Facebook Twitter WhatsApp

Qiyamət nə zaman qopacaq?

Sual: “Bu ümmətin ömrü 1500 ili keçməz” deyə bir hədis olduğunu deyirlər. Buna görə “10 il sonra Mehdi, 20 il sonra İsa ortaya çıxacaq. Qiyamət də, hicri 1545 və miladi 2120-ci ildə qopacaq” deyirlər. Bu doğru ola bilərmi?
CAVAB
Belə bir hədisi-şərifə rast gəlmədik. Belə bir hədisi-şərif olsa belə, bundan qiyamətin nə zaman qopacağı anlaşılmaz. Buna bənzər başqa hədisi-şəriflər də vardır. Bir neçə nümunə verək:
1- Abdullah ibn Məsudun xəbər verdiyi hədisi-şərifdə, “İslam dəyirmanı 35 il dönər. Sonra həlak olanlar olacaq. Daha sonra gələnlər, İslamiyyəti 70 il qüvvətləndirərlər” buyuruldu. Şah Vəliyyullah Dəhləvi həzrətləri buyurur ki:
Bu hədisi-şərifdə bildirilən vaxtın başlanğıcı, ilk cihadın başladığı, hicrətin ikinci ilidir. Həzrəti Osman 35-ci ildə şəhid edilərək, Müsəlmanlar arasında ayrılıq düşdü. Cihad və İslamiyyətin yayılması dayandı. Allahü təala xilafətə təkrar düzən verdi, cihad yenidən başladı. Əməvi dövlətinin sonuna qədər davam etdi. Abbasi dövləti qurularkən, ortalıq yenə qarışdı. Çox Müsəlman öldü. Sonra Allahü təala xilafətə düzən verdi, Hülagünün Bağdadı dağıdıb-yandırmağına qədər davam etdi. (Kurrətül ayneyn)
Buradakı tarixləri toplayıb, İslamiyyət 70+35=105 il sonra ortadan qalxacaq demək olmaz. Bunlar, Müsəlmanların qüvvətli olduğu dövrü bildirir.

2- Sad ibni Əbi Vaqqasın bildirdiyi hədisi-şərifdə, “Dua edirəm ki, ümmətimin qüvvəsini, yarım günün sonuna qədər davam etdirsin” buyuruldu. Yarım gün nə qədərdir deyildikdə, Sad, “500 ildir” dedi. Şah Vəliyyullah Dəhləvi, “Bu hədisi-şərif Abbasi dövlətinin ömrünü [524 ili] göstərir” buyurmuşdur. (Kurrətül ayneyn)
Bu hədisi-şərifə baxıb, Peyğəmbərimizdən 500 il sonra qiyamət qopacaq deyən olmamışdır.

3- Bir hədisi-şərifdə, “Ümmətim istiqamət üzrə getsə bir gün [min il] yaşayar. İstiqamət üzrə getməsə, yarım gün [500 il] yaşayar” buyuruldu. Buna da baxıb, hicri 1000 və ya 500-cü ildə qiyamət qopacaq deyən olmamışdır.

4- “Dünyanın zinəti, yüz əllinci ildə artıq qalmayacaq.” [Xayratül-hisan]

Böyük fiqh alimi Şəmsül-əimmə Abdülqaffar Kərdəri, “Bu hədisi-şərif İmam Əzəm Əbu Hanifəni bildirir, çünki o 150-ci ildə vəfat etmişdir” dedi. (Rədd-ül-muxtar)

Hicri 150-ci ildən sonra İslamiyyət ortadan qalxacaq demək olmaz.

5- “Ümmətim beş təbəqədir. Hər bir təbəqə 40 ildir. Mənim və Əshabımın dövrü elm və iman əhli dövrüdür. 80-cı ilə qədər gələnlər yaxşılıq və təqva əhlidir. 120-yə qədər gələnlər mərhəmət və sila əhlidir. Bunlardan sonra 160-a qədər gələnlər silayi-rəhimdən kəsilər və bir-birlərindən üz çevirərlər. Bunlardan sonra 200-cü ilə qədər gələnlərdə isə, müharibələr və qarışıqlıqlar olar.” [Ramuz]
Burada açıq-aydın, “Ümmətim beş təbəqədir. Hər təbəqə 40 ildir” deyilir. Buna baxıb, Peyğəmbərimizdən 200 il sonra qiyamət qopacaq deyən olmamışdır.
Göründüyü kimi, ümmətim bu qədər yaşayacaq və ya ümmətimin ömrü bu qədərdir, kimi bildirilən hədisi-şəriflərin qiyamətin qopmasıyla heç bir əlaqəsi yoxdur.

Cəbrayıl əleyhissalam məşhur Cibril hədisində bildirildiyi kimi, “Qiyamət nə vaxt qopacaq?” deyə soruşduğunda Peyğəmbər əfəndimiz, “Bu mövzuda soruşduğun, soruşandan daha bilikli deyil” buyurmuşdur. (Buxari, Müslim)
Dörd ayəti-kərimə məali də belədir:
[Rəsulum] Sənə qiyamətin nə vaxt gəlib çatacağını soruşurlar. Onlara de ki: Onu ancaq Rəbbim bilir, onun vaxtını, Ondan başqa təyin edən yoxdur. Göylərin və yerin, ağırlığını qaldıramayacağı o saat, sizlərə qəfil gələcək. Sən sanki bilirsənmiş kimi səndən israrla soruşurlar. Onlara de ki: Onu bilmək ancaq Allaha məxsusdur, amma insanların çoxu bu həqiqəti bilmirlər.” [“Əraf” 187]

“İnsanlar səndən qiyamətin vaxtını soruşurlar. Onlara de ki: Bu məlumat yalnız Allah qatındadır. Nə bilirsən, bəlkə də vaxtı yaxındır.” [“Əhzab” 63]

“Qiyamətin nə zaman qopacağı bilgisi yalnız Allaha aiddir. Ondan xəbərsiz heç bir məhsul qabığından çıxmaz, heç bir dişi hamilə qalmaz və doğmaz. Onlara: “Mənə qoşduğunuz ortaqlar hardadır?” deyə səsləndiyi gün: “Sənə, bunun haqqında bizdən heç bir şahid olmadığını məruzə edirik” deyəcəklər.” [“Fussilət” 47]

“Səndən qiyamətin nə vaxt gəlib çatacağını soruşurlar. [Allah bildirmədikcə] sən onu hardan biləsən ki? Onu ancaq Allah bilir.” [“Naziat” 42-44]
Bu üç hədisi-şərif belə həzrəti Mehdinin gəlməsinə, qiyamətin qopmasına daha çox qaldığını açıq bildirir:
“Küfür hər tərəfi bürümədikcə və açıq-aşkar olmadıqca Mehdi gəlməz.” [M. Rabbani]

“Qiyamət qopmadan yüz il qabaq yer üzündə Allaha ibadət edən qalmaz.” [Hakim]

“Yer üzündə Allah deyən Müsəlman qaldığı müddətdə qiyamət qopmaz.” [Müslim, Tirmizi]

Allah deyən Müsəlman olduğuna görə bu gün və ya sabah necə qiyamət qopa bilərmi?
Peyğəmbər əfəndimizin və Cəbrayıl əleyhissalamın qiyamətin nə vaxt qopacağı bilinməz dediyi bir mövzuda dəqiq tarix vermək də, nə böyük cəsarət, nə çirkin bir işdir…


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину