Sual: Sünni bir yazıçı, “Mehdinin ayaq səslərini eşidirəm” deyə bir yazı yazmış. İndi gələcək haqqında təxminlər yürüdür. İslamiyyətin təntənəylə gələcəyini söyləyir. Tarixdə bu Mehdi məsələsi çox istismar edilmişdir. Hər dövrdə Mehdinin gəldiyi, bu gün-sabah Qiyamətin kopacağı söylənmişdir. Bir çox insan da özünün Mehdi olduğunu elan etmişdir. Dövrümüzdə də hər künc-bucaqda mehdilik iddia edən çox adam var. Sünni yazıçı da görünür söylənənlərdən təsirlənmişdir. Görəsən bu yazıçının eşitdiyi ayaq səsləri kimə aiddir? Məzhəbsizlərin, dinsizlərin ayaq səsləri ola bilərmi? Bu yazıçı səsləri ayırd etməkdə çətinlik çəkmir ki? Çünki axır zamanda gün gündən betər olacaq, dinsizlik çoxalacaq. Belə ki “Hər əsr öncəkindən daha pis olacaq, beləcə Qiyamətə qədər pozulacaq” hədisi-şərifi pisliyin və küfrün sürətlə yayılacağını göstərir. İkinci minilliyinin mücəddidi İmam Rabbani həzrətləridir. Üçüncü minilliyin mücəddidi isə Həzrəti Mehdi olacağına görə, İmam Rabbani həzrətlərindən min il sonra Mehdi gəlməyəcəkmi?
CAVAB
Bəli, Həzrəti Mehdinin gəlişinə hələ ən az 600 il daha var. O gələnə qədər dinsizliklər, cinayətlər, hər cür pislik yayılmağa davam edəcək. İstisna olaraq bəzi bölgələrdə İslamiyyətə bağlananların olması hədisi-şərifə zidd deyil. Yuxarıdakı hədisi-şərif dünyada ümumi pozulmağı bildirir. Mehdiyəm deyənlərin heç birinə inanmamalıyıq. Mehdinin əlamətləri saytımızda sübutlarıyla birlikdə vardır.
Həzrəti Mehdi gəldikdə
Sual: Şeyx dedikləri bir nəfər, “Həzrəti Mehdi gələndə elektriklə və elektron işləyən heç bir şey olmayacaq, teknologiya tamamilə qalmayacaq” deyirmiş. Elə bir şey varmı?
CAVAB
Ateistlər və əcnəbilər, xüsusilə belə şeyxlərin üzündən İslamiyyətə tərs baxırlar. Texnologiya İslamiyyətə zidd deyil, İslamiyyətin əmr etdiyi bir elmdir. Həzrəti Mehdi İslamiyyətə zidd bir iş etməyəcək. Onun dövründə səmadan enən Həzrəti İsa da onunla birlikdə İslamiyyəti yayacaq. İki hədisi-şərif:
“Əshabı-Kəhf həzrəti Mehdinin köməkçiləri olacaq, İsa (əleyhissalam) da onun dövründə səmadan enib, Həzrəti Mehdi ilə birlikdə Dəccal ilə döyüşəcək.” [İ. Süyuti]
“İsa (əleyhissalam), adil bir hakim olaraq səmadan enəcək, İslamdan başqa her şeyi qadağan edəcək.” [Buxari]
Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.
В корзине: 0 шт.
на сумму: 0