Facebook Twitter WhatsApp

Dabbətül-arz

Sual: Ayə və hədislə, Qiyamətdən əvvəl çıxacağı bildirilən Dabbətül-arz adlı heyvan haqqında, “Dabbətül-arz, telefon, radio və ya televiziya ola bilər. Həm Dabbə kəliməsinin bir mənası da dəbələnən deməkdir. Mobil telefonlardakı vibrasiya xüsusiyyəti də buna bənzəyir” deyənlər çıxır. Əvvəllər də, “Dabbə, heyvan deyil, QİÇS xəstəliyidir” deyənlər var idi. Sabah nələr çıxaracaqları məlum deyil. Mehdinin ortaya çıxdığını da, mələklərin deyil, telefonların, radioların və ya televiziyanın xəbər verəcəyini söyləyənlər olur. Dediklərinə görə Dabbə haqqında Peyğəmbər əfəndimizin bildirdiklərini əyib-bükərək, başqa məna vermək lazım imiş, yoxsa bu əlamətlər ağla və elmə zidd olarmış. Belə böyük bir heyvanın yaradılması, 30 metrlik bir heyvanın insanları mömin və ya kafir deyə damğalaması mümkün deyilmiş. Allahü təala belə bir heyvanı yaratmaqdan niyə aciz olsun ki? Belə deməklə Allahü təalanın qüdrətinə qarşı gəlinmirmi? Möcüzə və kəramət əlbəttə ağla ziddir. Bunları necə inkar etmək olar?
CAVAB
Həzrəti İsa peyğəmbər olduğunu bildirdikdə, yəhudilər möcüzə göstərməsini istədilər. “Bu xəstəni sağalt görək” dedilər. O da mübarək əlini çəkdi və xəstə sağaldı. “Bu korun gözünü aç” dedilər. O da mübarək əlini çəkdikdə gözləri açıldı. Baxdılar ki, dedikləri olur. Daha çətin və imkansız bir şey istədilər. “Bu ölüləri dirilt” dedilər. Həzrəti İsa dua etdi və o ölülər də dirildi. Çox daha çətin bir şey axtardılar. “Palçıqdan bir quş düzəlt, məməli və dişləri olsun, heyz görsün, balalasın” dedilər. Onlara görə belə bir quşun olması mümkün deyildi. Həzrəti İsa palçıqdan düzəltdiyi fiqura üfürdü və istədikləri vəsfdə bir heyvan [yarasa] meydana gəldi. (Ali İmran 49)

Göründüyü kimi, inanmayacaq olan, ölüləri diriltdiyi halda yenə inanmır. Deməli, qeyri-adi hadisələr imtahana zidd deyil.


Torpaqdan ilk insanı, palçıqdan yarasanı yaradan Allahü təala Dabbə adlanan heyvanı yaratmaqdan acizdirmi? Belə bir heyvan ola bilməz demək, Allahü təala belə bir heyvan yarada bilməz deməkdir. Qurani-kərimdə Allahü təala Dabbə [heyvan] deyir, xəstəlik və ya alət demir. Açıq-aydın, danışan heyvan deyir. Budur o ayəti-kərimənin məali:
“O söz başlarına gəldiyi [qiyamət yaxınlaşdığı] zaman, onlara yerdən bir Dabbə [heyvan] çıxararıq. Bu Dabbə onlara insanların ayələrimizə qəti olaraq iman etmədiklərini söyləyər.” [Nəml 82]

Ayəti-kəriməylə bildirilən Dabbəni peyğəmbər əfəndimiz necə tərif etmişdir? “Fəraid-ül fəvaid”, “Müxtəsəri-Təzkirəyi-Qurtubi”, “Məqarib-üz-zaman” və “Əl qövl-ül müxtəsər fi əlamətil Mehdi-yi müntəzər” kitablarındakı hədisi-şəriflərdən bir neçəsi bunlardır:

“Dabbət-ül-arzın dəvə ayağı kimi dörd ayağı və quş kimi qanadları vardır. Başı öküz başına, qulağı fil qulağına, quyruğu isə qoç quyruğuna bənzəyir.”

“İnsanlar bu heyvandan qaçacaqlar. Kimi ondan qorxaraq namaza duracaqHeyvan bunun yanına gələr
, “Ey insan, indimi namaz qılırsan” deyərək üzünü damğalayar. Beləcə möminlər kafirlərdən ayırd edilərək tanınarlar.” [İnsanlar telefondan qaçıb, namazamı duracaqlar?]


