Sual: Kiramən katibin mələkləri insanların günah və savablarını yazırlar. İnsan o günahına tövbə etmiş ola bilər və ya eyni məzhəbdəki başqa bir alimə görə o şeyi etmək caiz ola bilər. Bu işlərdə bir qarışıqlıq olmurmu, bu yazdıqları şeylər hesab günündə də eynilə keçərli olacaqmı? Yenidən gözdən keçirilməsi mümkün olacaqmı?
CAVAB
Hər işdə qarışıqlıq, yanlışlıq ola bilər, amma Allahü təalanın işində əsla və qətiyyən qarışıqlıq, yanlışlıq olmaz. Qarışıq və yanlış iş görən necə ilah ola bilər?
Mələklər bir şey üzərinə hərflə yazmaz. Məlumatları zehnimizdə topladığımız kimi bir yerə toplayırlar. Asan anlaşılması üçün dövrümüzdən nümunə gətirək:
Etdiyimiz bütün işlər kameraya yazılır. Hesab günü canlı yayında bütün detalları ilə göstərilir. Bu görüntülərə özümüz də baxacağıq. Heç kimin etiraz edəcək halı qalmayacaq, hər kəsin içində rüsvay olacaq. Həm əməlləri olduğu kimi görəcəyik, həm də bədən üzvlərimiz də, cansız şeylər də lehimizə və ya əleyhimizə şahidlik edəcəklər.
Qurani-kərimdə məalən buyurulur ki:
“O gün dilləri, əlləri və ayaqları onların etdikləri hər şeyə şahidlik edəcək.” [Nur 24]
“Nəhayət, oraya çatdıqları zaman qulaqları, gözləri və dəriləri etdikləri şeylər haqqında onların əleyhində şahidlik edəcəklər.” [Fussilət 20]
«Dərilərinə, “Nə üçün əleyhimizə şahidlik etdiniz” deyə soruşacaqlar. Dəriləri də “Hər şeyi danışdıran Allah bizi də danışdırdı. Sizi heç yox ikən də O yaratdı, yenə Ona qaytarılırsınız” deyəcəklər.” [Fussilət 21]
“Gözləriniz, qulaqlarınız və dərilərinizin əleyhinizə şahidlik edəcəyindən qorxmur, pis işlərdən çəkinmirdiniz. Allahın etdiklərinizin çoxunu bilməyəcəyini zənn edirdiniz. [Dirilməyə inanmırdınız.]” [Fussilət 22]
“O gün onların ağızlarını möhürləyərik, etdiklərini bizə əlləri danışar, ayaqları [və bütün üzvləri] də şahidlik edər.” [Yasin 65]
Tövbə etdiyimiz günahlar ağ səhifə şəklində görüləcək. Bizə belə burada nə günah işlədiyimiz xatırladılmayacaq. Özümüz də unudacağıq, bilməyəcəyik. Allahü təalanın sevgili qulu olaraq ölsək, çirkin işlərimizin heç biri, heç kimə göstərilməyəcək. Qurani-kərimdə məalən buyurulur ki:
“O gün Allah Peyğəmbərini və iman edib onunla birlikdə olanları rüsvay etməz.” [Tahrim 8]
Peyğəmbər əfəndimiz hesab dəftərləri [kamera ilə çəkilən lentlər] mənim əlimdə olsun, heç kim görməsin deyəcək, “Ya Rəbb, ümmətimin qüsurlarını heç kimin eşitməməsi üçün onların hesabatlarını mənə ver!” deyə xahiş edəcək, Allahü təala da, “Onlar sənin ümmətindirsə, mənim də qullarımdır. Mən onlara səndən daha mərhəmətliyəm. Heç kim qüsurlarını görmədən, hesabatlarını gizli edərəm” buyuracaq.
Belə qullardan olmaq üçün, etiqadımızı düzəltdikdən sonra günahlardan çəkinib, ibadətlərimizi doğru etməyə çalışmalıyıq. Doğru etiqadı, doğru ibadəti öyrənmək üçün də Tam Elmihal Səadəti-Əbədiyyə kitabını oxumağı tövsiyyə edirik.
Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.
В корзине: 0 шт.
на сумму: 0