Facebook Twitter WhatsApp

Allahü təala diləyərsə

Sual: Bir yoldaş, “Allahü təala qullarını Cəhənnəmdə yandırmaq istəməz, qulları layiq olduqları üçün Cəhənnəmə atır” dedi. Digər bir yoldaş da, “Allahü təalanın istəmədiyi olmaz, Onu haşa məcbur edənmi var? İstəməsə heç birini yandırmaz. Deməli, istəyir” dedi. Hansı fikir doğrudur?
CAVAB
Bu, qəza-qədər mövzusudur. Bir neçə kəlimə ilə izah etmək mümkün deyil. Bir qul, bir şey etmək istədikdə, Allahü təala da istəsə, o işi yaradır. Qul istəməsə, Allahü təala da istəməz və o şeyi yaratmaz. Cəhənnəmə gedənlər, özləri istədikləri üçün gedirlər. Haşa Allah onlara zülm etmir. Bir ayəti-kərimə məali:
“Allahü təala onlara zülm etmədi. Onlar [küfrə girərək] özlərinə zülm etdilər.” [Nəhl 33]
İnsanlarda ixtiyar, yəni seçmək qüvvəsi olmasaydı, Allahü təala bu ayəti-kərimədə, “Onlar, özlərinə zülm etdilər” deməzdi. (Məktubatı- Rabbani)

Haşa zülm etməz quluna Xudası,
Hər kəsin çəkdiyi öz cəzası...



Əcəl və təqdir
Sual:
 Hər kəsin əcəlini Allah təqdir etdiyinə görə, başqasını öldürən və ya intihar edən adam niyə təqsirkar olur?

CAVAB
Allahü təala, əlbəttə, kimin nə vaxt və necə öləcəyini, intihar edib- etməyəcəyini, kimin kimi öldürəcəyini bilir. Bilməyən də zatən ilah ola bilməz. Allahü təala kimin Cənnətə, kimin Cəhənnəmə gedəcəyini də bilir. Allahın bilməsi, o işi zorla etdirməsi demək deyil. Məsələn, bir il içərisində günəşin nə vaxt çıxıb, nə vaxt batacağı, hesablanaraq təqvimlərə yazılır. Günəş, təqvimdə bildirilən saatlarda çıxıb, batır. Günəş, təqvimə elə yazıldı deyə bilinən saatlarda doğulub batmaz. Əksinə, günəş o saatda çıxacağı üçün təqvimə yazılır. Bir insanın nə edəcəyini, nə vaxt və necə öləcəyini, cənnətlik, yoxsa cəhənnəmlik olduğunu Allahü təala əlbəttə bilir. Bu, qədərinə yazılır. İnsan qədərinə yazıldığı üçün o işi işləmir. Nə iş işləyəcəyi bilindiyi üçün qədərinə o iş yazılır. Filankəs intihar edəcək, filankəs filankəsi öldürəcək, filankəs bu günahı işləyəcək deyə bilindiyi üçün yazılır. Ona görə də, günah işləyən, günahından məsuliyyət daşıyır. Adam öldürən, qatilliyindən məsuliyyət daşıyır. İntihar edən, intiharından məsuliyyət daşıyır.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину