Sual: Kitablarda, “Allah bir quluna mələk göndərdi” və ya “Cəbrayılı dərhal göndərdi” kimi ifadələr keçir. Allah məkandan münəzzəh olduğuna görə, sanki mələklərin yanındaymış kimi, “Göndərdi” demək necə caiz olur?
CAVAB
Yeddi qat səma var. Birinci qat səma dünyadan çox böyükdür. Digər göylər də birinci qat göydən çox böyükdür. Allahü təala yerdəki və göklərdəki mələklərə eyni anda əmr edə bilir. Onlar da oradan başqa yerə gedirlər. Getdikləri yerlərdən başqa yerlərə getmələrini də əmr edə bilir. Buradakı məkan mələklərlə bağlıdır, Allahü təala ilə deyil.
Mələklərin sualı
Sual: “Bəqərə” surəsinin, “Rəbbin mələklərə, “Mən yer üzündə bir xəlifə yaradacağam” dedi. Mələklər, “Biz, səni həmdlə təsbeh edərkən, orada fəsad çıxaracaq, qan tökəcək insanımı xəlifə edəcəksən?” deyə soruşdular. Allah da onlara, “Əlbəttə mən sizin bilmədiklərinizi bilirəm” dedi” məalindəki 30-cu ayəti-kəriməsi insandan əvvəl də qan tökən, fəsad çıxaran canlıların olduğunu, mələklərin də bunu bildikləri üçün bu şəkildə soruşduqlarını göstərmir?
CAVAB
Adəm əleyhissalamdan əvvəl mələk, cin və heyvanlar var idi, amma insan yox idi. Təfsirlərdəki bilgilər belədir:
Əhməd ibn Yəhya həzrətləri buyurur ki:
Mələklər xəlifə ifadəsini eşitdikdə, Adəmoğulları arasında fəsad çıxaracaq kəslərin də olacağını anlamışdılar, çünki xəlifə kəlməsindən nəzərdə tutulan məna, pisliyi islah etmək və fəsadı tərk etməkdir. Mələklər, daha əvvəl cinlərin fəsad çıxarmalarını və qan tökmələrini görmüşdülər. Yer üzündə Həzrəti Adəmin yaradılışından əvvəl cinlər var idi. Onlar orada fəsad çıxarmış və qan tökmüşdülər. Allah onlara mələklərdən bir ordu göndərmişdi. Mələklər, “Orada fəsad çıxaracaq, qan tökəcək kəslər yaradacaqsan?” sualını, sadəcə vəziyyəti anlamaq üçün soruşmuşdular. Yəni, görəsən bu xəlifə [insan], bundan əvvəl gördüyümüz cin kimi olacaq, yoxsa başqa birimi olacaq demək istəmişdilər.
İbni Zeyd həzrətləri buyurur ki:
Allahü təala mələklərə insanlar arasında yer üzündə fəsad çıxaracaq, qan tökəcək kəslərin olacağını bildirmişdi. Elə buna görə mələklər də belə demişdilər. Bu sözləri ilə onlar Allahın yer kürəsində xəlifə təyin etdiyi və beləliklə ona nemət verdiyi kimsənin buna baxmayaraq üsyan etməsini heyrətlə qarşıladıqlarına görə belə sual verdilər.
Qatadə həzrətləri buyurur ki:
Allahü təala mələklərə, yer üzündə bəzi kəslər yaratsam, bunlar fəsad çıxarıb qan tökəcəklər deyə bildirmişdi. Allahü təala, “Mən yer üzündə bir xəlifə yaradacağam” deyə buyurduqda, mələklər, görəsən bu, Allahın onları yaradacağını bildirdiyi insandır, yoxsa başqası, olduğunu öyrənmək üçün, bu sualı vermişdilər. (Camiul-əhkam)
В корзине: 0 шт.
на сумму: 0