Sual: Hədisi-şərifdə, Allaha şirk qoşmağın xaricində insanı küfrə salan bir günahın olmadığı bildirilir. Bilindiyi kimi, şirkdən, yəni Allaha şərik qoşmaqdan başqa küfrə salan günahlar vardır. O halda bu hədisi-şərifdəki şirk nə deməkdir?
CAVAB
Şirk, Allahü təalaya kimisə və ya nəyisə ortaq etmək, bənzətmək deməkdir. Bənzədən kimsəyə müşrik deyilir. Küfrün növləri vardır. Hamısından ən pisi, ən böyüyü şirkdir. Bir şeyin hər çeşidini bildirmək üçün, əksər halda, bunların ən böyüyü söylənir. Buna görə də, ayəti-kərimə və hədisi-şəriflərdə bildirilən şirk, hər cins küfr deməkdir.
Qurani-kərimdə məalən buyurulur ki:
“Allahü təala, şirki [hər növ küfrü] əsla əfv etməz və şirkdən başqa [böyük-kiçik bütün] günahları diləyərsə əfv edər.” [Nisə 48]
Bir kafir, bir kəlmeyi-tövhid söyləməklə mömin olduğu kimi, bir mömin də bir söz söyləməklə kafir olar. Küfrə salan söz söyləyənin imanı gedər, heç xəbəri olmaz. Hədisi-şərifdə buyuruldu ki:
“Elə bir dövr gələcək ki, insanın imanı gedəcək, heç xəbəri də olmayacaq. Halbuki ondan, köynəyin çıxdığı kimi, iman çıxmış olacaq.” [Deylemi]
Küfrə düşənin bütün ibadətlərinin savabları yox olur, tövbə etsə belə geri gəlməz, həmçinin, nikahını da yeniləməlidir. Tövbə etmək üçün yalnız kəlmeyi-şəhadət söyləmək kifayət deyil. Küfrə səbəb olan o şeydən də tövbə etmək lazımdır. Küfrə düşdüyü şeyləri bilmirsə, bilib-bilmədiyim bütün küfr söz və işlərdən tövbə etdim, deməsi kifayətdir.
“Bəriqa” və “Hadiqa” və “Məcmaul-ənhür” kitabında deyilir ki:
“Kişi və ya qadın bir Müsəlman alimlərin söz birliyi ilə küfrə səbəb olacağını bildirdikləri bir sözün və ya işin küfrə səbəb olduğunu bilərək, qəsdən [yəni təhdid edilmədən, istəklə] və ya başqalarını güldürmək üçün söyləsə, etsə, mənasını düşünməsə belə, imanı gedər, mürtəd olar. Buna Küfri-nadi deyilir. Əgər bunun küfrə səbəb olduğunu bilməyib, qəsdən söyləsə, etsə, yenə də mürtəd olar. Buna Küfri-cəhli deyilir. Çünki, hər Müsəlmanın bilməsi vacib olan şeyləri öyrənməsi fərzdir. Bilməməsi üzrlü səbəb deyil, böyük günahdır. Küfri-inadi və küfri-cəhli ilə mürtəd olanın nikahı pozulur. Zövcəsindən vəkalət alaraq, iki şahid yanında və ya məsciddə camaat ilə “Təcdidi-nikah” etməlidir. İkidən çox təcdid üçün “Hullə” lazım olmaz. Küfrə səbəb olan sözü, səhvən deyərək [yəni qəsdən olmayıb, çaşaraq] və ya təvilli olaraq və ya ikrah [təhdid] edilərək söyləsə, mürtəd olmaz və nikahı pozulmaz. Küfrə səbəb olması, alimlər arasında ixtilaflı olan bir sözü qəsdən söyləyən mürtəd olmasa da, bunun tövbə və istiğfar oxuması və təcdidi-nikah etməsi ehtiyyatlı olar.”
(Hər iki halda da küfrə girənin əvvəlki ibadətləri yox olur. Tövbə etsə də geri gəlməz. Zəngindirsə təkrar həccə getməsi lazımdır. Öncə əda etdiyi namaz, oruc və ya zəkatları qəza etməz. Lakin küfrə düşmədən əvvəl etmədiyi ibadətləri qəza etməlidir. Tövbə üçün yalnız kəlmeyi-şəhadət söyləmək kifayət deyil. Küfrə səbəb olan şeydən də tövbə etməsi lazımdır. Küfrə səbəb olan sözü səhv edərək, yanılaraq və ya təvilli olarak söyləyən və ya küfrə apardığı, alimlər arasında ixtilaflı olan bir sözü bilərək söyləyən, küfrə girməz. Lakin təcdidi-iman etməsi yaxşı olar.)
Kafir kimə deyilir?
Sual: Allahı inkar edənə kafir deyildiyinə görə, Allahın varlığına inanan əhli-kitaba da kafir deyilirmi?
CAVAB
Müsəlmanlığa görə insanlar iki yerə bölünür:
1- Müsəlman olanlar,
2- Müsəlman olmayanlar.
Müsəlman olmayanlara qeyri-müsəlman və ya kafir deyilir. Kafirlər də iki yerə bölünür:
1- Kitablı kafirlər [əhli-kitab],
2- Kitabsız kafirlər.
Ateist, müşrik, buddist, məcusi və daha başqa dinə inananlar kitabsız kafirdir. Digərləri kitablı kafirdir. Kitablı kafirlər də, kitabsız kafirlər də Cəhənnəmlikdir.
Kitab əhli kafirlərin hamısı Cəhənnəmlikdir. Bir neçə ayəti-kərimə məalı:
“Əlbəttə, əhli-kitabdan [yəhudi və xristian] olsun, müşriklərdən olsun, bütün kafirlər Cəhənnəm atəşindədir, orada əbədi qalacaqlar. Onlar məxluqların ən pisidirlər.” [Bəyyinə 6]
“Allah, Məryəm oğlu Məsihdir” deyənlər kafir olmuşdur. Halbuki Məsih demişdi ki: Ey İsrail oğulları, Rəbbim və Rəbbiniz olan Allaha qulluq edin. Bilin ki, Allah, Özünə şərik qoşana Cənnəti haram qılar. Artıq onun yeri atəşdir və zalımlar üçün köməkçi yoxdur.’’ [Maidə 72]
“Ayələrimizi yalanlayanlar kafirdir, onlar Cəhənnəmlikdir, orada əbədi qalacaqlar.” [Bəqərə 39] (Müsəlman olmayanların hamısı, ayələri inkar etdiklərinə görə kafir sayılır.)
Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.
В корзине: 0 шт.
на сумму: 0