Sual: Bir yerdə oxudum ki, böyük bir şəxs, “Ərəb dilini Allah yaratdı, digər dilləri insanlar fikirləşdilər” deyir. Digər dilləri insanların fikirləşməsi mənə qəribə gəldi. Hər şeyi Allah yaratmır?
CAVAB
Bu qəribəlik, qədəri yaxşı bilməməkdən irəli gəlir. Bəli, hər şeyi yaradan Allahü təaladır. Ancaq insanlara iradəyi-cüziyyə vermişdir. Bir insan günah iş görsə, öz azad iradəsi ilə etmiş olar, “Allah etdirdi” deyə bilmərik. “Hər şeyi Allah zorla etdirir” demək Cəbriyyə adlanan bidət firqəsinin fikridir. Sələfilər də bu düşüncədədirlər. Sələfilər, “Bir cani, yeddi nəfəri öldürdü” demək şirkdir. Çünki Quranda hər kəsi öldürənin Allah olduğu yazılıdır” deyirlər. İnsanı iradəsiz bir robota bənzədirlər.
Fabrikdə hazırlanan alətlər xarab olduqda, “İnsan əsəridir bu, xarab olmalıdır əlbəttə” deyirlər. İnsanın hazırladığı alətlərə, “İnsan əsəri” deməyin bir zərəri yoxdur. İnsanlar öz istəklərilə bir şeylər hazırlayırlar, hansı ki, Allah dərgahında bundan məsul olurlar. Allah zorla etdirsəydi məsul olmazdılar.
Allahın qoyduğu qanunlar kimi, bəşərin də qoyduğu qanunlar olur. “Bu konstitusiyanı, bu qanunları insanlar hazırladı” demək, dini cəhətdən bir zərərli olmadığı kimi, “Ərəb dilini, İslam hərflərini Allah yaratdı, digər dilləri və yazıları insanlar fikirləşdilər” deməkdə də, dini cəhətdən bir zərər yoxdur.
Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.
В корзине: 0 шт.
на сумму: 0