Facebook Twitter WhatsApp

Şirk günahdırmı, yoxsa küfrdürmü?

Sual: Biz şirki ayrı, böyük günahı ayrı bilirik, lakin İslam Əxlaqı kitabında “Şirkdən, küfrdən, yəni imansızlıqdan sonra ən böyük günah bidət etiqadında olmaqdır” deyilir. “Dıya-ül kulub” kitabında yeddi böyük günahı bildirən bu hədisi-şərif nəql edilir:
“1- Şirk, 2- İnsan öldürmək, 3- Sehir, yəni cadu etmək, 4- Yetim malı yemək, 5- Faiz alıb-vermək, 6- Döyüşdən qaçmaq, 7- Namuslu qadınlara iftira etmək.” [Buxari]
Niyə şirk böyük günah olarak qeyd olunur?

CAVAB
Günah, Allahü təalaya üsyan deməkdir, onun qadağan etdiyi şeyi saymamaq deməkdir. Bu qadağaların ən böyüyü əlbəttə şirkdir, küfrdür. Ona görə şirk, küfr, bəzən böyük günahlar arasında sayılır və üsyan etməyin ən böyüyü hesab olunur. Peyğəmbər əfəndimiz də şirki böyük günahlar arasında bildirir. Deməli, haramların içərisində şirk də, küfr də vardır.

Küfr əlamətləri
Sual:
 Bəzi insanlar, “Boyna xaç, belə zünnar taxıb bir dəfə səcdəyə gedilsə və ya namaz qılınsa, artıq xaç Müsəlman olmuş olur. Bir daha bunlarla namaz qılmaqda qəbahət olmaz. Digər küfr əlamətlərinin hamısı belədir” deyirlər. Görəsən, bu düşüncə xristianlığa olan böyük rəğbətdən, kor təəssübdənmi qaynaqlanır? Xaç və zünnar Müsəlman ola bilərmi?

CAVAB
Xaç və zünnar küfr əlamətidir. Bunlar səcdəyə getməklə, zəmzəmlə yuyunmaqla küfr əlaməti olmaqdan çıxmaz. Xaç adlanan bütü, keşişlərin zünnar adlanan kəmərlərini və digər küfr əlamətlərini namaz qılarkən taxmaq da küfr sayılır.

Bütə sitayiş etmək və şirk
Sual: Müşriklər də bütlərin yaradıcı olmadığını bilir, sadəcə, bütləri Allaha yaxınlaşmaq üçün vəsilə edirlər. Bunlar müşrik olur, amma övliyanı Allaha yaxınlaşmaq üçün vəsilə edən niyə müşrik sayılmır?
CAVAB
Övliyayı-kiramı bütlərə bənzətmək çox çirkindir. Möminlər ənbiyaya və övliyaya sitayiş etmirlər, onların Allahü təalaya şərik [ortaq] olmadığını bilirlər. Ənbiyanın və övliyanın Allahü təalanın sevdiyi qulları olduğuna, Allahü təalanın, bu sevdiklərinin bərəkəti ilə digər qullarına mərhəmət edəcəyinə inanırlar. “Zərəri və faydanı yaradan yalnız Allahü təaladır. Sitayiş edilməyə haqqı olan yalnız Odur. Sevdiklərinin bərəkəti ilə qullarına mərhəmət edir” deyirlər. Müşriklər də, bütlərinin yaradıcı olmadığını söyləsələr də, bütlərin sitayiş olunmağa haqları olduğuna inanır, ona görə sitayiş edirlər. “Bütlərin ibadət edilməyə haqqı vardır” dedikləri üçün müşrik olurlar. Yoxsa, müşrik olmaları “Bizə şəfaət etmələrini istəyirik” dedikləri üçün deyildir. Bütlərdən şəfaət gözləmək də əlbəttə batil, yəni pozğun bir əqidədir. Belə inanmaq caiz olmasa da, batil olsa da, şirk deyildir. Bütlərə sitayiş etmək şirkdir. (Faidəli Bilgilər)

Xaç Müsəlman olmaz

Sual: “Əmmaməyə, təkkəyə və ya şlyapaya xaç taxıb onunla namaz qılınsa, beləliklə xaç səcdəyə getmiş, artıq o da  Müsəlman olmuş sayılır. Belə Müsəlman olmuş bir xaçla namaz qılmağın zərəri yoxdur” deyirlər. Cansız şey necə Müsəlman ola bilər ki?

CAVAB
Onların məqsədi xristianlığın simvolu olan xaçı, rəsmi bir simvol halına gətirib elə göstərməkdir. Bu, yerli xəfiyyələrin bir oyunudur. Səcdəyə gedən xaç Müsəlman olmaz. Donuz dərisindən təkkə tikib, “Səcdəyə getdiyi üçün donuz dərisi təmiz olur” demək kimi çox yanlış və çirkin bir sözdür. Əksinə, bir keşiş təkkə taxıb kilsəyə getsə, vəftiz olunan şərablı suya təkkəni batırsa, təkkə xristianmı olacaq? Elə edildi deyə Müsəlmanlar təkkə taxa bilməzlərmi? Müsəlman görünən xristian xəfiyyələrin oyununa gəlməyək.

Sual: İslamiyyətin əmrlərinə tabe olmayıb bu əmrləri istədikləri kimi tətbiq edənlərin imanı gedirmi?
Cavab: İman edib özünü İslamiyyətin hökmlərinə tabe edən insan Müsəlmandır. İslamiyyətin hökmlərini şəxsi arzularına, keflərinə uyğunlaşdırmaq istəyənlər isə Müsəlman deyildir. Çünki Allahü təala dinləri, nəfsin arzularını, keflərini qırmaq və həddi aşmağın qarşısını almaq üçün göndərmişdir.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину