Facebook Twitter WhatsApp

Muhamməd Əmin Hobohn (Alman)

Muhamməd Əmin Hobohn, həm diplomat, həm də bir missionerdir. İctimai [sosial] məsələlərlə məşğul olmuş bir elm və din xadimidir.

Avropalılar nə üçün dinlərini tərk edərək müsəlman olurlar? Bunun bir çox səbəbləri vardır. Bunların başında (Haqq) gəlməkdədir. İslam dininin əsas qaydaları o qədər məntiqi, o qədər doğru və dürüstdür ki, dində haqqı, həqiqəti axtaran ağlı başında, savadlı bir insanın bunları qəbul etməməsi imkansızdır. Məsələn, islam dini, bir tək məbud olduğunu bildirir. İnsanların ağlı-səliminə (sağlamfikirliyinə) xitab edərək, onları bir çox xürafələrə inandırmağa tənəzzül etməz. İslam dini, dünyadakı bütün insanların, hansı irqdən olursa olsun, hamısının Allahü təalanın qulu olaraq bir-birlərinə bərabər, bir-birinin bənzəri olduğunu bildirir.Biz almanlar, əsasən Allahü təalanın bizə qüvvə və qüdrət verən, ruhumuzu kamala çatdıran böyük bir xaliq [yaradıcı] olduğuna inanırıq. Allah məfhumu bizim içimizə təhlükəsizlik və rahatlıq gətirir. Lakin xristian dini, bu rahatlığı verə bilməməkdədir. Yalnız İslam dini Allahü təalanın böyüklüyünü bizə öyrətməkdə, eyni zamanda öldükdən sonra insan ruhunun hara gedəcəyi haqqında bizə rəhbər olmaqdadır. İslam dini, yalnız dünyada deyil, axirətdə də bizə yol göstərməkdədir. Axirətdə rahat olmaq üçün dünyada nə etmək lazım olduğunu, çox açıq və məntiqi bir tərzdə öyrətməkdədir. Allahü təalanın, axirətdə, insanlardan dünyada etdikləri işlər haqqında adilanə hesab soruşacağını bilmək, onları dünyada doğru və dürüst hərəkət etməyə sövq edir. Bunun üçün həqiqi müsəlmanlar, dünyada yaxşıca düşünmədən və edəcəkləri işin həqiqətən xeyirli olduğuna inanmadan heç bir iş görməzlər. Beləcə, bu böyük din, heç bir dünyəvi polis təşkilatının bacarmayacağı bir şəkildə, insanları təftiş [kontrol] etməkdə və onların daim doğru yolda qalmalarını təmin etməkdədir.İslam dininin Avropalılar tərəfindən seçilməsinin başqa bir səbəbi də, ibadət şəklidir. Namaz, insanlara daim zamanında iş görməyi, oruc isə, iradəsini göcləndirməyi öyrədir. Həyatda müvəffəqiyyət üçün, (işi  vaxtında  görmək və iradəsinə hakim olmaq) qədər əhəmmiyyətli başqa nə vardır? Böyük adamlar ancaq bu iki amil sayəsində müvəffəq olmuşdurlar. İndi, İslam dininin ən gözəl bir nöqtəsinə gəlirəm: İslamiyyət insanlara əxlaqi və insani xüsusları çox məntiqi bir tərzdə öyrədərkən, onları heç bir zaman öhdəsindən gələ bilməyəcəkləri işlərə zorlamamışdır. Əksinə, onlara yaxşı və rahat yaşamaq üçün bir çox imkanlar vermişdir. Allahü təala, insanların rahat və məsud yaşamasını istəməkdədir. Bunun üçün, insanların günah işləməməsini əmr edir. Müsəlmanlar, özlərinin daim Allahü təalanın hüzurunda olduqlarına inanır. Günah işləməməyə çalışırlar. Gərək digər dinlərdə və gərək Avropada qurulan nizamlarda, bu qədər gözəl, bu qədər faydalı bir qayda yoxdur.Mən, dünyada bir çox yerlərdə və mühitlərdə, diplomat və missioner kimi fəaliyyət göstərdim. Digər dinləri, ictimai nizamları diqqətlə araşdırdım. İslamiyyət qədər doğru, islamiyyət qədər mükəmməl, nə bir din, nə də ictimai bir nizam gördüm. Kommunizm, insanlara ilk baxışda doğru bir düşüncə kimi görünməkdədir. Bunun kimi, dünya işlərində ən böyük idarə şəkli olduğu zənn edilən qərbdəki demokratiya və nasizimdə də, bəzi doğru nöqtələr vardır. Lakin bunların heç biri tam deyildir. Hamısında bir çox nöqsanlar var. Tam və qüsursuz olan ancaq İslam dinidir. İnsanları yüksəldəcək olan amil, Avropalıların kəşfi olan ictimai düşüncələr deyil, ancaq və ancaq İslam dinidir. Buna görə, hər ağlı-səlim (sağlamfikir) sahibi, kamil bir insan heç tərəddüdsüz İslamiyyəti qəbul edir. Mən də belə etdim. Müsəlmanlıq nəzəri din deyil, əməli [praktik] bir dindir. İslamiyyət, insanın rəhim və qafur (mərhəmətli və bağışlayan) olan və doğru yolu göstərən Allahü təalaya, özünü təslim etməsi deməkdir. Bundan daha gözəl nə ola bilər?


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину