Sual: Bizimlə eyni maddi vəziyyətdə olan qonşu bir xanım var. Evimizdə un, şəkər, yağ kimi ərzaq və ya hər hansı bir kitab, bir əşya görsə, borc kimi götürmək istəyir. Qaytarmaq xasiyyəti də yoxdur. Əgər maddi vəziyyətləri çətin olsaydı, olsun qaytarmasın deyərdik. Bizdən yoxsul tərəfləri yoxdur. Ərim, “Nə istəyirsə istəsin heç bir şey vermə!” deyir. Qonşu haqqından qorxuram. Verməsəm günah olarmı? Qonşumun hər gördüyünü istəməsi və aldığını qaytarmaması günah deyilmi? Bu qonşu yalnız bizdən deyil, başqalarından da belə şeylər istəyirmiş.
CAVAB
Əriniz sizin malınızı, siz də ərinizin malını icazəsiz xərcləyə bilməzsiniz. İcazəsiz xərcləmək, başqasına vermək günah olar. Qonşu gələndə,
“Ərim razı deyil, ondan icazəsiz bir şey verməyim günahdır” desəniz, o da bir daha heç nə istəyə bilməz. Ondan-bundan bir şey istəmək doğru deyildir.
Hədisi-şərifdə buyuruldu ki:
“İnsanlardan heç nə istəməyin, hətta bir misvaqı bir dəfə istifadə etmək üçün də olsa.” [Bəzzar]
Borc alıb imkanı var ikən qaytarmamaq və ya borclarını ödəməmək günahdır.
Hədisi-şərifdə buyuruldu ki:
“Borcunu ödəməyənlərə Allahu təala, qiyamətdə “Onun haqqını sizdə qoyacağımı zənn etdiniz?” buyuraraq o kimsənin yaxşı əməllərini alıb digərinə verər. Əgər borcunu qaytarmayanın yaxşı əməli yoxdursa, borc verənin pis əməllərini, günahlarını borcluya yükləyər.” [Tabərani]
Bir kimsəyə zərər vermək, qəlbini qırmaq pisdir, ancaq qonşuya zərər vermək, onu incitmək daha da pisdir. Hədisi-şərifdə buyuruldu ki:
“Qonşusu, zərərindən əmin olmayan kimsə, Allaha iman etmiş sayılmaz.” [Bəzzar] [Yəni bu adam kamil mömin deyildir.]
Qonşu pis də olsa ona əldən gələn yaxşılığı etməyə çalışmaq lazımdır!
Sual: Ərim öz pulumu xərcləməyimə, zəkatımı belə verməyimə razı deyil. Necə edim?
CAVAB
Öz pulunuzu doğru yerlərə istədiyiniz kimi sərf edə bilərsiniz. Onun pulunu onun istəmədiyi yerlərə xərcləməyiniz doğru deyildir. Əgər icazə verirsə, istədiyiniz yerlərə verə bilər, istədiyiniz kimi də xərcləyərsiniz. İcazəsiz xərcləməyiniz doğru olmaz. Qızıllarınızın zəkatını siz verəcəksiniz. Öz pulunuzdan verməyiniz lazımdır. Ərinizin hədiyyə etdiyi pul varsa ondan da verə bilərsiniz. Hədiyyə kimi aldığınız pul da sizindir. Zəkat verməyə əriniz razı olmasa da, mütləq verməyiniz lazımdır. Ondan xəbərsiz verərsiniz. Ərinin razılığı dinə uyğun işlərdə olur. Siz zəkat verdiyiniz üçün sizdən razı olmasa, bunun sizə heç bir zərəri olmaz.
Sual: Bacıma zəkat düşürmü? Ər və xanımın hesabları ayrıdırmı?
CAVAB
Zəkat və fitrənizi zəngin deyilsə bacınıza və ya uşaqlarına vermənizdə zərər yoxdur. Dinimizə görə kişi ilə xanımın mal varlığı ayrıdır, bir-birinə qatılmaz. Siz zəngin, əriniz kasıb ola bilər, siz kasıb əriniz zəngin ola bilər. Ərinizin deyil, özünüzə aid borcunuz varsa, mövcud pulunuzdan çıxarsınız. Qızıllarınızı çəkib alacaqlarınızla birlikdə hesab edərsiniz. Hamısının qırxda birini qızıl halında, bacınızın uşaqlarına verərsiniz.
Ev, dükan, avtomobil kimi şeylər zəkat nisabına qatılmaz. Yəni, zəkatları verilməz.
В корзине: 0 шт.
на сумму: 0