Facebook Twitter WhatsApp

Bilmədən küfrə girmək

Sual: Avropada yaşayan bir Müsəlman, yaşadığı ətraf-mühit səbəbilə, küfr olduğunu bilmədiyi bir sözü söyləsə və ya küfr olduğunu bilmədiyi bir işi etsə imanı gedərmi?
CAVAB
Bir kimsə, çalışıb öyrənməyə cəhd etdiyi halda, küfr söz və işlərin nələr olduğunu öyrənə bilməyibsə, bilmədən küfr söz və iş etsə, bəzi alimlərə görə buna kafir deyilməz. Çünki qəsdən bir şey etməmişdir, amma yenə də ehtiyyatlı olub təcdidi-iman etməsi yaxşı olardı. Evlidirsə, ehtiyyatdan təcdidi-nikah da etməlidir. (Hadiqa)

Dinsizin arvadı
Sual:
 Mən dinimi bilmədiyim vaxtlarda ateist birinə ərə getmişdim. Sonra öyrəndim ki, evlənməyə qərar verir-verməz mürtəd olmuşam. İndi dinimi öyrəndim. Əvvəlki küfr halıma tövbə etdim. Yaşlı və dinsiz ərimdə iqtidarsızlıq var. Yəni ailə münasibətimiz yoxdur. Hal-hazırda dinən nikahsız sayılırıq. Mən əvvəlki halıma tövbə etdiyim üçün Müsəlman sayılıram düzdürmü?

CAVAB
Əlbəttə Müsəlmansınız. Ərinizlə nikahınızın səhih olmadığını qəbul etməyiniz kifayətdir.


Küfrdən, inkardan qorunmaq üçün

Muhamməd əleyhissalamın Allahü təaladan gətirib bildirdiyi şeylərin hamısına qəlb ilə inanıb dil ilə söyləməyə iman deyilir. İmanın yeri qəlbdir. Qəlb, ürək adlanan ət parçasında yerləşən bir qüvvədir, buna könül də deyilir. İmanı söyləməyə mane olduğu zaman söyləməmək əfv olunur. Məsələn, qorxudulduğu, xəstə, dilsiz olduğu, söyləyəcək vaxt tapmadan öldüyü zaman söyləmək lazım gəlməz. Anlamadan, təqlid edərək inanmaq da iman sayılır. Allahü təalanın var olduğunu anlamamaq, düşünməmək günahdır. Peyğəmbər əfəndimiz tərəfindən açıq-aydın bildirilənlərdən birinə belə inanmamaq, heç birinə inanmamaq sayılır. Hər birini bilmədən, “Hamısına inandım” demək də imandır.

İmanın əmələ gəlməsi üçün İslamiyyətin küfr, inkar əlaməti dediyi şeylərdən çəkinmək də lazımdır. İslamiyyətin əmr və qadağalarından birinə barmaqarası baxmaq, Qurani-kərimi, mələkləri, Peyğəmbərlərdən birini ələ salmaq küfr, inkar əlamətlərindəndir. İnkar etmək, yəni eşitdikdən sonra inanmamaq, təsdiq etməmək deməkdir. Şübhə etmək də inkar sayılır.

Küfr, yəni imanın getməsinə səbəb olduğunu hər kəsin bildiyi bir şeyi eşitmədiyi, düşünmədiyi üçün kafir olanların, imanı gedənlərin küfrü, “küfri-cəhli”dir. Cəhalət də iki cürdür:
Birincisi, cahil olduğunu bilir, lakin bu cəhalətini aparmaq üçün çalışmır. Belə olanlar haqqında, “Heyvanlar kimidir, hətta heyvandan da aşağıdır” deyilmişdir. Çünki insanı heyvandan ayıran elm və idrakdır. Heyvanlar yaradıldıqları şeydə irəlidədirlər. Özlərinə faydalı şeyləri anlayır və onlara yaxınlaşırlar. Zərərli olanları da anlayıb onlardan uzaqlaşırlar. Halbuki belə cahillər bilmədiklərini bildikləri halda bu çirkin haldan uzaqlaşmaz, elmə yaxınlaşmazlar.

Cəhalətin ikincisi, “cəhli-mürəkkəb”dir. Yunan filosoflarından və Müsəlmanlardan yetmiş iki bidət firqəsindən imanı gedənlər bunlardandır. Bu cəhalət, birincisindən daha pisdir, əlacı bilinməyən bir xəstəlikdir. İsa əleyhissalam, “Karı, lalı müalicə etdim, ölünü diriltdim, lakin cəhli-mürəkkəbin əlacını tapa bilmədim” buyurmuşdur. Çünki bu cür şəxs cəhalətini elm və yetişkinlik, üstünlük zənn edir. Cahil və ruh xəstəsi olduğunu bilməz ki, əlacını axtarsın! Yalnız və yalnız Allahü təalanın hidayəti ilə xəstəliyini anlayan bu dərddən xilas ola bilər.

İman ediləcək şeyləri və fərzlərdən, haramlardan məşhur olanları, lazımı qədər öyrənmək fərzdir. Bunları öyrənməmək haramdır. Eşidib öyrənməyə əhəmmiyyət verməmək, küfrə, yəni imanın getməsinə səbəb olur. Cəhalətdən qurtulmağın əlacı isə Əhli-sünnət alimlərinin kitablarını oxuyaraq öyrənməkdir.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину