Facebook Twitter WhatsApp

Küfrə səbəb olan sözlər və işlər

İbni Həcər Məkki həzrətlərinin “Zəvacir” adlı əsəri ilə, “Hadiqa”, “Bəriqa”, “Birgivi”, “Miftahül-Cənnə”, “Məktubatı-Rabbani”, “Səadəti-Əbədiyyə”, “İbni Abidin”dən istinad etdiyimiz, küfrə səbəb olan söz və işlərdən bəziləri bunlardır:
1- Allahü təalaya layiq olmayan şey söyləmək. Məsələn, bir kimsə bir işi etdiyi halda, zərurətsiz “Allah bilir ki, etmədim” demək. Yaxud, etmədiyi bir şey haqqında, zərurətsiz “Allah bilir ki, etdim” demək. Belə söyləmək Allahü təalanı haşa cahilliklə ittiham etmək sayılır.

2- Allah ağıllıdır, şüurludur, yaxşı düşünür demək, Onu yaradılmışlara bənzətmək sayılır ki, bu küfrdür.

3- Peyğəmbərləri alçaldıcı şey söyləmək, onları məsxərəyə qoymaq. Məsələn, Həzrəti Adəmi nəzərdə tutub “İlk insan vəhşi idi” demək və ya bir övliyanı peyğəmbərdən üstün bilmək. Yaxud peyğəmbərin dediyi doğrudursa, biz qurtulduq demək.

“Yalnız Quran”, “Qurandan başqa mənbə tanımıram”, “Qurandan başqa mənbəyə ehtiyac yoxdur”, “Peyğəmbər poçtalyondur, vəzifəsi bitmişdir” kimi sözlər də küfrdür.

4- Peyğəmbər əfəndimizdən sonra başqa bir Peyğəmbərin gələcəyini söyləmək. (İsa əleyhissalam gəlsə də, Peyğəmbər olaraq gəlməyəcək).

5- Mələkləri alçaldıcı şey söyləmək. Məsələn, “Sənin baxışın mənə Əzrayıl kimi gəlir” demək. Yaxud “Cəbrayıl belə söyləsə inanmaram” demək. “Uşaqlarınızı yaxşı tərbiyə etməsəniz, zəbani olarlar” demək.

6- İslam alimlərinin sözlərini, fiqh kitablarını və fətvalarını təzim etməsi lazım olan yerdə təhqir etmək. Məsələn, “İmam Əzəmin qiyası haqq deyildir” demək. Fətvanı yerə vurmaq. Hədis və təfsir kitablarını yerə atmaq.

7- Axirətdə olacaq şeyləri məsxərəyə almaq.

8- Allahü təalanın əmr və qadağalarına, yəni Qurani-kərimdə və hədisi-şəriflərdə açıq-aydın bildirilmiş və İslam alimlərinin kitabları ilə hər tərəfə yayılmış, inanılması zəruri olan din biliklərindən birinə inanmamaq, bəyənməmək və ya əhəmiyyət verməmək. Məsələn, “Mən görmədiyim üçün cinlərə, bədnəzərə inanmıram” demək.

9- Dəqiq haram olduğu bilinən bir şeyi yeyib-içərkən bəsmələ çəkmək. Məsələn, şərab içərkən və ya donuz əti yeyərkən Bəsmələ çəkmək küfrdür. Oğurluq edərək alınan bir şeyi yeyərkən bəsmələ çəkmək küfr olmaz. Çünki burada yeyilən şey deyil, oğurluq haramdır.

10- Kafirlərin ibadət kimi etdikləri və kafirlik əlaməti olan və ya İslamiyyəti inkar etmək, inanmamaq əlaməti olan və təhqir etməyimiz vacib olan hərəkətləri etmək, istifadə etmək. Bunlardan məşhur olanlarını bilməyərək və ya zarafat olsun deyə və ya ətrafdakıları güldürmək üçün etmək də küfrdür. Məsələn, zünnar adlanan keşiş qurşağı bağlamaq. Bunları güldürmək üçün də istifadə etmək küfrə səbəb olur. Etiqadının doğru olması fayda verməz. (Bəriqa)

11- Yunan filosofları kimi, dünya əzəli və əbədidir demək.

12- İslamiyyətə, “İslam düşüncəsi”, “İslam nəzəriyyəsi”, “İslami dünya görüşü” demək. [Düşüncə, bir iş haqqında düşünülən çarə və ya müqayisə olunan nəticədir. Dünya görüşü də düçüncə deməkdir. Nəzəriyyə də, ağlı, zehni əsaslara istinad edən görüş, məzəriyyə deməkdir. İslam alimləri, “İnsanın, ağıl, şüur, hafizə və düçüncə kimi yaradılmış sifətlərini Allaha aid etmək küfrdür” buyururlar.]

13- Allahü təalanın bildirdiyi hökmlərə ilahi düçüncə, ilahi görüş, ilahi nəzəriyyə, ilahi şüur demək. Qurani kərimdəki hökmlərə "Qurani görüş" demək.

14- Kafirlərin dini ayinlərini, bayramlarını bəyənmək. Zərurətsiz xristianların Milad bayramlarını təbrik etmək. Kilsəyə gedib, ayinlərdə iştirak etmək.

15- “Yəhudi və xristianların Allaha inananları Cənnətə gedəcək” demək.

16- Möcüzəni və ya kəraməti inkar etmək.

17- Məşhur bir harama halal, məşhur bir halala haram demək. Məsələn, donuz yağı halal, sirkə haramdır demək.

18- Ayəni, bəsmələni, bir mələk, bir peyğəmbər adı yazılı yazını, qəsdən tualetə, nəcasətə, murdar yerə atmaq. Müsəlmanın ağzına [dəfi-hacət sözləri ilə] söymək.

19- Kafir deyə xitab edildikdə, sözü şəxsin özünə götürüb müraciətə bəli deyə cavab verməsi.

20- Bir dilim çörək din elmindən yaxşıdır demək. Din elmi alçaldıldığı üçün küfrdür.

21- “Bir müddət sonra xristian olacağam” deyə düşünmək. Bir qadın, bir xristianla evlənməyə qərar verdiyi andan etibarən kafir sayılır. Bir kişi də bir ateist qadınla evlənməyə qərar verdiyi andan etibarən kafir olur.

22- Ağır bir xəstəliyə düşdükdə, “Allahım canımı al, istəyirsən kafir kimi al” demək.

23- “Allahım uşağımı aldın, başqa əlindən nə gəlirsə onu et” demək.

24- Dırnağı uzun olana, “Dırnağı kəsmək sünnətdir” deyilsə, o da, “olsun nə olacaq ki” desə, kafir olur. Dırnağını kəsmədiyi üçün deyil, sünnətə əhəmiyyət vermədiyi üçün küfr olur.

25- İnşallah, maşallah demək qarın doyurmaz. Maşallahla, inşallahla iş getməz və ya namaz qılmaq qarın doyurmaz demək. Bunları söyləməklə dinimizin əmri bəyənilməmiş və ələ salınmış olur. İnşallah, Allahın izni ilə deməkdir. Allahın izni olmadan heç bir şey olmaz. Ona görə, xeyir və şər Allahdandır, deyə iman etmək lazımdır. Xeyir kimi şərin də Allahdan olduğuna inanmamak küfr olur. Qul iradə edər, amma yaradan Allahü təaladır.

26- Sevdiyi birinə, “Sən mənə Allahdan da, Peyğəmbərdən də sevgilisən” demək.

27- Küfrə razılıq küfrdür. Uşaqlarının kafir olmasına kədərlənməmək. Məsələn, qızlarının qeyri-müsəlmanla evlənməsinə razılıq göstərmək.

28- Müsəlman olmaq istəyənə, sən hələ gözlə, əlimdəki bu işi bitirib gəlim deyərək, onun Müsəlman olmasını gecikdirmək.

29- Əcəlin xoyrat əli demək. [Çünki Əcəl Allahın əmri ilə gəlir, Allahın əmrini və ya Əzrayıl əleyhissalamın vəzifəsini zülm kimi göstərmək küfrdür.]

30- Kafirə hörmət etmək, məsələn, hörmət məqsədilə keşişin əlini öpmək.

31- Əshabı-kiramdan hər hansı birinə kafir demək. [Çünki Qurani-kərimdə hamısının Cənnətlik olduğu bildirilmişdir. Birinə kafir deyildikdə Qurana inanılmamış olur.]

32- “Məzlum kafirlər də Cənnətə girər” demək.

