Sual: Mələkləri həmişə qanadlı qız şəklində təsvir edirlər. Qızlara mələk adını qoyurlar. Dörd böyük mələyin ismini qızlara qoymağın bir zərəri vardırmı?
CAVAB
Mələkləri qız şəklində təsvir edənlər xristianlardır. Bir də onların təsiri altında qalan cahillərdir. Mələklərdə erkəklik, dişilik yoxdur. Mələk adını qız uşağına deyil, oğlan uşağına qoymaq daha uyğun olardı. Ən azından mələkləri qız sanma ehtimalı aradan qalxardı. Amma indi adət olmuşdur. Oğlana mələk adı qoymaq qəribə qarşılana bilər. Əcdadımız dörd böyük mələyin adını oğlan uşaqlarına qoyublar. Beləliklə onların qız olmadıqları düşüncəsi yayılmışdı. Oğlan uşaqlarına Cəbrayıl, Mikayıl, İsrafil adını qoymaq uyğundur. Cənnət mələklərinin ən böyüyü Rıdvandır. Cəhənnəm mələklərinin böyüyü də Malikdir. Bunların adını da oğlan uşağına qoymaq olar. Qız uşaqlarına da qoymaq caiz olsa da, xristianlara bənzəməmək üçün qoyulmamalıdır. Əzrayıl adı da caizdir. Lakin digər uşaqların ələ salmasına səbəbiyyət verə bilər. Ona görə Əzrayıl adını qoymaq uyğun görülməmişdir.
Sual: “Əcəlin xoryat əli” demək küfürdür?
CAVAB
Bəli. Çünki Əzrayıl əleyhissalamın Allahü təalanın əmri ilə can alması xoş qarşılanmamış, ona təhqir edilmiş sayılır. Günahsız olan mələkləri hər nə şəkildə olur-olsun təhqir etmək, onları qüsurlu saymaq küfrə aparır. (Birgivi)
Sual: Mələklər Həzrəti Adəmə səcdə etdilərmi?
CAVAB
Mələklər Adəm əleyhissalama səcdə etmədilər. Onun istiqamətinə Allahü təalaya səcdə etdilər. Biz Kəbəyə səcdə etmirik, Kəbənin istiqamətinə yönələrək Allah üçün səcdə edirik.
Sual: Mələklər sevinib-kədərlənirlərmi?
CAVAB
Bəli.
Mələkləri məsxərəyə qoymaq
Sual: Qəzalar azaldıqda və ya yaşlılar ölməyəndə, Əzrayıl tətildə olur, demək caizdirmi?
CAVAB
Caiz deyil. Əzrayıl əleyhissalam vəzifəsində səhlənkarlıq etməz. Belə demək vəzifəsində səhlənkarlıq etdiyi mənasına gəlir. Mələkləri məsxərəyə qoymaq da küfrə qədər aparır.
Sual: Bir təfsirdə, Harut ilə Marut adlı iki mələyin günah işlədiyi yazılıdır. Başqa bir kitabda isə, mələklərin günah işləmədiyi yazılıb. Hansı doğrudur?
CAVAB
Qurani-kərimdə iki mələk deyilməsi, cinlərin mələklərin içində olmasına görə idi. Harut ilə Marut cin tayfasından idilər. Mələklər günah işləməz. (Təfsiri-Şeyxzadə, T. Kurtubi)
Sual: Cami kəlməsi, Cəbrayıl, Əzrayıl, Mikayıl, İsrafil adlı dörd böyük mələyin adlarının baş hərflərindən əmələ gəlib?
CAVAB
Xeyr, mələklərin adları ilə əlaqəsi yoxdur. Cami, ərəbcə kəlmədir. Dörd deyil, üç hərflidir. Cim, mim və ayn hərfləri ilə yazılır. Həmçinin, mələklərin üstünlük sırası da, bu kəlməyə uyğun deyil. Mövlana Xalidi Bağdadi həzrətləri buyurur ki:
Mələklərin bir-birlərindən üstünlükləri vardır. Ən üstün dörd böyük mələkdən 1-si Cəbrayıl, 2-si İsrafil, 3-sü Mikayıl, 4-sü Əzrayıldır [əleyhimüssalam]. (Etiqadnamə)
Sual: Peyğəmbərlər mələklərdən üstün ikən, mələklərə iman nə üçün peyğəmbərlərə imandan əvvəl yazılır?
CAVAB
Mələklər hər canlıdan əvvəl yaradıldı. Ona görə kitablara imandan əvvəl, bunlara iman edilməsi bildirildi. Kitablar da Peyğəmbərlərdən öncədir. Qurani-kərimdə də inanılacaq şeylərin adı bu sıra ilə bildirilmişdir.
Mələklərin adları
Sual: Mələklərdə erkəklik və dişilik olmadığı halda, niyə xristianlar mələkləri qız kimi təsvir edirlər? Niyə Müsəlmanlar da Mələklərin adlarını kişilərə qoyurlar?
CAVAB
Xristianlar mələklərə qız dedikləri üçün bu köhnə düşüncə aradan qalxsın deyə Müsəlmanlar, Cəbrayıl, Mikayıl, İsrafil kimi mələk adlarını oğlan uşaqlarına qoyublar. Belə bir bənzətmə məsələ olmazsa, oğlana da, qıza da qoymaq olar.
Saleh Müsəlmanlar üçün oğlan olsa da, qadın olsa da və ya uşaq ya, böyük olsa da, təmiz, günahsız mənasında, “mələk kimi insan” və ya “o bir mələkdir” deməyin zərəri yoxdur.
Sual: Mələklər və cinlər eyni maddədən yaradılmışlar və bir-birinə bənzəyən cəhətləri vardırmı?
Cavab: Cin atəşin alov hissəsindən yaradılmış cisimlər olub hər şəklə girə bilirlər. Mələklər isə nurani cisimlərdir. Müxtəlif şəkillərə girə bilirlər. Mələklə cin yaradılış etibarilə bir-birinə yaxındır. Mələklər möhtərəm, qiymətlidirlər. Cin aşağıdır, qiymətsizdir. Mələkdə nur, işıq qismi, cində isə alov maddəsi çoxdur. Əlbəttə nur zülmətdən üstündür. Mələklərin cinnlərə oxşarlığı, insanın heyvana oxşarlığı kimidir. İnsanların üstün olanları, mələkdən qiymətli, cin də heyvandan qiymətlidir. Mələklərdə nəfs yoxdur, cinlərdə isə nəfs vardır.
Sual: Mələklərdə yemə, içmə, erkəklik, dişilik və evlənmə kimi şeylər mövcuddurmu?
Cavab: Mələklər Allahü təalanın dəyərli qullarıdır. Əmr olunduqları işləri görürlər, üsyan etməzlər. Yemələri, içmələri yoxdur. Evlənməzlər, erkək, dişi deyildirlər, uşaqları olmaz. İlahi kitabları onlar gətirmişlərdir. Etibarlı varlıqlar olduqları üçün gətirdikləri də doğrudur. Müsəlman olmaq üçün mələklərə belə inanmaq lazımdır.
В корзине: 0 шт.
на сумму: 0