Sual: “Mehdi adi bir insandır, kəraməti, qeyri-adi halları yoxdur, bir mələyin, “Bu Mehdidir” deməsi kimi bir şey ola bilməz. Belə bir şey imtahana ziddir, insanın seçmə iradəsini rədd edir. Mehdinin gəldiyinin səmadan xəbər verilməsi, telefonla, radio və ya televiziya ilə bildirilməsi deməkdir” deyənlərin məqsədi nədir? Özlərini və ya xocalarınımı Mehdi etmək istəyirlər?
CAVAB
Belkə də o məqsədlə söyləyirlər. Həzrəti Mehdidə bir çox qeyri-adi hadisələr müşahidə olunacaq. Bu qeyri-adi hadisələr imtahana zidd deyil. Elə olsaydı, Peyğəmbərlərin möcüzələrini görən bütün müşriklər dərhal iman edərdilər. Hər peyğəmbərdən möcüzə görüldüyü halda, inanmayanlar daha çox olmuşdur. İmam Rabbani həzrətləri buyurur ki:
Həzrəti Mehdinin zühurunun əlamətləri, Peyğəmbər əfəndimizin peyğəmbərliyinin bildirilməsindən əvvəl ortaya çıxan irxasat kimidir. Belə ki, Peyğəmbər əfəndimiz ana bətninə düşdükdə, yer üzündəki bütün bütlər üzü üstə düşdülər. Bütün şeytanlara işlərindən əl çəkdirildi. Mələklər İblisin taxtını alt-üst edib, dənizə atdılar və ona qırx gün əzab etdilər. Doğulduğu gecə Kisranın sarayı silkələndi, 14 qülləsi düşdü. Məcusilərin min il sönməyən alovu söndü. Həzrəti Mehdi də böyük bir şəxsiyyət olacaq, sayəsində İslamiyyətə və Müsəlmanlara üstün bir kömək gələcəyinə görə və övliyalığının maddi-mənəvi cəhətdən böyük bir təsiri olacağından, özü qeyri-adi bir çox kəramətə sahib olacaq, dövrünün qeyri-adi əlamətləri zühur edəcək. Buna görə, Rəsulullahın irxasatı kimi qeyri-adi işlər, Həzrəti Mehdinin zühurundan əvvəl də ortaya çıxaraq, onun əlamətləri olacaq. (2/68) [İrxasat, bir peyğəmbərdən, peyğəmbərliyi bildirilmədən əvvəl meydana gələn qeyri-adi hallar deməkdir. İsa əleyhissalamın beşikdə danışması, Muhamməd əleyhissalama, ağacların, daşların salam vermələri kimi hadisələrə “irxas” deyilir. Hələ peyğəmbərlikləri bildirilmədiyi üçün möcüzə deyilmir.]
İmam Rabbani həzrətləri buyurur ki:
Hindistanda bir nəfər Mehdi olduğunu iddia etmişdi. Məşhur, hətta mənası təvatür dərəcəsinə çıxmış bir çox hədisi-şəriflər, belələrinin bu etiqad və sözlərini yalanlayır. Bir çox hədisi-şəriflərdə, “Mehdinin başı hizasında bir bulud olacaq. Buluddan bir mələk, “Bu Mehdidir, sözünü dinləyin” deyəcək” buyuruldu. O halda insaf etsinlər ki, bu əlamətlər o adamda vardır, yoxsa yoxdur? Həzrəti Mehdinin daha bir çox əlamətlərini, Peyğəmbər əfəndimiz xəbər vermişdir. Əhməd ibni Həcəri Məkki həzrətləri “Əl-qövlül-müxtəsər fi əlamətil-Mehdi” adlı kitabında Həzrəti Mehdinin iki yüzə yaxın əlamətlərini yazmışdır. Gələcəyi bildirilən Mehdinin əlamətləri meydanda ikən, başqalarını Mehdi zənn edənlər, nə qədər cahildir! (2/67)
İmam Rabbani həzrətlərinin bildirdiyi bu hədisi-şərifdə, Həzrəti Mehdinin zühurunu açıq-aydın, mələyin xəbər verəcəyi bildirilir. Mələyə aid olan şeyə necə olur, telefon, radio və ya televiziya demək olar? Deməli, təvilcilərdən hər şey gözləmək olar. Belə ki, mələklər haqqında “Təbiət qüvvələridir” deyən sapqınlar da çıxmışdı. Buna, təvil yoluyla inkar deyilir. Açıq-aşkar inkar edə bilmədikləri üçün, belə təvil edərək inkar edirlər. Hər şey belə təvil edilsə, ortada din adlı bir şey qalmaz.
“Əl-qövlül-müxtəsər fi əlamətil-Mehdi” kitabında bu haqda bildirilən bir neçə hədisi-şərif məali də belədir:
“Mehdi, çıxarkən başında bir sarıq olacaq və bir münadi, “Bu, Allahın xəlifəsi olan Mehdidir, ona tabe olun” şəklində nida edəcəkdir.”
“Mehdi, başının üzərində, “Bu Mehdidir, ona tabe olun” şəklində çağıran bir mələk olduğu halda çıxacaqdır.”
“Heç bir tərəfin qorunamayacağı bir fitnə zühur edəcək. Bu fitnə, çıxdığı yerdən dərhal başqa bir tərəfə yayılacaq və bu vəziyyət, bir münadinin səmadan səslənərək, “Ey insanlar, başçınız artıq Mehdidir” deməsinə qədər davam edəcək.”
“Mehdinin zühuru Məhərrəm ayında olacaq və səmadan gələn bir nida, “Bu, Allahın xəlifəsi Mehdidir, ona tabe olun və sözünü dinləyin” deyəcəkdir.”
Bunları heç bir Əhli-sünnət alimi təvil etməmiş, İmam Əzəm həzrətləri də, “Qiyamət əlamətlərinin hamısının hədisi-şərifdə bildirildiyi kimi, vaxtı gəldikdə eynilə həyata keçəcəyinə inanırıq” buyurmuşdur. (Fiqhi-əkbər)
Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.
В корзине: 0 шт.
на сумму: 0