Facebook Twitter WhatsApp

Evlənmək və qədər

Sual: Mütləq qədərimizdə [təqdir, tale, qismət, alın yazısı] olan insanla evlənirik? Bizim seçim haqqımız yoxdurmu?
CAVAB
Qədər, insanların edəcəkləri işlərin əvvəlcədən bilinməsi deməkdir. Qədərlə bizim seçimimiz ayrı deyildir. Seçdikdə o, qədərimiz olur, nə iş görmüşüksə, kiminlə evlənmişiksə, o qədərimiz olur. Allahü təala olacaq hər şeyi bildiyi üçün bizim nə edəcəyimizi də bilir. Beləliklə qədər, Allahü təalanın əzəli elmi ilə, öz iradəmizlə edəcəyimiz işləri bilməsi deməkdir, zorla etdirməsi deyildir.


Qismətin çıxmaması
Sual: 
Bir qız evdə qaldıqda, “Qisməti çıxmadı, qədəri belə imiş” deyirlər. Qədərin rolu nədir?

CAVAB
Hər şey təqdir ilədir. Evlənmək, nəsibi çıxmaq və ya çıxmamaq da təqdirə bağlıdır. Allahü təala təqdirinə görə səbəblər yaradır. Məsələn, bir qız dua edərək, “Ya Rəbb, evlənmək haqqımda xeyirlidirsə, evlənməyi mənə nəsib eylə!” deməlidir. Duası qəbul olarsa evlənər. Evlənmək üçün tədbir almaq və səbəblərə sarılmaq lazımdır. Məsələn, pis bir insanla evlənib qəbahəti qədərə yükləmək doğru deyil.


İnsan, iradəyi-cüziyyəsindən istifadə edərək yaxşılıq yaradılmasını istəyərsə savab, pislik yaradılmasını istəyərsə günah qazanar. İnsan günah işləyərsə cəzasını, savab işləyərsə mükafatını görəcək. Yəni Allahü təala heç kimə zorla günah işlətmir. İnsan, iradəyi-cüziyyə ilə etdiyi işləri özü yaratmır. Bu işlərin, xeyrin və şərin yaradıcısı yalnız Allahü təaladır.

“Mənim Cəhənnəmə gedəcəyim alnıma yazılıbsa, yəni qədərimdə varsa, günah işləyib, Cəhənnəmə gedəcəm. Mənim bunda nə təqsirim var ki? Təqsir qədərimdədir” deyənlər var. Halbuki Allahü təala heç kimə zorla günah işlətmir. Qədər Allahdandır, ancaq cənab Haqqın, qədəri qəza halına gətirməsi, yəni yaratması, insanın iradəsini istifadə etdikdən sonra olur. Məsələn, “Filankəs, öz istəyi ilə bu günahları işləyəcək” şəklindədir.

Qədərdirmi?
Sual: Saleh bir gənc mənə elçi düşdü, işsiz-gücsüz idi, amma boyun- buxununu bəyəndiyim üçün onunla ailə qurdum. Əxlaqı da yaxşı çıxmadı. Sıxıntı içərisindəyəm. Qədərim belə idimi?

CAVAB
Siz istəmisiniz, Allahü təala da onu yaratmışdır. İnsan, iradəyi-cüziyyəsini istifadə edərək yaxşılıq yaradılmasını istəsə savab, pislik yaradılmasını istəsə günah qazanar. İnsan, günah işlədikdə cəzasını, savab işlədikdə mükafatını görür. Allahü təala sizin nə edəcəyinizi bildiyi üçün bunu lövhi-məhfuza yazır. Buna qədər və ya alın yazısı deyilir. Lövhi-məhfuzda yazılı olduğu üçün siz onu etmirsiniz. O işi edəcəyiniz bilindiyi üçün lövhi-məhfuza yazılmışdır. Buna görə də, pis bir iş görüb, “Nə edə bilərəm, qədərim belə imiş” demək doğru deyil.


Evlilik və qədər
Sual: Mən qızımı dinini bilən yaxşı bir Müsəlmanla evləndirmək istəyirəm, amma bir nəfər mənə Allah, onun alnına içki içən, pis birini yazıbsa, sən dəyişdirə bilməzsən, sənə görə qız evdə qalacaq, günaha girmə, qoy kiminlə istəyirsə ailə qursun! Qızın evliliyinə mane olma dedi. Mane olmaq, yoxsa mane olmamaqmı günahdır?
CAVAB
Elə danışanlar, qədəri bilmədikləri üçün səhv deyirlər. Qədər, hər kəsin öz iradəsilə nə edəcəyini, kiminlə evlənəcəyini, Cənab Haqqın əzəli elmi ilə bilməsi deməkdir. Biz kiminlə evlənməyə qərar vermişiksə, o bizim qədərimiz olur. Allahü təala olacaq hər şeyi bildiyi üçün, bizim nə edəcəyimizi də bilir. Yəni qədər, Allahü təalanın əzəli elmi ilə, öz iradəmizlə edəcəyimiz işləri bilməsidir, zorla etdirməsi deyil. Allah, heç kimin alnına “Pis biri ilə evlənsin” deyə yazmaz. Biz öz iradəmizlə içki içənlə ailə qurmağa qərar vermişiksə, bunu yazır. Qızımızın yaxşı bir insanla ailə qurması üçün çalışmasaq, pislə evlənməsinə göz yumsaq günah olar. Sonra “Qədəri beləymiş” demək doğru deyil.

İradəyi-cüziyyəsini istifadə edərək yaxşılıq yaradılmasını istəyən insan savaba, pislik yaradılmasını istəyən də günaha girmiş olar. Günah işləyən cəzasını, savab işləyən mükafatını görür. Qızını yaxşı adama verən də savaba, pisə verən də günaha girir.
Dəvəni bərk bağla, ondan sonra təvəkkül et!” hədisi-şərifi göstərir ki, dəvəni bağlamadan, sərbəst buraxıb Allaha əmanət etmək səhv işdir. Biz də qızımızın yaxşı biri ilə ailə qurması üçün bütün tədbirləri almalıyıq. Tədbir alsaq, axirətdə məsul olmarıq. Pis birinə getməsinə razı olub sonra qəbahəti qədərə yükləmək doğru deyil. Yəni pis ilə də, yaxşı ilə də ailə qurmağına özümüz səbəb oluruq. İçkili vəziyyətdə avtomobil idarə edib, sonda qəzaya düşənin, “Təqdir belə imiş” deməsi, səhv olduğu kimi, pis biri ilə ailə qurub, qəbahəti qədərə yükləməsi də yanlışdır.

Evlilik və qismət
Sual: “Evlilikdə tale,qismət digər talelərdən fərqlidir. Evlilik üçün tədbirli olmaq, dua etmək və səbəblərə bağlanmaq faydasızdır. Qismətdə nə yazılıbsa o olur. Çünki Peyğəmbərimiz, “Mənimlə birlikdə mələklər də dua etsə, yenə qismətdə yazılı olan ailə quracağın insanı dəyişdirə bilmərik” buyurur” deyənlər var. Mən dindar insan axtarıram. Qismətimə ateist yazılıbsa, mən onunla evlənmək məcburiyyətindəyəm?
CAVAB
Tale-qisməti bilməyənlər, belə səhv sözlər danışırlar. Bütün talelər eynidir. Evliliyin taleyi fərqli deyil. “Taleyimi mən özüm yazaram” və ya “Yoxsul xalqın taleyinə tərk edilməsinə razı olmarıq” kimi sözlər, taleyin nə olduğunu bilməməkdən irəli gəlir. Deyək ki, o idarəçinin səyi nəticəsində xalq yoxsulluqdan qurtuldu. Xalqın taleyini dəyişdirdi? Xeyr, deməli xalqın taleyi, yoxsulluqdan qurtulmaq idi. Hər kəs taleyində olanı edir. Yəni bizim öz iradəmizlə, nə iş görəcəyimizi Allahü təala bildiyi üçün, onu alnımıza yazır. Yoxsa onu yazdığı üçün biz o işi görmürük, öz iradəmizlə edirik.
Tale-qismət, hər kəsin öz iradəsilə nə edəcəyini, kiminlə ailə quracağını, Cənab Haqqın əzəli elmi ilə öncədən bilməsi deməkdir. Zorla etdirməsi demək deyil. Biz, kiminlə ailə qurmağa qərar vermişiksə, o bizim qismətimiz olur. Allahü təala olacaq hər şeyi bilir. Edəcəyimiz şeyləri yazması qismətimiz, qədərimiz olur.
Allah, heç kimin alnına “Pis bir insanla ailə qursun” deyə yazmaz. Biz, öz iradəmizlə, içki içənlə ailə qurmağa qərar vermişiksə, bunu yazır. Qızımızın yaxşı bir insanla ailə qurması üçün çalışmasaq, pislə evlənməsinə göz yumsaq günah olar, hədisi-şərifdə bildirildiyi kimi lənətlik olarıq.  “Qədəri beləymiş” deyərək Allahü təalanı təqsirləndirmək çox səhv iş olar.
İradəyi-cüziyyəsini istifadə edərək, yaxşılıq yaradılmasını istəyən insan savaba, pislik yaradılmasını istəyən də günaha girmiş olur. Günah işləyən cəzasını, savab işləyən mükafatını görür. Qızını yaxşı adama verən savaba, pisə verən də günaha girir.
“Qadınla, malı və ya gözəlliyindən ötrü, yaxud da dinindən ötrü evlənirlər. Siz dindar olanı ilə evlənin!” hədisi-şərifi də göstərir ki, əgər evlilikdə bizim rolumuz olmasaydı,”Dindar olanı ilə evlənin!” buyurulmazdı. Başqa bir hədisi-şərifdə, “Qızını fasiq olana verən lənətlənmişdir” buyurulur. Daha bir çox hədisi-şərif vardır. Bizim müdaxiləmizin faydası olmasaydı, belə buyurulmazdı.
Peyğəmbər əfəndimizin (sallallahü aleyhi və səlləm) əmrinə tabe olaraq, oğlumuzun və ya qızımızın yaxşı biri ilə ailə qurması üçün bütün tədbirləri almalıyıq. Tədbir alsaq, axirətdə məsul olmarıq. Pis ilə də, yaxşı ilə də evlənməsinə özümüz səbəb oluruq. İçkili vəziyyətdə avtomobil idarə edib sonra da qəzaya düşənin, “Təqdir beləymiş” deyərək qədəri təqsirləndirməsi səhv olduğu kimi, pis biriylə ailə quranın da, qəbahəti qədərə yükləməsi səhvdir.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину