Sual: Günəş qərbdən çıxdıqdan sonra Qiyamət dərhal qopacaq, yoxsa insanlar hələ yaşayacaqlar? Bəzi insanlar Qiyamətin qopacağına çox az bir zaman qaldığını söyləyir. Günəş qərbdən çıxar-çıxmaz Qiyamət qopacaq?
CAVAB
Əshabı-kiramın böyüklərindən Abdullah ibn Ömər (radıyallahü anhüma) həzrətləri, “Günəş, qərbdən çıxdıqdan sonra, Qiyamət qopana qədər, insanlar 120 il qalacaq, hələ fidan belə əkəcəklər” buyurdu. (qurtubi)
Hədisi-şərifdə, ”Günəş qərbdən çıxmadıqca Qiyamət qopmaz. O zaman iman edənin imanı fayda verməz” buyurulur. (Buxari, Müslim)
Hələ Günəş qərbdən çıxmadan, “Mehdi gəldi, Qiyamət yaxında qopacaq” deyənlərə etibar etmək nə qədər böyük səhvdir.
Sual: Qiyamətin nə vaxt qopacağı haqqında din kitablarında dəqiq bir məlumat vardırmı?
Cavab: Qiyamətin nə vaxt qopacağı bildirilmədi, zamanını kimsə anlaya bilmədi. Lakin, Peyğəmbər əfəndimiz bir çox əlamətlərini və başlanğıclarını xəbər vermişdir: Həzrəti Mehdi gələcək, İsa əleyhissalam səmadan Şama enəcək, Dəccal çıxacaq. Yəcüc, Məcüc adlı kəslər hər yeri qarışdıracaq. Günəş qərbdən çıxacaq. Böyük zəlzələlər olacaq. Din bilikləri unudulacaq. Fisq, pislik çoxalacaq. Dinsiz, əxlaqsız şəxslər başçı olacaq, Allahü təalanın əmrlərinə əməl olunmayacaq. Haramlar hər yerdə işlənəcək. Hədisi-şəriflərdə buyuruldu ki:
“Qiyamətə yaxın elm azalar, cəhalət artar.”
“Elmin azalması, alimlərin azalması ilə olur. Cahil din adamları, şəxsi fikirləri ilə fətva verərək fitnə çıxarırlar. İnsanları doğru yoldan azdırırlar.”
Qiyamət nə vaxt qopacaq?
Sual: Qiyamət qopacağı zaman yer üzündə imanlı insan qalmayacaq deyirlər, doğrudurmu?
Cavab: İmam Rabbani həzrətləri Məktubat kitabında buyurur ki:
“İslam dini qərib olmağa, zəifləməyə başladı. Müsəlmanlar kimsəsiz qaldı. Bundan sonra da daha qərib olub gedəcək. O dərəcəyə çatacaq ki, yer üzündə Allah deyən bir kəs qalmayacaq. Hədisi-şərifdə; “İslamiyyət qərib, kimsəsiz başladı. Son dövrlərdə də başladığı kimi qərib olacaq. Qərib olan Müsəlmanlara müjdələr olsun!” buyuruldu. Qiyamət, dünyadakı yaxşı insanlar qalmayanda, hər yeri pislik bürüdüyü zaman qopacaq, buyuruldu.”
Peyğəmbər Əfəndimiz buyurdu ki:
“Bir zaman gələcək ki, ümmətimdə Müsəlmanlığın yalnız adı qalacaq. Mömin olanlar yalnız bir neçə İslam adətinə əməl edəcəklər. İmanları qalmayacaq. Quranı-kərim yalnız oxunacaq, əmrlərindən, qadağalarından xəbərləri belə olmayacaq. Düşüncələri yalnız yeyib-içmək olacaq. Allahü təalanı unudacaqlar. Yalnız pula sitayiş edəcəklər. Qadınlara kölə olacaqlar. Az qazanmaq ilə qənaət etməyəcəklər. Çox qazananda doymayacaqlar.”
Abdülvəhhab Şarani rəhmətullahi aleyh, “Təzkirəi-qurtubi” müxtəsərində deyir ki:
“İbni Macənin bildirdiyi hədisi-şərifdə; “Bir zaman gələcək paltarın rəngi, zinəti solduğu kimi, yer üzündə İslamiyyət də solub gedəcək. Elə olacaq ki, namaz, oruc, həcc, sədəqə unudulacaq. Qurani-kərimdən yer üzündə bir ayə qalmayacaq” buyuruldu. İmam qurtubi buyurur ki:
“İslamın unudulması, İsa əleyhissalam səmadan enib, öldükdən sonra olacaq. Ondan əvvəl Müsəlmanlar qərib olacaq. Qurani-kərimə əməl olunmasa da, tamamilə unudulmayacaq.”
Mərifətnamədə deyilir ki:
“Qiyamət əlamətləri çoxdur. Məscidlər çox, camaat az olacaq. Binalar yüksək, paltarlar nazik, şəffaf, qadınlar başçı olacaq. Kişilər qadınlaşacaq.”
Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.
В корзине: 0 шт.
на сумму: 0