Facebook Twitter WhatsApp

Qiyamətin qopması

Sual: Maya Təqviminə görə Qiyamət qopacaq deyirlər. Panikaya düşənlər oldu. Görəsən Qiyamətin qopmasını zəlzələ kimi bir şey zənn edirlər ki, bəzi yerlərə qaçanlar olur? 120 il sonra qopacaq deyənlər də var. Qiyamətin qopmasının əlamətləri yoxdurmu?
CAVAB
Qiyamətin qopmasına daha çox var. Qiyamət əlamətləri çıxmadan Qiyamət qopmaz. Din kitablarında belə bildirilir:
Qiyamətin nə vaxt qopacağı açıq bildirilmədi, ona görə bunu heç kim  anlaya bilməz. Lakin Peyğəmbərimiz (sallallahü aleyhi və səlləm) bir çox əlamətlərini və başlanğıclarını xəbər verdi: Həzrəti Mehdi gələcək, İsa əleyhissalam səmadan Şama enəcək, Dəccal çıxacaq. Yəcüc və Məcüc hər yeri qarışdıracaq. Günəş qərbdən çıxacaq. Böyük zəlzələlər olacaq. Din bilikləri unudulacaq. Fisq, pislik çoxalacaq. Haramlar hər yerdə işlənəcək, Yəməndən bir od çıxacaq. Göylər və dağlar parçalanacaq. Günəş və Ay qaralacaq. Dənizlər bir-birinə qarışacaq və qaynayıb quruyacaq. (Hər kəsə Lazım Olan İman)
Allahü təala Sur üfürüldükdən sonra Qiyamətin qopmasını murad buyurduğu zaman dağlar uçar, buludlar kimi getməyə başlayar. Dənizlər bir-birinin üzərinə daşar. Günəşin nuru gedər, qaralar. Dağlar toz halına düşər. Aləmlər [və planetlər] bir-birinə girər. Ulduzlar, düzülmüş incinin qopub dağıldığı kimi dağılar. Göylər gül yağı kimi əriyər və dəyirmanın fırlandığı kimi fırlanar, şiddətli bir şəkildə hərəkət edər. Allahü təala göylərin parça-parça olmasını əmr edər. Yerdə və göydə diri heç kim qalmaz, hər canlı ölmüş olar. (Qiyamət və Axirət)

İmam Rabbani həzrətləri buyurur ki:
Qiyamət qopacağı zaman ulduzların yerlərindən çıxıb dağılacağı, göylərin parçalanacağı, yer üzünün və dağların param-parça olacaqları Qurani-kərimdə açıq bildirilmişdir. Bir neçə ayəti-kərimə məali belədir:
“Sura bir dəfə üfürüldükdə yer üzü və dağlar yerlərindən qaldırılıb silkələnəcək. O gün Qiyamət qopacaq, göy yarılacaq və dağılacaq.” [Haqqa 13-16]

“Günəşin qaraldığı, ulduzların yerlərindən çıxıb töküldükləri, dağların dağılıb saçıldıqları, dənizlərin qaynadığı zamana...” [Təkvir ilk ayələr]

“Göyün yarıldığı və ulduzların dağılıb yox olduqları zaman...” [İnfitar 1-2]

“Hər şey yox olacaq, yalnız O qalacaq!” [Qasas 88]

Qurani-kərimdə, bunlar kimi daha neçə-neçə ayələr var. Bunların yox olacaqlarına inanmamaq filosofların yalanlarına aldanmaqdır. Məxluqların yox olacaqlarına inanmaq, yoxdan var edildiklərinə inanmaq kimi, imanın şərtidir. İnanmaq əlbəttə lazımdır. (3/57)


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину