylıq uşağı abort caizdir?
CAVAB
Dörd aydan böyük olarsa, caiz olmaz. Daun sindromu bir xəstəlikdir. Xəstə deyə uşaq öldürülməz. Dörd aydan əvvəl aldırmaq lazım olduğu vaxt, niyyət başqa da olsa dəyişdirib, İslam tərbiyəsi verə bilməmək narahatlığıyla uşaq aldırdığına niyyət etmək lazımdır.
Sual: “Sağlamlıq, estetik, iqtisad və sosioloji kimi bir səbəblə dörd ayı da keçsə abort caizdir” deyən olur. Caizdir?
CAVAB
Xeyr, saymadığı başqa bir səbəb qalmamış. Yəni, hər səbəblə uşaq aldırılar deyir. Halbuki üvzləri təşəkkül etdikdən sonra, yəni dörd ayı keçdikdən sonra uşaq aldırmağın caiz olmadığı bütün fiqh kitablarında yazılıdır.
Sual: Kasıb bir ailəyik, zövcəm bir uşağa hamilədir. Kasıb olduğumuz üçün baxa bilməyəcəyik, bu səbəbdən aldırmağımız günahdır?
CAVAB
Uşağin da, sizin də ruzinizi verən Allahu təaladır. Kasıblıqdan yaxşı baxa bilməmək, bəsləyə bilməmək qorxusu uşaq salmaq üçün üzr olmaz. Uşaq aldırmaq demək, uşağı öldürmək deməkdir.
Quranı-Kərimdə məalən buyurulur ki:
“Kasıblıq qorxusu ilə uşağınızı öldürməyin.” [Ənam 151]
“Allahu təalanın ruzi vermədiyi, yer üzündə bir məxluq yoxdur.” [Hud 6]
Ancaq din bilgisi verə bilməmək, İslam tərbiyəsi ilə yetişdirə bilməmək qorxusu üzr olar. Üzvləri təşəkkül etmədən [120 gündən əvvəl] salmaq caiz olar.
Demək ki, kasıblıqdan baxa bilməmək deyil, İslam tərbiyəsi ilə yetişdirə bilməmək niyyətiylə uşağı aldırmaq caiz olur.
Sual: Qadın ərindən icazəsiz uşaq aldıra bilər?
CAVAB
Aldıra bilməz.
Uşağını aldıran
Sual: Hamilə bir qadın ərindən xəbərsiz uşağını aldırar və ya bilərək salarsa, gurrə deyilən bir cəza lazım olurmuş. Bu cəza nə qədərdir və kimə verilir?
CAVAB
Ərindən icazəsiz uşaq aldıran və ya dərmanla yaxud başqa bir surətlə uşaq salan qadının akiləsi, 500 dirhəm gümüşü [və ya 50 dinar qızılı], qadının ərinə verər. Buna gurrə deyilir. Ərinin icazəsi ilə salarsa və ya bu hadisə dar-ül-hərb yəni İslamiyyətlə idarə edilməyən yerdə olmuşsa bir şey vermək lazım olmaz. Akilə, qatilin öldürmə işindəki köməkçiləridir. Dinar, bir misqal qızıldır. 50 dinar, 240 qram qızıl edər. Dirhəm, 3.36 qram gümüşdür.
Uşaq salmaq
Sual: “Sperma və yumurta canlıdır, döllənmiş yumurta bir günlük də olsa, bir aylıq da olsa canlı olduğu üçün, nə məqsədlə olarsa olsun, salmaq və ya aldırmaq caiz olmaz, lakin hamilə olmaması üçün spermanı çölə atmaq caizdir” deyilir. Sperma canlı olduğuna görə, çölə atılanda canlı olan sperma öldürülmüş olmurmu? Bu məntiq səhv deyilmi?
CAVAB
Əlbəttə səhvdir. Din nəqlə söykənir, məntiqlə din olmaz. Hamilə olmaması üçün sperma öldürmək caizdir. İbni Abidin həzrətləri buyurur ki:
Uşaq salmaq, haramdır. Ananın və ya süd əmən digər uşağın ölümünə səbəb olan bir üzr varsa, üzvləri təşəkkül etmədən salmaq caiz olar. (c.5, s.276)
Demək ki, üzvləri təşəkkül etməmişsə, bildirilən üzrlərlə uşağı aldırmaq və ya dərmanla salmaq caiz olur. Üzvləri təşəkkül etmiş olan uşağı almaq da, aldırmaq da haramdır. (S.Əbədiyyə)
Kütübi-sittədəki, “İnsan, ana qarnında nütfə [sperma] olaraq 40, aləqa [embrion] olaraq 40, ət parçası olaraq da 40 gün qalar. Bundan sonra ruh verilər” məalindəki hədisi-şərifini də əsas alan alimlər bir üzrdən dolayı dörd aya qədər aborta icazə vermişdirlər.
Başqa səbəb olmasa da İslam tərbiyyəsi ilə yetişdirə bilməmək qorxusu üzr olar. Yəni, İslam tərbiyyəsi verə bilməmək niyyətiylə, dörd aydan əvvəl uşaq aldırmaq caiz olar. (S.Əbədiyyə)
Vələdi zina
Sual: Xalq arasında, “Vələdi zina olaraq doğulacaq uşağı aldırmaq lazımdır” deyilir. Vələdi zina üçün abort caizdir?
CAVAB
Vələdi zina da olsa, zərurətsiz uşaq aldırmaq günahdır. İkincisi, nikahsız birləşmədən doğan uşağa günah olmaz. Ana-atanın günahını uşağı çəkməz. Hədisi-şərifdə buyuruldu ki:
“Vələdi zina atasının günahını çəkməz. Heç kim başqasının günahını yüklənməz.” [Hakim]
Bir ayəti-kərimə məali də belədir:
“Bir kimsə digər kimsənin günahını çəkməz.” [Nəcm 38]
Vələdi zinaya baxa bilməyən ana uşağını doğduqdan sonra dövlətə təslim edə bilər. Vələdi zina olan uşağı hər hansı bir şəkildə öldürmək əsla caiz olmaz.
В корзине: 0 шт.
на сумму: 0