Facebook Twitter WhatsApp

Əməllər necə ölçülür

Sual: Qiyamət günü əməllər tərəzidə necə ölçüləcək?
CAVAB
Qiyamət günü əməlləri, işləri ölçmək üçün bilmədiyimiz bir Mizan, bir ölçü aləti, bir tərəzi vardır. Yer və göy bir gözünə sığır. Savab gözü parlaqdır, Ərşin sağında Cənnət tərəfindədir. Günah tərəfi qaranlıqdır, Ərşin solunda, Cəhənnəm tərəfindədir. Dünyadakı işlər, sözlər, düşüncələr, baxışlar orada şəkil alaraq, yaxşılıqlar parlaq, pisliklər qaranlıq və iyrənc görünərək bu tərəzidə ölçüləcək. Bu tərəzi dünya tərəzilərinə bənzəməz. Ağır tərəfi yuxarı qalxar, yüngül tərəfi aşağı enər, dedilər. Alimlərin bir qisminə görə, müxtəlif tərəzilər olacaq. Alimlərin bir çoxu buyurdu ki, “Tərəzilərin neçə ədəd və necə olduqları dində açıq bildirilmədiyi üçün bu haqda düşünmək lazım deyil”.

Savabı ağır gələn qurtulacaq
Sual: Qiyamət günü mizanda savabı ağır gələn mömin Cənnətə gedəcək deyirlər. Halbuki Quranda buyurulur ki:

Zərrə qədər xeyir və şər işləyən qarşılığını görəcək.” [Zilzəl 7,8]
Bilirik ki, Müsəlman günahlarına tövbə edə bilmədən ölsə, həyatda işlədiyi günahlarının cəzasını elə həyatda olduğu müddətdə çəkdiyi sıxıntı, xəstəlik və s. nemətlərlə ödəyə bilməyibsə, vəfatından sonra qəbir əzabıyla, o da yetməsə, məhşər sıxıntıları çəkərək ödəyər, bunlar şəfaətlə də keçməsə, Cəhənnəmdə günahlarının qarşılığı qədər qalar. Bu halda yuxarıdakı söz səhv deyilmi?
CAVAB
O söz də, sizin bildirdikləriniz də səhv deyil. Bəli, günahları savablarından çox olarsa elə olacaq. Yəni həyatda, ölüm anında, qəbirdə və məhşərdə çəkdiyi sıxıntılar yetməsə, o zaman qalan günahları qədər cəzasını çəkəcək. Hədisi-şərifdə, “Günahsız insan olmaz” buyurulur. O zaman hər günah üçün əzab çəksək deməli yandıq.. Savabın faydası, günahları yox etmək üçündür. Məsələn, qul haqqı çox mühümdür, bunu nafilə ibadətlərlə ödəyə bilmərik. Fərz ibadətlərimizlə bunu ödəməliyik. Əgər birinin qəlbini qırsaq, qul haqqı keçər. Onunla halallaşmaq lazımdır. Bəs o haqqını halal etməsə necə olacaq? Fərz ibadətlərimizdən ona verəcəklər. Yaxud onun işlədiyi böyük günahları bizə yükləyərlər. Bəli, zərrə qədər günah və zərrə qədər yaxşılıq zay olmaz. Günahlar mizanda ölçüləcək. Hansı ağır gəlsə ona uyğun davranılacaq.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину