Facebook Twitter WhatsApp

Xanım ƏMİNƏ MOSLER

Nə üçün müsəlman oldum?

Oğlumun, məndən soruşduğu bir çox suallara cavab verə bilmirdim. O məndən: (Ana, Allah niyə üçdür?) deyə soruşur, özüm də üç tanrıya inanmadığım üçün, ona inandırıcı bir cavab verə bilmirdim. Nəhayət, 1346-cı [m. 1928] ildə, yaşı artan, böyüyən oğlum, bir gün gözü yaşlı halda mənə gəldi, (Ana, mən müsəlmanlığı araşdırdım. Onlar bir tək məbuda [yaradana] inanırlar. Onların dini, ən doğru dindir. Mən də müsəlman olmağa qərar verdim. Sən də mənə qoşul!) deyə yalvarmağa başladı. Onun xahişi üzərinə, mən də İslam dinini araşdırmağa başladım. Berlin camisinə getdim. Caminin imamı məni çox yaxşı qəbul etdi və mənə müsəlmanlığın əsaslarını danışdı. O danışdıqca, sözlərinin nə qədər doğru, nə qədər məntiqi olduğunu görürdüm. Artıq mən də, oğlum kimi islam dininin ən doğru bir din olduğuna inanmağa başlamışdım. Hər şeydən əvvəl, daha gənc yaşda ikən belə, heç cür anlaya bilmədiyim, ağlımın heç cür qəbul etmədiyi üçlü tanrını müsəlmanlıq rədd edirdi. Müsəlmanlığı yaxşıca araşdırdıqdan sonra, günah çıxarmağın, keşişi günah iş görməyən məsum bir varlıq kimi tanımağın, vəftiz, yəni günah izaləsinin və buna bənzər bir çox mərasimin nə qədər mənasız olduğunu anladım və bütün bunları rədd edərək sevə-sevə müsəlman oldum.

Bütün nəslim qatı xristian idi. Mən bir katolik monastrında böyüdüldüm. Tamamilə xristian tərbiyəsi aldım. Ancaq, aldığım bu dini tərbiyə, məni Allahü təalaya aparacaq haqq dini seçməyimə yardım etdi. Çünki, tərbiyəm əsnasında mənə öyrədilən bütün yaxşı şeyləri, xristianlıqda deyil, müsəlmanlıqda tapdım. Müsəlmanlığı qəbul etməyim mənim üçün böyük bir hadisədir.

Bu gün mən artıq nənəyəm. Nəvəm müsəlman kimi doğulduğuna görə bəxtiyaram. Bilirəm ki, Allahü təala, doğru yola qoyduqlarına daim rəhbərlik edər.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину