Sual: Qadın və ya kişi olsun, hər Müsəlmanın hər zaman tövbə etməsi, imanını yeniləməsi lazımdırmı?
Cavab: Kişi və ya qadın olsun, hər Müsəlmanın, hər sözündə, hər işində Allahü təalanın əmrlərinə, yəni fərzlərə və qadağan etdiklərinə, haramlara tabe olması lazımdır. Bir fərzin əməl olunmasına, bir haramdan çəkinməyə əhəmiyyət verməyənin imanı gedər, kafir olar. Kafir olaraq ölən şəxs, qəbirdə əzab çəkər, axirətdə Cəhənnəmə gedər və Cəhənnəmdə sonsuz qalar. Əfv olunmasına, Cəhənnəmdən çıxmasına imkan və ehtimal yoxdur. Kafir olmaq çox asandır! Hər sözdə, hər işdə kafir olmaq ehtimalı çoxdur. Küfrdən qurtulmaq da çox asandır. Küfrün səbəbi bilinməsə də, hər gün bir dəfə:
“Ya Rəbb! Bilərək və ya bilməyərək küfrə səbəb olan bir söz söylədim və ya bir iş gördümsə, nadim oldum, peşman oldum. Məni əfv et” deyərək tövbə etsə, Allahü təalaya yalvarsa, mütləq ki, əfv olar. Cəhənnəmə getməkdən qurtular. Cəhənnəmdə sonsuz yanmamaq üçün, hər gün mütləq tövbə etmək lazımdır. Bu tövbədən daha mühim bir vəzifə yoxdur. Qul haqqı olan günahlara tövbə edərkən, bu haqları ödəmək və qəzaya qalmış namazlar üçün tövbə edərkən, bunları qəzasını etmək lazımdır.
Bəriqa, Hadiqa və Məcmaul-ənhürdə deyilir ki:
“Kişi və ya qadın bir Müsəlman alimlərin söz birliyi ilə küfrə səbəb olacağını bildirdikləri bir sözün və ya işin küfrə səbəb olduğunu bilərək söyləsə və həyata keçirsə, imanı gedər. Buna Küfri-inadi deyilir. Küfri-inadi ilə mürtəd olanların nikahları pozulur. Təkrar imana gəldikdə, iki şahid yanında Təcdidi-nikah etməlidirlər. Tövbə etmək üçün yalnız Kəlməyi-şəhadət söyləmələri kifayət deyil. Küfrə səbəb olan şeydən də tövbə etmək lazımdır. Əgər, küfrə səbəb olduğunu bilməyib deyilsə, həyata keçsə və ya küfrə səbəb olacağı, alimlər arasında ixtilaflı olan bir sözü qəsdən deyilsə, imanının gedəcəyi və nikahının pozulacağı, şübhəlidir. Ehtiyyatlı olub, təcdidi-iman və nikah etmək yaxşı olar. Bilməyərək söyləməyə Küfri-cəhli deyilir. Çünki hər Müsəlmanın, bilməsi lazım olan şeyləri öyrənməsi fərzdir. Küfrə səbəb olan sözü, çaşaraq, yanılaraq və ya təvilli olaraq söyləyənin imanı və nikahı pozulmaz. Amma tövbə və istiğfar, yəni təcdidi iman etməsi ehtiyyatlı olar. Təcdidi-nikah lazım olmaz.”
Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.
В корзине: 0 шт.
на сумму: 0