Facebook Twitter WhatsApp

Quran möminlər üçün şəfadır

Sual: Ölülərə və xəstələrə Yasin və Fatiha oxunur. Bu surələrin tərcümələrində şəfadan bəhs edilmir. Fatiha surəsini oxuyarkən özümüzə dua edirik. Bunların şəfa ilə nə əlaqəsi vardır?
CAVAB
Nədən bəhs edirsə etsin, Qurani-kərimin hər ayəsi, hər hərfi şəfadır.

Hədisi şərifdə, “Əlacların ən yaxşısı Qurani-kərimdir buyuruldu. (İbni Macə)
Peyğəmbər əfəndimiz üç cür dərmandan istifadə edərdi. Qurani-kərim və ya dua oxuyardı. Fənn ilə kəşf edilən dərmanlardan istifadə edərdi. Hər ikisini qarışıq da istifadə edərdi. Bir hədisi-şərifdə buyurulur ki:
Qurani-kərimdən şəfa gözləməyən şəfaya qovuşmaz. [Deyləmi]
Qurani-kərim və dua şərtlərinə uyğun şəkildə oxunarsa, əlbəttə şəfa verər. Oxuyanın və xəstənin buna inanması lazımdır. Haram iş görənin və etiqadı düzgün olmayanın oxuması fayda verməz. Qurani-kərimi ödənişlə oxumaq haramdır. (Təfsiri Məzhari)
Hədisi-şəriflərdə buyuruldu ki:

“Fatiha hər dərdə dəvadır.” [Beyhəki]
“Fatiha surəsi Allahü təalanın qəzəbini önləyər.” [Şir’a]
“Ölülərinizə Yasin oxuyun!” [İ.Əhməd]
“Qəbirsanlığa girən kəs Yasin surəsini oxuyarsa, o gün ölülərin əzabları yüngülləşər. Ölülərin sayı qədər o kəsə savab verilər.” [Ətfalül müslimin]
“Yasin oxuyanın sıxıntısı gedər.” [Deyləmi]
“Cümə gecəsi Yasin surəsini oxuyanın günahları bağışlanar.” [İsfəhani]
“Gecə vaxtı Yasin oxuyan əfv edilmiş olaraq səhərə çıxar.” [Buxari]
“Allah rızası üçün Yasin oxuyanın günahları əfv olar.” [İbni Sünni]
“Hər gecə Yasin oxumağa davam edən şəhid kimi ölər.” [Təbərani]
“Hər şeyin bir qəlbi vardır. Quranın qəlbi də Yasindir.” [Tirmizi]
“Bir dəfə Yasin oxuyan, on dəfə Qurani-kərimi oxumuş kimi savaba girər.” [Tirmizi]
Yasin surəsində qiyamətdə olan şeylər, dünyanın müvəqqəti olduğu, Cənnət nemətləri və Cəhənnəm əzabları da bildirilməktədir. Huşu yerində olan xəstə yanında oxunarsa, iman ilə getməyə səbəb olan şeyləri eşitmiş olar. İmamı Qəzali həzrətləri buyurur ki: 
“İmam Əhməd bin Hənbəl həzrətləri Cənabı Haqqın, “Başa düşərək və ya düşməyərək Qurani-kərim oxuyan mənim rizama qovuşur” buyurduğunu bildirməktədir.) [İhya]
Ölülər üçün də Yasini-şərif oxunması əmr edilmişdir. Hədisi-şəriflərdə buyuruldu ki:

“Yanında Yasini-şərif oxunan xəstə suya doymuş halda vəfat edər, doymuş halda qəbrə girər” “Müsəlman bir xəstə yanında Yasin oxunarsa, Ridvan adlı mələk Cənnət şərbəti gətirər. O kəs suya doymuş halda ruhunu təslim edər. Doymuş halda da qəbrə girər, suya ehtiyacı olmaz.” [S. Əbədiyyə]
Dualar və şəfalar 
Xəstəliyin vəziyyətinə görə müalicə dərman ilə, sədəqə verməklə və dua ilə olunur. Şəfanı verən yalnız Allahü təaladır. Qurani-kərimdə məalən buyuruldu ki:

“İbrahim, ”xəstəliyimə ancaq O şəfa verər” dedi.” [Şüəra 80]
“Qurani-kərim möminlər üçün şəfa və rəhmətdir.” [İsra 82] 
Hədisi-şəriflərdə də buyuruldu ki:
“Əsl dəva Qurandır.” 
[İbni Nəsr]

“Fatiha ilə Ayətəl kürsini oxuyana o gün nəzər dəyməz.” [Deyləmi]
La ilahə illa əntə sübhanəkə, inni küntü minəz-zalimin’ duasını oxuyan dərd və bəladan qurtular.” [Hakim] (40 dəfə oxunması yaxşı olar) 
“Səhər-axşam İxlas və Muavvizətəyni [iki qul əuzünü] hər birini 3 dəfə oxu! Bunlar bütün bəlaları, fəlakətləri, sıxıntıları və istəmədiyin hər şeyi aparar.” [Tirmizi]


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину