Sual: Bəzi insanlar, hər şeyi bizə Allah etdirir. Bizim bunda təqsirimiz yoxdur. Alnımıza nə yazılıbsa onu edirik, deyirlər. Bu fikir doğrudurmu? CAVAB Muhamməd Məsum həzrətləri buyurur ki: Xeyrin və şərin yaradılmasında, insanın iradəsinin və ixtiyarının da təsiri vardır. İnsan bir şey etmək istəsə, Allahü təala da istəsə, o şeyi yaradır. İnsanın iradəsinə, istəməsinə “kəsb” deyilir. Deməli, insanların etdiyi hər hərəkət, hər iş insanın kəsbi və Allahü təalanın yaratması ilədir. Adam öldürənə qiyamətdə əzab edilməsi, onu kəsb etdiyi üçündür. Cəbriyyə adlanan bir zümrə insanlar isə, insanın kəsbini, iradəsini inkar edərək, “İnsan istəsə də, istəməsə də hər hərəkətini, hər işini Allah yaradır. İnsanın hər işi, ağac yarpaqlarının küləkdən titrəməsi kimidir. Hər şeyi Allah zorla etdirir. İnsan heç bir şey edə bilməz” dedilər. Belə söyləmək küfürdür. Əlin, ayağın titrəməsi ilə, iradə edərək hərəkət etdirilməsi, heç bir ola bilərmi? Qurani-kərimdə məalən buyuruldu ki: “Allahü təala onların əməllərinin hamısını soruşacaq.” [Hicr 92, 93] “İstəyən iman etsin, istəyən inkar etsin. İnkar edənlərə Cəhənnəm atəşini hazırladıq.” [Kəhf 29] “Allahü təala onlara zülm etməz. Onlar, özlərinə zülm edirlər.” [Nəhl 33] Allahü təala kərimdir, mərhəməti sonsuzdur. İnsanlara daim faydalı olan şeyləri bacara biləcəkləri qədər əmr etmişdir. Zərərli olanları qadağan etmişdir. “Bəqərə” surəsinin 286-cı ayəsində məalən, “Allahü təala insanlara asan edə biləcəkləri şeyləri əmr etdi” buyurulur. İnsanda iradə olmadığını söyləyənlər, özlərinə itaət etməyənlərə, sıxıntı verənlərə nə üçün qəzəblənirlər? Oğullarını və qızlarını nə üçün tərbiyə etməyə çalışırlar? Pis yola düşdüklərində nə üçün onlara hirsənirlər? Nə üçün bunların iradəsi yoxdur, məcburdurlar deyərək, xoş görmürlər? Hər kəs etdiyi pisliyin cəzasını görəcək. Qurani-kərimdə məalən, “Rəbbin, əlbəttə, əzab edəcəkdir. Ondan qurtuluş yoxdur” buyuruldu. (Tur 7, 8)