Facebook Twitter WhatsApp

İmam Rabbani və Həzrəti Mehdi

Sual: İmam Rabbani Mehdinin Peyğəmbərimizdən min il keçdikdən sonra, yoxsa özündən min il sonra gələcəyini bildirmişdir?
CAVAB
İmam Rabbani özündən min il sonra gələcəyini bildirmişdir. Peyğəmbər əfəndimizdən min il sonrası İmam Rabbani həzrətlərinin öz yaşadığı dövrdür. Peyğəmbər əfəndimizdən min il sonra gələcək olsaydı, 400 il əvvəl gəlməsi lazım idi. İmam Rabbani həzrətləri buyurur ki:

Həzrəti Mehdi çıxmadan əvvəl şərqdən parlaq bir quyruqlu ulduz çıxacaq. Bir ulduz doğulmuşdur, amma bu bilinməlidir ki, bu doğuşlar Mehdinin zühuru zamanında meydana gələcək olanlardan fərqlidir, çünki Mehdinin zühurunun ortaya çıxması, yüz ilin başlanğıcında olacaq. İndi isə yüz ilin əvvəlindən 18 il keçmişdir. (2/68) [Göründüyü kimi, hicri yüzilliyin əvvəlini 18 il keçdiyi üçün, bir ulduz da göründüyü halda, öz dövründə gəlməsinin mümkün olmadığını açıq bildirir. Günümüzdə isə, yüzilliyin əvvəlini 30 il keçmişdir.]
Rəsulullahın vəfatından min il keçdikdən sonra ümmətindən göndərilən alimlərin sayı az olsa da İslamiyyəti tam qüvvətləndirmələri üçün, çox yüksək olacaqlar. Rəsulullah əfəndimiz, həzrəti Mehdinin təşrif edəcəyini xəbər vermişdir. Min il sonra gələcək. İsa əleyhissalam da min il sonra səmadan enəcək. (1/209) [Burada açıq-aşkar, “Min il sonra gələcəkdir” deyilir, yəni özündən min il sonra gələcəyi bildirilir. İndi gələcək olsaydı, İmam Rabbani həzrətləri, “Peyğəmbərimizdən 1500 il sonra gələcək” deyə bilməzdi?]
Bu ümmətin sonu Peyğəmbərimizin vəfatından min il sonra, yəni ikinci min ilə başlamışdır, çünki min il keçməklə insanlarda və cisimlərdə böyük dəyişiklik olur. Allahü təala bu dini qiyamətə qədər dəyişdirməyəcəyi üçün, ilk zamanda gələnlərin təzəlikləri, qüvvətləri sondakılarda da görünməkdə və beləcə ikinci minilliyin əvvəlində İslamiyyəti qüvvətləndirməkdədir. Bu sözümüzü isbat etmək üçün qüvvətli şahid olaraq həzrəti İsa ilə həzrəti Mehdini göstəririk. (1/261) [Burada da min il keçdikdə İslamiyyətin güclənəcəyi bildirilir. İkinci minilliyin əvvəlində İslamiyyəti qüvvətləndirən, ikinci minilliyin mücəddidi olan, mücəddidi elfi sani İmam Rabbani həzrətləridir. Onda min il sonra, bu qüvvətləndirmə işini isə həzrəti İsa və həzrəti Mehdi edəcək.]

Əhməd Said FaruQi həzrətlərinin oğlu Muhamməd Mazhar həzrətləri də, İmam Rabbani həzrətlərinin həyatını yazdığı kitabında buyurur ki:
Hər yüz ilin əvvəlində bir mücəddid, yəni dini qüvvətləndirici gəlir, amma yüz ildə gələn mücəddid ilə, min ildə bir gələn mücəddid arasında çox fərq vardır. Yüzlə min arasında nə qədər fərq varsa, bu iki mücəddid arasında da o qədər, hətta daha çox fərq vardır. İmam Rabbani həzrətlərinin dövrü belədir ki, keçmiş ümmətlərin dövründə dünyanın zülmətlə dolduğu illərdə, ülül-azm bir Peyğəmbər gələr və yeni bir din gətirərdi. Ümmətlərin ən xeyirlisi Muhamməd əleyhissalamın ümmətidir. Bu ümmətin Peyğəmbəri də, Peyğəmbərlərin sonuncusudur. Bu ümmətin alimləri, Bəni İsrailin Peyğəmbərləri kimidir. Hədisi-şərifdə belə olduğu bildirilir. Bu ümmətdə alimlərin varlığı kafi görüldü. Belə bir vaxtda, yəni Peyğəmbər əfəndimizdən min il sonra, mərifəti tam, alim və arif bir şəxsiyyət lazımdır ki, keçmiş ümmətlərdəki ülül-azm bir Peyğəmbərin yerini tutsun. Çünki bu ümmətin sonu Peyğəmbər əfəndimizin vəfatından min il sonradır, çünki min il keçməsində böyük bir xüsusiyyət və işlərin dəyişməsində qüvvətli təsirlər vardır. Bu ümmətdə və bu dində dəyişiklik olmayacağına görə, şübhəsiz keçmişlərdəki nisbətin və o sağlam yolun, sonra gələnlərdə yenidən qüvvətlənməsi mütləqdir. Beləcə, İmam Rabbani həzrətlərinin mübarək zatında nübüvvət və risalətin bütün üstünlüklərini toplayıb, bu yüksək məqamla digərlərindən ayırdılar. (Mənakıb və Məqamati- Əhmədiyyəi-Saidiyyə)

Həzrəti Mehdi İmamı Rabbani həzrətlərinin bildirdiyinə görə, özündən min il sonra gələcək və üçüncü minilliyin mücəddidi olacaqdır. (Faydalı Bilgilər)

Göründüyü kimi, heç bir alim, “İmam Rabbani həzrətləri, həzrəti Mehdinin Peyğəmbərimizdən min il sonra gələcəyini bildirir” deyə bir şey anlamamış, hamısı, Peyğəmbər əfəndimizdən min il sonra gələcək olan mücəddidin, İmamı Rabbani həzrətləri olduğunu bildirmişlər.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину