Facebook Twitter WhatsApp

Həzrəti Mehdinin əlamətləri

Sual: Mehdinin əlamətlərinin bir neçə müxtəlif şəkildə təvili aşağıdakılardır:
1- Mədinə, şəhər deməkdir. “Mehdi, Mədinədə doğulacaq” demək, kənddə deyil, şəhərdə doğulacaq deməkdir. Mən şəhərdə doğulduğuma görə, nə demək istədiyimi anlayırsınız.
2- “Mehdi İsa ilə birlikdə Dəccalı öldürəcək” demək, ateizmi yox edəcəklər deməkdir.
3- “Mehdi gəldikdə səmadan bir mələk xəbər verəcək” demək, insanlar bir-birinə telefon, radio və ya televiziya ilə xəbər verəcək deməkdir.
4- “Mehdi bidətləri təmizləyəcək” demək, fiqhçilərin ictihad deyərək uydurduğu şeyləri və dörd məzhəbi ləğv edəcək deməkdir.
5- “Mehdinin adı mənim adımla, atasının adı da mənim atamın adıyla eyni olacaq” hədisindən məqsəd, adı Muhamməd, atasının adı Abdullah olacaq demək deyildir. Mehdinin adı Peyğəmbərin babalarından birinin adı da ola bilər. Məsələn, Haşim ola bilər, İlyas ola bilər, Adnan da ola bilər.
6- Bilən çox olmasa da Mehdi gəlmişdir. 93 il sonra, Günəşin qərbdən çıxmasından sonra da İsa Mehdinin arxasında namaz qılacaq. Bundan 15 saat sonra da qiyamət qopacaq.
7- Mehdi qaralmış dünyanı aydınladan bir günəşdir və aydınlatmağa da başlamışdır. Mehdi günəş olduğuna görə Günəşin qərbdən çıxması, Mehdinin çıxışı demək də ola bilər.
Hər kəs ağlına görə belə bir təvil etsə, dinin bildirdiklərinə kim inanar?
CAVAB
Zirvə təvil götürməz. Bu təvillərin hamısı yersizdir. Peyğəmbər əfəndimizin hədisi-şərifləri tapmaca kimi deyildir. Yəni “Mən Mədinə desəm, siz Gəncə, Bakı kimi bir şəhər anlayın, mən Muhamməd desəm siz Haşim anlayın” cinsindən deyildir. Haşa Rəsulullah əfəndimiz tapmaca kimi söz söyləməz. Bu zirvələrə qısaca cavab verək:
1- Bir hədisi-şərif məali:
Mədinə xalqından olan Mehdi Məkkəyə gedəcək. Məkkə xalqından bir qismi ona gələcək və istəmədiyi halda onu evindən çıxarıb ona biət edəcəklər.” [Əbu Davud] (Burada açıq-aşkar, Mədinə xalqından bəhs edir. Davamında da Məkkəyə gedəcək deyilir. Nə üçün “Şəhər xalqından” deyilib, sonra Məkkəyə gedəcək deyilsin?)

Həzrəti Əlinin rəvayəti də belədir:
“Mehdi Mədinədə dünyaya gələcək.” [İ. Münavi] (Mədinə şəhərində doğulmayacaqsa, nə üçün Mədinədə doğulacaq deyilsin? Kənddə və şəhərdə dünyaya gəlməsinin nə əhəmiyyəti var? Yuxarıdakı hədisi-şərifdə də Mədinədə doğulub, sonra Məkkəyə gedəcəyi açıq-aşkar bildirilir.)

2- Bir hədisi-şərifdə, Dəccalın necə çıxacağı da açıq-aşkar bildirilir. Həzrəti Mehdi Qüdsə getdiyi zaman, Dəccalın çıxdığını xəbər alacaqlar deyilir. (Kitabul-Bürhan fi əlaməti Mehdiyyi axiriz-zaman)

Bunun ateizmlə nə əlaqəsi ola bilər? Qüdsə gedəndə, ateizmin çıxdığınımı xəbər alacaq? Atalarımız boşuna, “Zirvə təvil götürməz” deməyiblər.

3- Peyğəmbər əfəndimiz, “Mələk səslənəcək” buyurarkən, təvilçilər, telefon, radio və ya televiziya deyir. Bir hədisi-şərif məali:
“Mehdinin başı hizasında bir bulud olacaq. Buluddan bir mələk, “Bu Mehdidir, sözünü dinləyin” deyəcək.” [M. Rabbani]

4- Bu, fiqh alimlərinə, müctəhidlərə olan çox çirkin bir iftiradır. İmam Rabbani həzrətləri buyurur ki:
Qiyas və ictihad bidət deyildir, çünki bunlar ayəti-kərimələrin mənalarını meydana çıxarırlar. Bu mənalara başqa bir şey əlavə etmirlər. (1/186)

Həzrəti Mehdi gəldiyi zaman dörd haqq məzhəb ləğv olmayacaq. “Ləğv olacaq” demək, dörd haqq məzhəbin batil olduğunu iddia etmək sayılır. O zaman dörd haqq məzhəbin hökmləri unudulmuş, batil məzhəblər və bidətlər yayılmış olacaq. Həzrəti Mehdi və Həzrəti İsa haqq məzhəbləri və dinin hökmlərini deyil, bu bidətləri və batil məzhəbləri ləğv edib ictihad edəcək. Hətta ictihad edərək bildirəcəyi hökmlər Hənəfi məzhəbinə uyğun olacaq. Muhamməd Parisa həzrətləri buyurur ki:
İsa əleyhissalamın ictihad ilə çıxaracağı bütün hökmlər Hənəfi məzhəbindəki hökmlərə uyğun olacaq. (“Füsuli sittə”)

5-
 Bir hədisi-şərif məali belədir:

“Allahü təala qiyamət qopmadan öncə əhli-beytimdən birini yaradacaq və adı mənim adım kimi, atasının adı mənim atamın adı kimi olacaq. Ondan əvvəl dünya zülümlə dolu ikən, onun dövründə ədalətlə dolacaq.” [Əbu Davud, İ. Əhməd, Tirmizi, Tabərani, Əbu Nuaym, İbni Əbi Şeybə]

Peyğəmbər əfəndimiz adının və atasının adının açıq-aşkar nə olacağını bildirərkən, necə olur ki, Mehdinin adı Haşim, İlyas, Adnan və ya digər babalarından birinin adının olacağını deyirlər? Bu, açıq hədisi-şərifi inkar etmək deyildirmi?

6- Həm Mehdi gəldi deyir, həm də 100 il sonra günəş qərbdən çıxdıqdan sonra Həzrəti İsa Mehdinin arxasında namaz qılacaq deyir. Mehdi 40 yaşında zühur edəcəyinə görə, təvilcilərə görə, indi gələn Mehdi 100 il sonra, yəni 150 yaşında olanda Həzrəti İsa Mehdinin arxasında namaz qılacaq?

7- Bəs Günəş 93 ildən sonra qərbdən çıxacaqdı? Bu əlamətləri bir-birinin ardınca yeni oxudular ki, Dabbə çıxdı dediklərinə görə, Günəşin qərbdən çıxması üçün təcili bir təvil tapmaq məcburiyyətində qaldılar?

Göründüyü kimi bu iddia edilənlərin hamısı dinimizə ziddir. İmam əzəm həzrətləri də bütün Əhli-sünnət alimləri kimi bunları təvil etməmiş, “Yəcüc və Məcücün ortaya çıxması, Günəşin qərbdən çıxması, Həzrəti İsanın səmadan enməsi, Dəccalın gəlməsi və digər qiyamət əlamətlərinin hamısının hədisi-şərifdə bildirildiyi kimi, vaxtı gəldikdə eynilə həyata kecəcəyinə inanırıq” buyurmuşdur. (Fiqhi-əkbər)


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину