Sual: Dinə, İslama inanmadıqları halda, İslamın bildirdiyi gözəl əxlaqı qəbul edənlər var. Bu cür, yəni İslamın bir hissəsini qəbul etməklə iman etmiş və Müsəlman olmuş sayılırmı?
Cavab: İslamiyyət bir bütündür. İnanılması bildirilənlərdən, əməl olunması əmr edilənlərdən və qadağan olunanlardan birini belə inkar etmək, qəbul etməmək imanı aparır. Beləliklə, İslamiyyətin bir qismini qəbul edənlərin İslamiyyətlə bir əlaqəsi qalmaz. Dində islahat edirik deyən İslam düşmənləri İslamiyyətin Allahü təala tərəfindən Peyğəmbər vasitəsilə bildirilmiş bir din olduğuna inanmadıqları halda, gözəl əxlaqlı olmaq, hər kəslə gözəl rəftar etmək və dünya işlərində inkişaf etməyə nail olmaq üçün din lazımdır, deyirlər. Xülasə, dinə dünya üçün inanmaq lazımdır, deyirlər. Dinin əsli olmamaqla yanaşı, xoş xasiyyətli olmaq, sosial faydalar vermək üçün dinə inanmaq gərəkdir deyirlər. Hətta bu inanmaq yalandan olduğu halda faydası çox olduğu üçün doğru imiş kimi inanmaq lazımdır deyirlər. Bunu da, avropalıların və amerikalıların dinlərinə çox hörmətlə yanaşdıqlarını gördükləri üçün belə edirlər.
Hər nə olursa-olsun İslam düşmənləri də dinin lazım olduğunu söyləməyə məcbur qalırlar. Çünki insanları cazibəsi ilə özünə bağlayan və işlərini düzənə salmağa məcbur edən bir qüvvə qüdsiləşmədikcə və qüdsiliyi yayılmadıqca zəif qalır.
Sual: Bir insanın qəlbi imanla dolu olduğu halda, imanı aparan bir şey söylədikdə və ya etdikdə, imanı yenə gedərmi?
Cavab: Əqaid və fiqh kitablarında, məsələn, Dürərdə qeyd edilir ki:
“Bir insan, qəlbi imanla dolu olduğu halda, küfrə səbəb olan, imanı aparan bir şeyi zərurət olmadan, yəni istəyərək söyləsə, imanı gedər, kafir olar. Qəlbindəki imanın faydası olmaz. Çünki, insanın kafir olduğu sözündən aydın olur. Küfrə səbəb olan şeyi söylədikdə, insanlar arasında da, Allahü təala qatında da kafir olur.”
Heç bir məxluqda ilahlıq sifəti yoxdur
Sual: Şirk nədir, bir insanın rəsminə hörmət etmək də şirk sayılırmı?
Cavab: Küfrün, inkarın çeşidləri vardır. Bunların ən pisi, ən böyüyü isə şirkdir. Bir pisliyin hər çeşidini bildirmək üçün, bunların ən pisi söylənir. Buna görədir ki, ayəti-kərimələrdə və hədisi-şəriflərdə keçən şirk kəlməsindən, hər çeşid küfr, inkar mənası anlaşılır. Şirk, Allahü təalaya ortaq qoşmaq, Onu başqa varlıqlara bənzətmək deməkdir. Bənzədən kimsəyə Müşrik, bənzədilən şeyə Şərik deyilir. Bir kimsədə, bir şeydə üluhiyyət, yəni ilahlıq sifətlərindən birinin olduğuna inanmaq onu şərik etmək sayılır. Allahü təalaya məxsus olan sifətlərə üluhiyyət sifətləri deyilir. Sonsuz var olmaq, yaratmaq, hər şeyi bilmək, xəstələrə şəfa vermək üluhiyyət sifətlərindəndir. Bir insanda, günəşdə, hər hansı bir məxluqda, üluhiyyət sifəti olduğuna inanaraq, ona təzim, hörmət etməyə, yalvarmağa, ona ibadət etmək, sitayiş etmək deyilir. O şeylər büt sayılır. Belə zənn olunan insanın heykəlləri, rəsmləri və məzarları qarşısında təzimedici şeylər söyləmək, etmək də ibadət etmək, şirk hesab olunur. Bir insanda üluhiyyət sifətlərindən birinin olduğuna inanmayıb, Allahın sevgili qulu olduğuna və ya vətənə, millətə xidmətləri olduğuna inanaraq onun rəsminə, heykəlinə, təzim etmək şirk sayılmaz. Lakin, hər hansı bir insanın rəsminə hörmət etmək haram olduğu üçün, təzim, hörmət edən bir Müsəlman fasiq olar.
Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.
В корзине: 0 шт.
на сумму: 0