Sual: Lövhi-məhfuzla Ümmi-kitab ayrıdırmı? Bunlar məxluqdurlarmı?
CAVAB
Əhməd ibn Süleyman həzrətləri buyurur ki: Lövhi-məhfuz, qorunmuş lövhə deməkdir. Əzəli və əbədi, olmuş və olacaq hər şeyin Allahü təalanın qatında yazılı olduğu kitab mənasındadır. Məxluqdur, yəni sonradan yaradılmışdır. Mələklər Lövhi-məhfuzu görürlər. Allahü təala dilədikdə Lövhi-məhfuzda dəyişiklik edir. Məsələn, insanın işlərinə görə ömrü və ruzisi dəyişir. Yaxşılar pis, pislər yaxşı olaraq dəyişdirilə bilər. Ümmi-kitab isə, kitabın anası deməkdir. Əzəli olan kəlamı-ilahinin adıdır, məxluq deyildir. Mələklər, bunu anlaya bilmirlər. Zamanlı deyil, yəni burada zaman yazılı deyil. Allahü təaladan başqa heç kim bilməz. Heç vaxt yox olmaz. (Lövhi-il-məhfuz və Ümmül-kitab risaləsi)
Fatihəyə Ümmi-kitab desələr də, o başqa bir mövzudur.
Lövhi-məhfuzda dəyişiklik olurmu?
Sual: İnsanların hallarında və işlərində, yəni qədərlərində dəyişiklik olurmu, yoxsa əzəldə necə təqdir edilibsə, hər şey elə də olur?
Cavab: Əhməd ibni Kəmal Paşa həzrətlərinin “Lövhi-il-məhfuz və Ümmül-kitab” və Əbüssuud Əfəndinin “Qəza və Qədər Risaləsi”ndə bu mövzu haqqında buyurulur ki:
“Rad surəsindəki, “Allahü təala dilədiyini silər. Dilədiyini dəyişdirməz. Ümmül-kitab Ondadır” məalindəki ayəti-kərimədə, lövhi-i məhfuz bildirilmişdir. Ümmi-kitab, əzəli olan kəlamı-ilahinin adıdır. Mələklər, bunu anlaya bilməzlər. Zamanlı deyil, yəni burada zaman yazılı deyil. Allahü təaladan başqa, heç kim bilməz. Heç vaxt yox olmaz. Lövhi-məhfuzda isə dəyişiklik olur, bunu mələklər görür. İnsanın işlərinə görə, ömrü və ruzisi dəyişir. Yaxşılar pis, pislər yaxşı olaraq dəyişdirilə bilər. Beləcə birinə ölümünə yaxın yaxşı işlər etdirib, son nəfəsdə iman ilə göndərir. Başqasına pis əməl etdirib, imansız göndərir. Bunun üçün Rəsulullah əfəndimiz hər zaman, “Allahümmə, ya muqallibəlqulub, səbbit qalbi, alə dinik” duasını oxuyardı. Mənası: “Ey böyük Allahım! Qəlbləri yaxşıdan pisə, pisdən yaxşıya çevirən ancaq Sənsən. Qəlbimi dinində sabit qıl, yəni dinindən döndürmə, ayırma!” deməkdir. Əshabı-kiram bunu eşitdikdə: “Ya Rəsulallah! Siz də dönməkdən qorxursunuz?' dediklərində, “Məkri-ilahidən mənə kim təminat verə bilər?” buyurdu. Çünki, hədisi-qüdsidə, “İnsanların qəlbi Rəhmanın qüdrətindədir. Qəlbləri dilədiyi kimi çevirir” buyurulmuşdur. Yəni, Cəlal və Cəmal sifətləri ilə, pisə və yaxşıya çevirir. Lövhi-məhfuza ilk dəfə, “Məndən başqa Allah yoxdur. Muhamməd əleyhissalam mənim rəsulumdur, həbibimdir və hər şey mənim məxluqumdur. Hər şeyin Rəbbiyəm, Xaliqiyəm” yazıldı. Sonra, Peyğəmbərləri və qiyamətə qədər gələcək insanların yaxşıları, said olaraq, pisləri isə şaki olaraq yazıldı.
Qədər dəyişməz. Qəza, qədərə uyğun olaraq əmələ gəlir. Qəzayi-muallaq şəklində yaradılacağı yazılmış bir şey, qulun yaxşı əməli ilə dəyişib yaradılmaz.
İbni Əsir həzrətləri: “Qəza və qədər bir-birindən ayrılmaz, çünki, qədər təməl kimi, qəza da üzərindəki bina kimidir” buyurdu. Qədər, Allahü təalanın olacaq şeyləri əzəldə bilməsidir. Qəza isə, qədərdə olan şeyləri, zamanı gəldikdə yaratmasıdır.”
Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.
В корзине: 0 шт.
на сумму: 0