Sual: Mələklərin ağıllı olmadığını və bunun üçün heç bir məsuliyyət daşımadığını, dinlərin insanlar və cinlər üçün olduğunu deyərək, mələklərin dindar olmadığı, yalnız əmr olunanı yerinə yetirən robot kimi bir varlıq olduğunu söyləyirlər. Bəziləri də kişi olduqlarını söyləyir. Bu fikirlər imanın altı şərtindən birini inkar etmək deyilmi?
CAVAB
Bütün əqaid kitablarında mələklərin erkək və dişi olmadığı yazılıdır. Əvvəllər xristiyanlara pərəstiş edən bəzi insanlar mələklərin dişi olduqlarını söyləyir və qanadlı qız şəkilləri çəkirdilər. İndi də qanadlı kişi şəkilləri çəkəcəklərmi?
Mələklər nurdan, İblis və cinlər isə alovdan yaradılmışdır. Onların hamısı ağıl və iradə sahibi varlıqlardır. Allahu təala mələkləri də, İblisi də imtahandan keçirmişdi. Bir ayəti-kərimə məalı belədir:
“Adəmə [Adəmə qarşı Allaha] səcdə edin dediyimiz zaman İblisdən başqa mələklərin hamısı səcdə etdi. İblis isə üz çevirib riyakarlıq etdi, kafirlərdən oldu. [Bəqərə 34]
Mələklərin məsum olması onların ağıl sahibi olmadıqlarını göstərmir. Ağıl sahibi olmayan da Peyğəmbər olmaz. Qurani-kərimdə mələklərdən də peyğəmbərlərin olduğu bildirilmişdir. Cəbrail, Mikail, İsrafil və Əzrail [əleyhimüssəlam] mələklərin peyğəmbərləridir. Mələklərin hamısı elm sahibidir. İki ayəti-kərimə məalı:
Mələklər dedilər: “Ey rəbbimiz, Səni nöqsan sifətlərdən tənzih edər, kəmal sifətlər ilə təvsif edərik ki, Sənin bizə öyrətdiklərindən başqa bizim məlumatımız yoxdur.” [Bəqərə 32]
“Allah, mələklər və ədaləti yerinə yetirən elm sahibləri Ondan başqa ilah olmadığına şəhadət etmişdilər. [Al-i İmran 18]
“Quran, Ərşin sahibi olan Allah qatında dəyərli, qüdrətli, sözü eşidilən və güvənilən şərəfli bir elçinin [Cəbrailin] gətirdiyi sözlərdir”. [Təkvir 19-21]
Allahu təala mələklərə fərqli vəzifələr vermişdir. Bir ayəti-kərimə məalı:
“[Möminlərin ruhlarını Cənnətə, kafirlərinkini Cəhənnəmə aparmaqla] yarışan və işləri idarə edən mələklərə and olsun.” [Nəziət 4-5]
Allahu təala işləri idarə etməklə məşğul olan mələklərin üstünlüyünü bildirmək üçün onlara and içir.
Allahu təala mələklərdən də rəsul seçmişdir. Bir ayəti-kərimə məalı da belədir:
“Allah mələklərdən də, insanlardan da Rəsullar [elçilər] seçər.” [Həc 75]
Mələkləri ağılsız varlıqlar adlandırmaq onları inkar etməyin başqa bir yoludur. Mələklərə iman imanın altı şərtindən biridir. Bir ayəti-kərimə məalı:
“Allahı, mələklərini, kitablarını, peyğəmbərlərini və axirət gününü inkar edən dərin bir zəlalətə düşmüşdür.” [Nisa 136]
Mələklərdə erkəklik və dişilik yoxdur. Müşriklər “Mələklər dişidir, onlar Allahın qızlarıdır” dedikləri üçün Allahu təala buyurdu ki:
“[Ey müşriklər] Rəbbiniz oğlan uşaqlarını sizin üçün ayırıb, özü üçün mələklərdən qız uşaqlarımı götürdü? Həqiqətən siz vəbalı çox böyük bir söz söyləyirsiniz.” [İsra 40]
“Müşriklərdən soruş: Qızlar Rəbinin, oğlanlar onlarındırmı? Biz mələkləri onların gözləri önündə qız olaraqmı yaratdıq? Tamamilə yalan söyləyirlər.” [Səffat 149-151]
“Axirətə inanmayanlar mələklərə qadınların adlarını qoyurlar.” [Nəcm 27]
Bədr və Hüneyn döyüşlərində mələklər köməyə gəlmişdilər. İki ayəti-kərimə məalı:
“O zaman [Bədrdə] möminlərə deyirdin: “Rəbbiniz üç min mələk göndərib, sizə kömək etməsi kifayət deyilmi.” [Al-i İmran 124]
“Siz zəfər üçün Rəbbinizdən kömək istədiyiniz zaman O da, “Bir-birinin ardınca gələn min mələklə sizə kömək edirəm” deyərək duanızı qəbul etdi.” [Ənfal 9]
Döyüşə qoşulub düşmənlə döyüşə bilirlər. Onlara necə ağılsız, şüursuz demək olar?
Rəsulullah əfəndimizin köməkçilərinin mələklər olduğu bildirilir.
“Onun dostu və köməkçisi Allah, Cəbrail və saleh möminlərdir. Bundan başqa mələklər də onun köməkçisidir.” [Təhrim 4]
Hədisi-şəriflərdə də mələklərin ağıllı olduğu bildirildi. Üç hədisi-şərif məalı:
“Canlı şəkli, it və cünub olan yerə rəhmət mələkləri girməz.” [Nəsai]
“Sarımsaq, soğan yeyən məscidimizə gəlməsin. Çünki insanları narahat edən şeylər mələkləri də narahat edir.” [Tabərani]
“Çılpaq dayanmayın! Sizdən yalnız cimada və ayaqyolunda ayrılan hafəzə mələklərindən utanın və onlara hörmət edin!” [Tirmizi]
Deməli, mələklər evlərə rəhmət üçün gələ bilir və evdə cünub varsa, bunu bilə bilirlər. Bu sadə bir iş deyil. İnsanları narahat edən pis qoxulardan onlar da narahat olur və yanlarında çılpaq dayanmaq düzgün deyil. Əgər robot kimidirlərsə, nə üçün cünubdan, pis qoxudan narahat olsunlar, nə üçün onlardan utanılsın və nə üçün onlara qarşı hörmətlə davranmaq əmr edilsin?
Bir ayəti-kərimə məalı belədir:
“Yoxsa onlar [müşriklər] bunu qəlblərində gizlətdiklərini və pıçıltılarını eşitmədiyimizi düşünürlərmi? Xeyir, biz eşidirk, yanlarındakı elçilərimiz [mələklər] də yazırlar.” [Zühruf 80]
Əməllərimizi aşkar edib yazan, insanı məzarında sorğu-suala çəkən mələklərin ağıl və elm sahibi olduqlarını göstərən sənədlərə baxmayaraq, onlara ağılsız, robot kimi varlıqlar olduğunu söyləmək çox yanlış və gülüncdür.
В корзине: 0 шт.
на сумму: 0