33- Haram puldan savab ummaq. Məsələn, bir qadın fahişəlik pulu ilə qurban kəssə, bundan savab umsa, küfrə girər. Savab ummadan etsə küfrə girməz.

34- Allahü təalanı məkanlı bilmək. Məsələn, xristianlar kimi Allah göydə oturur demək. Allahü təalanı nəzərdə tutub, “Göylərdən bir səs gəldi”, “Allah, göydən bizə baxır” demək. Belə danışmaq Allahü təalaya məkan isnad etmək sayılır. Dünya, planetlər, Cənnət və Cəhənnəm əzəli deyil, sonradan yaradılmışdır, məxluqdur. Yer və göylər yox ikən də Allahü təala var idi. İslam alimləri, “Allah hər zaman və hər yerdə əbədi olaraq hazır və nazirdir” deməyin caiz olduğunu bildirmişlər. Ancaq, Allahü təala zamanlı və məkanlı olmadığı üçün bu söz, göründüyü kimi qalmır, məcazi mənada işlənir. Bu baxımdan “Allah, zamansız və məkansızdır, heç bir yerdə olmayaraq hazır və nazirdir” demək caizdir. Belə olmazsa, Allahü təalanı zamanlı və məkanlı bilmək sayılır, bu isə küfrdür. “Miftahül-Cənnə” kitabında “Bir kimsə, “Allahdan hali [boş] yer yoxdur” desə və ya “Allah göydə mənim şahidimdir” desə, kafir olar. Çünki Allahü təalaya məkan isnad etmiş olur. Halbuki Allahü təala məkandan bəridir” buyurulur. (Küfr Bəhsi)

35- “Namaz qılmıram, amma sən ürəyimə bax, mənim ürəyim təmizdir” demək. [Çünki burada namaza əhəmiyyət verilmir, namaza əhəmiyyət verməmək küfrdür. Namaz qılmayan həmişə haram iş görür deməkdir, haram işləyənin ürəyi təmiz olmaz.]

36- “Anan-atan qarabuğdayıdır, sən necə sarışın oldun?” deyənə, “Mən istehsalat xətasıyam” demək. Belə söyləməklə, haşa Yaradıcının səhv iş etdiyi söylənmiş olur.

37- İbadətləri musiqi ilə etmək, ilahiləri musiqi ilə söyləmək. Çünki ilahilər ibadətdir, ibadətə haram qarışdırmaq küfrdür. Alkoqollu içki içərkən bəsmələ çəkmək də küfrdür.

38- Filan Müsəlman mənim gözümdə yəhudi kimidir demək.

39- Bir Müsəlman zarafatla, mötəbər bir din kitabına xürafə desə və ya ələ salaraq haram işləyənə və ya etdirənə “halal olsun” desə, mürtəd olur.

40- Quranı nəğmə kimi oxuyan hafizə, nə gözəl oxudun deyənin imanı gedər. (Dürrül-müntəqa)

41- Bir müğənnini dinləyən və ya hər hansı bir haram işi görən kimsə bu harama, nə gözəldir desə, o anda imanı gedər. (Müjdəci Mək. 266)

42- İnsan haqqında yaratdı, yaradıcı, yaratdım, yaradıcıyam kimi sözlər söyləmək küfr olur. Allahdan başqasına, yaradıcı deyilməz. Yaradıcı yalnız Allahü təaladır. Məcazi mənada demək, meydana gətirmək manasında da söylənməməlidir.

43- Zəruri olan və təvatür ilə bildirilən din biliklərinə inanmayan kafir olur. Küfr olan hər söz, istər zarafatla, istərsə könüldən olmayaraq deyilsə, küfr sayılır. (Miləl-nihal)

44- İslam biliklərini və əhli-sünnət alimlərini alçaldmaq da küfrdür.

45- Yad qadınlara baxana, haramdır deyildikdə, gözələ baxmaq savabdır demək küfr olur. Haramı qəbul etməyib, üstəlik sanki ibadət kimi savab deyir. Yad qadınlara baxmaq, gözü zəiflədir və qəlbi qaraldır. Mübah olanı, gözəli sevmək, Allahın qüdrətinə tamaşa etmək savabdır.

46- Bir Müsəlmanın dininə, imanına söymək küfrdür.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину