Sual: Aməntüdə bildirildiyi kimi, xeyri də, şəri də yaradan Allahdırsa, “Savab və ya günah qazanmaq da bizim əlimizdə olmur” deyə inanmaq küfr olarmı?
CAVAB
Əlbəttə küfr olar. Belə inanmaq Cəbriyyə adlı dəlalət firqəsinin düşüncəsidir. Cəbriyyə firqəsi, “Allah hər işi zorla etdirir. İnsan qədərinə, yəni alın yazısına məhkumdur. Heç kim işlədiyi günahdan məsuliyyət daşımır” deyirlər. Bu da çox yanlışdır. Hər kəs əməlindən məsuliyyət daşıyır. Yaxşılıq edən mükafatını, pislik edən cəzasını görür. Zərrə qədər xeyir və şər iş görən qarşılığını alır. (Təkvir 14, Zilzəl 7,8)
Əlin, ayağın titrəməsi, öz istəyi ilə hərəkət etdirməkdən fərqlidir. Biz günahı da, savabı da öz iradəmizlə işləyirik. Öz-özündən günah və ya savab işlənmir.
Meyxanaya gedib içki içən öz iradəsi ilə etmirmi? Haşa bunu Allah zorlamı etdirir? Qəbahəti Allaha yükləmək nə qədər səhvdir. Məscidə gedib namaz qılan da öz iradəsi ilə qılır. Amma insana yaxşılıq və pislik etmə gücünü verən də Allahü təaladır. Məsələn, mağazaya gedib halva və ya içki istədiyimizdə, satıcı verməsə ala bilərikmi? Amma biz gedib istəməsək satıcı da zorla verməz. Satıcı verdi deyə qəbahəti satıcıya yükləmək düzgün deyil. Halva istəmək və ya spirtli içki istəmək mənim əlimdə deyil demək də çox səhvdir.
Cəbriyyə firqəsi, sanki zorla verirmiş kimi qəbahəti satıcıya yükləyərkən, Mötəzilə firqəsi isə satıcını aradan çıxarır, “Gedib özüm aldım, insan öz işini özü yaradır” deyir. Hər ikisi də səhvdir və küfrdür. Ona görə də bidət əhli Cəhənnəmə gedər. Əgər zərrə qədər imanı varsa, cəzasını çəkdikdən sonra Cənnətə girər. Amma İslamiyyətə bu qədər zidd düşüncələri olanların imanla ölmələri çox çətindir. Ona görə Əhli-sünnət etiqadından zərrə qədər ayrılmamaq lazımdır.
Ateistə şəfaət
Sual: “Din aliminə şəfaət səlahiyyəti verilərsə, axirətdə filan ateistə şəfaət edəcək” deyirlər. Ateistə şəfaət edilərmi?
CAVAB
Qətiyyən şəfaət edilməz. Rəsulullah əfəndimizə belə, şəfaət səlahiyyəti verilməmişdir. Şəfaət imanı olanlaradır. Hətta iman etsə də, ateistliyinə tövbə etdiyi bilinməyən insan üçün elə demək caiz olmaz. Çünki iki ayəti-kərimə məalı belədir:
“Şəfaət edicilərin şəfaəti onlara [kafirlərə] fayda verməz.” [“Müddəsir” 48]
“O gün zalımlar üçün, nə müşfiq bir dost, nə də sözükeçən şəfaətçi vardır.” [Mömin 18]
Allahü təala, “Şəfaət yoxdur” deyərkən, “Şəfaət edər” demək, Allahı yalançı çıxarmaq sayılır. Məsələn, bir qadının qeyri-müsəlmanlaə evlənməsi caiz deyildir, küfrdür. Bunun əksini söyləmək küfr olduğu kimi, “Ateistə şəfaət edilə bilər” demək də küfrdür. Çünki burada Allahü təala yalançı çıxarılır. Allah, “Olmaz” deyərkən, “Olar” demək nə qədər çirkindir. İbadətlərdən əvvəl, küfrə səbəb olan söz və işləri öyrənmək lazımdır. Bir şəxsin xocasının bu cür küfrə düşməsini bəyənməsi də küfr olur.
Bəzi küfr sözlər
Sual: Aşağıda qeyd olunmuş sözləri söyləmək küfrə, yəni kafirliyə səbəb olurmu?
CAVAB
Bunlardan küfr olanların hamısını “Fətavayi-Hindiyyə”dən götürərək aşağıda qeyd etdik:
1- Qurandakı yədullah, vəchullah ifadələri üçün, “Bunlar, Allahın üzvləridir” demək. Yəni “Allahın əli və üzü vardır” demək.
2- “Allah susdura bilmir sənin dilini, mən necə susdurum” demək.
3- “Səni Allahdan daha çox sevirəm” demək.
4- Allahü təala haqqında, məkan isnad etmək, məsələn, “Allahın olmadığı, boş bir yer yoxdur. Allah, göydədir, yuxarıdadır, aşağıdadır, göydən və ya Ərşdən bizi görür” kimi sözlər söyləmək.
5- “Allah, Cənnətdə olacaq və möminlər də Allahı Cənnətdə görəcəkdir” deyərək Allaha məkan təyin etmək. [Allahü təalanı möminlər Cənnətdə cəhətsiz olaraq, qarşısında olmayaraq və necə olduğu anlaşılmayaraq görəcəkdir. Bu şəkildə inanmaq lazımdır.]
6- “Peyğəmbərlər günah işləyə bilərlər” demək.
7- Peyğəmbər haqqında, sıradan biri kimi, “Bu adam, o adam” demək. [Hindli Həmidullahın, Peyğəmbər əfəndimiz haqqında “Bu adam” ifadəsini istifadə etməsi. İslam Peyğəmbəri adlı kitabında, “Qırx yaşında bu təcrübəli adam qövmünü islaha təşəbbüs etdi” deyir. (s. 34)]
8- Həzrəti Əbu Bəkir və ya Həzrəti Öməri söymək və onlara lənət etmək.
9- Mötəzilə kimi, “Allah dünyada görülmədiyi kimi, axirətdə də görülməyəcək” demək.
10- Mütəvatir olan hədisləri inkar etmək.
11- Dəf, qaval [və ya başqa çalğı] çalaraq Quran oxumaq.
12- “Çox Quran oxudum, məndən günahı götürmədi” demək.
13- Birinə “Namaz qıl!” dedikdə, “Sən namaz qıldın da nə oldu” demək. “Fətavayi- Hindiyyə”
“Cənnətə gedəcəyik” demək
Sual: Bir zamanə mollası, yandaşlarına, “Mən də, siz də, əlbəttə ölən bu körpənin getdiyi yerə, yəni Cənnətə gedəcəyik” deyir. Cənnətə gedəcəklərini belə dəqiq söyləmək küfr deyilmi?
CAVAB
Aşərəyi-mübəşşərədən başqalarına dəqiq cənnətlik demək olmaz. Dinimizdə Allahın rəhmətindən ümid kəsib, “Biz dəqiq cəhənnəmliyik” demək küfr olduğu kimi, “Biz dəqiq cənnətliyik” demək də küfrdür. Allahü təaladan qorxmalı və rəhmətindən ümidini kəsməməli, yəni beynəl-xavfi vər-rəca [qorxuyla ümid arasında] olmalıyıq. İkinci bir cəhət isə, hər uşağın mütləq Cənnətə gedəcəyi də dəqiq deyildir, çünki bu mövzuda alimlərimizin fərqli qövlləri vardır.
“İnşallah Cənnətdə görüşərik” demək olar. Təmənni ayrı, dəqiq danışmaq ayrıdır.
Məcusi papağı
Sual: Məcusilərin taxdığı papağı istifadə etmək küfr olarmı?
CAVAB
Din kitablarında deyilir ki:
Məcusilərə məxsus əmmaməni, papağı, dinin bildirdiyi zərurətlər istisna olmaqla, istifadə etmək, küfr olur. (Hindiyyə)
Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.
В корзине: 0 шт.
на сумму: 0