Facebook Twitter WhatsApp

Övliyanın rəsminə təzim

Sual: Bir övliyanın rəsminə təzim etmək şirk sayılırmı?
CAVAB
Şirk, Allahü təalaya ortaq qoşmaq, bənzətmək deməkdir. Bənzədən şəxsə “müşrik”, bənzədilən şeyə “şərik” deyilir. Bir kimsədə, bir şeydə üluhiyyət sifətlərindən birinin olduğuna inanmaq, onu şərik etmək sayılır. Allahü təalaya məxsus olan sifətlərə üluhiyyət sifətləri deyilir. Sonsuz var olmaq, yaratmaq, hər şeyi bilmək, xəstələrə şəfa vermək, üluhiyyət sifətlərindəndir. Bir insanda, günəşdə, inəkdə, hər hansı bir məxluqda üluhiyyət sifəti olduğuna inanaraq, ona təzim, hörmət etməyə, ona yalvarmağa ona ibadət etmək, sitayiş etmək deyilir. O şeylər “sənəm” [büt] olur. Belə zənn olunan insanın və kafirlərin rəsmləri önündə təzimedici şeylər söyləmək, belə hərəkətlər etmək də ibadət etmək, şirk sayılır.

Bir insanda üluhiyyət sifətlərindən birinin olduğuna inanmayıb, Allahın sevgili qulu olduğuna inanaraq, bunun rəsminə, təzim etmək şirk olmaz, küfr olmaz. Lakin, hər hansı bir insanın rəsminə hörmət etmək günah olduğu üçün, təzim, hörmət edən bir Müsəlman fasiq olar. Haram olduğuna əhəmiyyət verməzsə, digər bir haramı, əhəmiyyət verməyərək edənlər kimi mürtəd olar.

Təzim və təhqir
Sual:
 Dini cəhətdən dəyərli olan şeylərə hörmətsizlik etmək küfr olarmı?

CAVAB
Hər hörmətsizlik küfr sayılmır. İki nümunə verək:
1- Bir ehtiyac olmadan Kəbəyə qarşı ayaqlarını uzatmaq Kəbəyə hörmətsizlikdir, amma küfr deyildir, təhrimən məkruhdur. Bunu qəsdən etsələr, yəni Kəbə o tərəfdə olduğu üçün, ona əhəmiyyət verməyərək və ya ələ salaraq ayaqlarını uzatsalar küfr olar.

2- Namaz qılmamaq Allahü təalanın əmrinə hörmətsizlikdir, lakin küfr deyildir. Namazın fərz olduğunu inkar etmək, yaxud bu fərzi ciddiyə almamaq, namaza əhəmiyyət verməmək isə küfrdür.

Küfrə salan əməl
Sual: Əhli-sünnətə görə, əməl imandan hissə olmadığına görə, insan sadəcə etiqadi bir mövzudamı küfrə düşür, yoxsa əməli bir iş gördükdə də küfrə düşə bilər?
CAVAB
Peyğəmbər əfəndimizin bildirdiyi bütün əmr və qadağalarda etiqadi məsələ vardır. Yəni, Peyğəmbər əfəndimizin bildirdiyi bütün əmr və qadağalara inanmaq, hamısını bəyənmək etiqadi məsələdir, imanla bağlıdır. İmanda həssas nöqtə budur. Bunlara əməl edib-etməmək isə günah və savabla əlaqəlidir. Küfr, dinimizdə bildirilən, inanılması, bəyənilməsi lazım olan hər hansı bir xüsusa inanmamaq, bəyənməmək, hörmət etməməkdir. Yaxud yenə dinimizdə bildirilən, inanılmaması, bəyənilməməsi lazım olan yerdə hər hansı bir xüsusa inanmaq, bəyənmək, hörmət etməkdir. Bir neçə nümunə verək:
1- Müshafı-şərifi yerə atmaq küfrdür. Bu sadəcə bir işdir, amma Allahın kəlamına hörmətsizlik olduğu üçün küfrdür.

2- Alkoqollu içki içən, donuz əti yeyən kafir olmaz. Amma içkini içərkən, donuz əti yeyərkən Bəsmələ çəkilərsə və ya bunlar nə gözəl şeylərdir deyilərsə, o zamankafir olar. Haram olan şeyə hörmət göstərilmiş, haramlığına inanılmamış olur.

3- Xristianların xaçlarını boyunbağı olaraq istifadə etmək küfrdür. Boyunbağı taxmaq sadəcə bir işdir, amma xaçın hörmət yerində olduğu üçün, küfr əlamətini bəyəndiyi üçün küfr sayılır.

Necə hərəkət etməliyik?
Sual:
 Müsəlman olduğunu söyləyən, lakin sözlərində və ya yazılarında küfrə aparan bir şey görülən şəxsə kafir demək olarmı?

CAVAB
Müsəlman olduğunu söyləyən və ya camaatla namaz qılarkən görülən bir şəxsin Müsəlman olduğu aydın olur. Sonra, bunun bir sözündə, yazısında və ya bir hərəkətində Əhli-sünnət alimlərinin bildirdikləri iman biliklərinə uyğun gəlməyən, küfrə aparan bir şey görülsə, bunun küfr və ya dəlalət olduğu, bundan geri dönüb tövbə etmək lazım olduğu söylənməlidir. Yenə davam edərsə, bunun azğın və ya mürtəd olduğu aydın olar. Namaz qılsa, həccə getsə, hər ibadəti və yaxşılığı etsə də, bu fəlakətdən qurtula bilməz. Küfrə səbəb olan şeylərdən imtina etmədikcə, bundan tövbə etmədikcə, Müsəlman ola bilməz. Hər Müsəlman küfrə səbəb olan şeyləri mükəmməl öyrənərək mürtəd olmaqdan qorunmalı, kafir olanları və Müsəlman görünən yalançıları yaxşı tanıyıb, zərərlərindən çəkinməlidir!

Yalandan xristian olmaq
Sual: Avropada yaşayırıq. Xristian olan Müsəlmanlara pul və imkanlar verilir. Sırf bu imkanlardan faydalanmaq üçün, yalandan xristian olduğumuzu bildirsək bir zərəri olarmı? Bunun kimi, ateistlərin içində ateist görünməkdə bir qəbahət varmı?
CAVAB
Çox qəbahət vardır, çünki bu işdə bir zərurət yoxdur. İbadətini gizləmək ayrı, kafir görünmək ayrıdır. Din kitablarında zarafatla da belə olsa, “Mən kafirəm” deyən, kafir olar” buyurulur. Yəni bu işin zarafatı belə yoxdur. Hətta “Əhli-kitab olmaq, ateist olmaqdan yaxşıdır” demək belə küfrdür. Allahın pis dediyinə yaxşı demək Allahın sözünü qəbul etməmək sayılır. Bu baxımdan zarafatla da olsa, maddi mənfəət üçün də olsa, xristian və ya ateist görünmək olmaz.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину