Sual: Müsəlman ikən İslamiyyətdən çıxan şəxsə nə deyilir və bu şəxsin Müsəlman ikən etdiyi ibadətlərin savabı gedərmi, bundan tövbə etmək üçün nə etmək lazımdır?
Cavab: Müsəlman, imanın yox olmasına səbəb olacağı söz birliyi ilə bildirilmiş olan şeyləri istəklə söyləsə və ya etsə, imanı gedər, kafir olar. Buna Mürtəd deyilir. Mürtədin, mürtəd olmadan əvvəlki ibadətləri və savabları yox olur. Təkrar imana gələrsə, zəngindirsə, yenidən həcc etməsi lazımdır. Namazlarını, oruclarını, zəkatlarını qəza etməsi lazım deyil. Mürtəd olmadan əvvəl, qəzaya qalmış namaz və orucları qəza etməsi lazımdır. Çünki, mürtəd olduqda, öncəki günahlar yox olmaz. Mürtəd olanın nikahı qüvvədən düşür, pozulur. İmana gələrək, təcdidi-nikah etmədən əvvəlki uşaqları vələdi-zina sayılır. Kəstiyi leş olur, yeyilməz. İmanının getməsinə səbəb olan şeydən tövbə etmədikcə, yalnız Kəlmeyi-şəhadət söyləməklə və ya namaz qılmaqla, Müsəlman olmaz. Mürtəd olacaq şeyi etdiyini inkar etməsi də tövbə sayılır. Tövbə etmədən ölsə, Cəhənnəm atəşində əbədi, sonsuz olaraq əzab görəcək. Buna görə də küfrdən çox qorxmalı, az danışmalıdır. Hədisi-şərifdə,
“Həmişə xeyirli, faydalı danışın. Yaxud susun!” buyuruldu.
Ciddi olmalı, zarafatcıl, oynağan olmamalıdır. Dinə, qanunlara, ağla, insanlığa uyğun olmayan şeylər etməməlidir. Küfrdən qorunmaq üçün Allahü təalaya çox dua etmək lazımdır. Hədisi-şərifdə
“Şirkdən çəkinin. Şirk, qarışqanın ayaq səsindən daha gizlidir” buyuruldu. Bu hədisi-şərifdəki şirk, küfr deməkdir. Bu qədər gizli olan şeydən qorunmaq necə olur deyildikdə,
“"Allahümmə innə nə-uzü bikə ən-nüşrikə-bikə şey-ən nəa-ləmühu və nəstəğfirükə limaə lə-nəa-ləmühu" duasını oxuyun!” buyuruldu. Bu duanı səhər və axşam çox oxumaq lazımdır.
Sual: İnkar edənlərin axirətdəki əzablarının sonsuz olmasının səbəbi, hikməti nədir?
Cavab: İnkar edənlərin Cəhənnəmdə sonsuz əzab görəcəkləri, Cənnətə heç girməyəcəkləri söz birliyi ilə bildirilmişdir. Kafir, dünyada sonsuz yaşasaydı, sonsuz kafir qalmaq niyyətində olduğu üçün, cəzası da sonsuz əzabdır. Allahü təala hər şeyin xaliqi, yaradanı, sahibidir. Mülkündə istədiyini etməsi haqqıdır. Ona, nə üçün belə etdin deməyə heç kimin haqqı yoxdur. Bir şeyin sahibinin, o şeyi istədiyi kimi istifadə etməsinə zülüm deyilməz. Allahü təala Qurani-kərimdə zalım olmadığını, heç bir məxluquna zülüm etmədiyini bildirmişdir.
Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.
В корзине: 0 шт.
на сумму: 0