Facebook Twitter WhatsApp

Günahkarın duası qəbul olmazmı?

Sual: Günahkarın duası qəbul olmazmı?
CAVAB
Günahkar müsəlmanın duası, qəbula şayan deyilsə də, cənabı Haqq, dua edənin əlini boş çevirməz. Dua səbəbiylə ya günahlar əfv olur, ya gələcək bir bəla önlənir, ya mövcud bir bəla keçər, yaxud axirətdə böyük savaba çatar. (Şir’a)
Hədisi-şəriflərdə buyuruldu ki:
“Rəbbiniz kərimdir, Ona açılan əli boş çevirməkdən həya edər, edilən duanı qəbul edər”. [Tirmizi]
“Allahü təala duanızı qəbul edər. Dua etdim, hələ də duam qəbul olmadı deyə tələsməyin! Allahdan çox istəyin! Çünki kərəm sahibindən istəyirsiniz.” [Buxari]
“Dua edənin ya günahı əfv olur və ya dərhal xeyirli qarşılığını görür, yaxud axirətdə mükafatını alar.” [Deyləmi]
“Allahü təala Qiyamətdə duası dünyada qəbul edilməyən qula “Dünyada etdiyin duana qarşılıq bu savabları verirəm” buyuracaq, o qədər çox savab verəcək ki, o adam, “Kaş ki, dünyada heç bir duam qəbul olunmasaydı” deyəcəkdir. (T.Qafilin)
Günah içində üzən bir adamın dünya işləri ilə bağlı duasının qəbul olması, istəklərinə qovuşması onun əleyhinə olur. Hədisi-şəriflərdə buyuruldu ki:
“Mömin dua etdiyi zaman Allahü təala Cəbrail əleyhissəlama, “İstəyini dərhal vermə, mən onun səsini sevirəm” buyurur. Facir dua etdikdə də, “Bunun istəyini dərhal yerinə yetir, mən onun səsini sevmirəm” buyurur.” [İbni Nəccar]
“Kafirin etdiyi duanın dərhal qəbul olmasını, möminin duasının gecikməsilə maraqlanan mələklərə Allahü təala buyurur ki: “Mən kafirə və səsinə qəzəblənirəm. Məni anmasın, mənə dua etməsin deyə dərhal istəyini verirəm. Mömini və yalvarmasını sevirəm. Məndən və məni anmaqdan uzaq durmaması üçün istəklərini gecikdirirəm.””  [Ramuz]
Sevgili qulları vəsilə etməlidir

Diləyinə qovuşmaq üçün, iki rəkat namaz qılıb, savabını Silsiləyi-aliyyə adlanan alimlərin ruhuna hədiyyə etməli, onların hörməti üçün deyə dua etməlidir. Məsələn, “Ya Rəbbi, xeyirli bir uşaq nəsib eylə” deyə dua edib, “Bu duamı silsiləyi- aliyyə böyükləri hörmətinə qəbul eylə” deməlidir. (Məkatib-i şərifə) 
Sübh və yatsı namazından sonra silsiləyi-aliyyənin adlarını çəkib, Fatiha oxuyaraq ruhlarına göndərib, sonra onları vəsilə edərək edilən duanın qəbul olduğu təcrübə edilmişdir. 
Ali Ramitəni həzrətləri buyurdu ki:
“Günah etməmiş bir dil ilə dua edin ki, qəbul olsun!” Yəni, Xuda dostlarının hüzurunda təvazu eyləyin, yalvarın ki, sizin üçün dua etsinlər. İstiqazə, yəni bir Vəliyə təvəssül də bu deməkdir.
[İsa əleyhissəlama gəlib dedilər ki, dua edirsiz, dəvasız xəstəliklər yaxşı olur, sağalır. Hansı duanı oxuyursunuz, bizə də deyə bilərsinizmi? İsa əleyhissəlam da onlara oxuduğu duanı söylədi. Adamlar bir müddət sonra yenidən gəldilər, Əfəndim oxuyuruq, oxuyuruq bir şey olmur, görəsən bizə səhv duamı öyrətdiniz, dedilər. İsa əleyhissəlam, “Dua doğrudur, amma ağız yanlışdır”buyurur, yəni doğru dua öyrətdim, dua eyni duadır, amma ağız eyni ağız deyildir!]