“Dabbət-ül-arz Musanın əsası ilə möminə toxunar, alnına Cənnətlik yazılar, üzü nurlanar. Kafirə Süleymanın möhrünü vurar, Cəhənnəmlik yazılar, üzü qapqara olar.” [Tirmizi]

İmam Qurtubi həzrətləri buyurur ki:
Dabbə əgər sıradan bir şey və ya insan olsaydı, onda qeyri-adilikdən söhbət getməzdi və hədisi-şəriflərdə sözü keçən əlamətlər onda olmazdı. Kafirlərlə mübarizə aparan bir insan olsaydı, ona alim deyil, heyvan deyilməliydimi? Bu ağıl sahiblərinin yolu deyil. Dabbə bir heyvandır. (“Camiul əhkam”)

Bu heyvanın dəvə kimi olacaq olan ayaqları və qanadları haqqında bir təvil tapa bilməyiblər. Gələcəkdə bəlkə telefonun, radionun və ya televizor ekranının üstünə qoyulduğu masanın dörd ayağını söyləyə bilərlər. Qanadları üçün də bir şey uydurarlar. Telefondakı, radiodakı və televizordakı səslər və görüntülər bir şəhərdən başqa şəhərə uçub getdiyi üçün, qanad budur deyə bilərlər. Cənnət və Cəhənnəmi belə, bu dünyadadır deyə təvil edənlər çıxmışdır. O zaman təvil edilməyən nə qalıb ki?

Hədisi-şəriflərdə heyvanın ayaqlarına, qulaqlarına, qanadlarına, quyruğuna və başına çatana qədər tərif edilir. Allahü təala və Rəsulu heyvan deyərkən, Əhli-sünnət alimləri də təvil etmədən, “İnsan və ya başqa bir şey deyil, heyvandır” deyə izah etmişkən, heyvan deyil, QİÇS, telefon, radio və ya televizordur demək olarmı? Peyğəmbər əfəndimiz, “Mən heyvan desəm, siz radio kimi fərqli bir şey anlayın” deyirmiş kimi, çirkin bir şeyi necə iddia etmək olar? O zaman ortada din deyə bir şey qalmaz. Haşa Allahü təala və Rəsulu insanlar anlamasın deyə şifrəli şəkildə tapmaca kimi sözlər danışarmı? Açıq-aşkar Dabbə deyir, heyvan deyir. Bu heyvan deyil demək, ayələri, təvil yoluyla inkar etmək deməkdir. Bu Batinilikdir, yəni “Quranın Batini mənası var” deyərək həqiqi mənasını inkar etməkdir. Məalci məzhəbsizlər də, “Salat dua deməkdir, namaz dinimizdə yoxdur, dua vardır. Məscid deyə bir şey də yoxdur. Qəlb məscidində Allaha yalvarmaq lazımdır” deyirlər. Beləcə namazı, məscidləri inkar edirlər. Günümüzün Batiniləri də, Dabbə heyvan deyil, başqa şeydir deyərək Batiniliyə özənirlər.

Allahü təala Dabbətül-arzı yerdən, torpaqdan çıxaracağını bildirdiyi kimi, insanı da torpaqdan yaratdığını bildirmişdir. Yəni, “Allah insanı sudan, Dabbəni isə torpaqdan yaratdı” da demək olmaz. Bu ayəti-kərimələrdə insanın da torpaqdan yaradıldığı bildirilir:
“Allah qatında İsanın vəziyyəti, Adəmin vəziyyəti kimidir. Allah onu torpaqdan yaratdı. Sonra ona ol dedi və oldu.” [Ali İmran 59]

“Sizi torpaqdan yaratması, Onun [varlığının] dəlillərindəndir.” [Rum 20]

“O sizi yerdən [torpaqdan] yaratdı və sizi o yerdə yaşatdı.” [Hud 61]

“Sizi yerdən [torpaqda] yaratdıq, yenə sizi o yerə [toprağa] döndərəcəyik.” [Taha 55]

“Qutubü-sittə”də, Abdullah ibni Büreydənin rəvayət etdiyi hədisi-şərifdə Peyğəmbər əfəndimiz Dabbətül-arzın çıxacağı yeri göstərmişdir. Abdullah ibni Büreydə, “Məkkəyə yaxın ətrafı qum olan bir yerdə Rəsulullah əfəndimiz, “Dabbətül-arz buradan çıxacaq” buyurdu. İşarə edilən yerin eni və uzunluğu bir qarışdı” buyurdu. “Telefonun, radionun və ya televizorun ölçüsü bir qarışdır” da demək olmaz. Hədisi-şərifdə Dabbənin deyil, çıxacağı yerin bir qarış olduğu bildirilir. Bir qarışlıq yer yarılaraq, oradan daha böyük bir heyvan da çıxa bilər.

Dabbətül-arzın çıxdığını söyləyən şəxs necə olur ki, Günəşin qərbdən çıxmasına hələ 80–90 il var deyə bilər? Halbuki Peyğəmbər əfəndimiz bunların ard-arda çıxacaqlarını bildirir.

 

Bir hədisi-şərif məali:
“Qiyamət əlamətlərinin ilki, günəşin batdığı yerdən çıxması və quşluq vaxtında insanlara Dabbətül-arzın çıxmasıdır. Bunlardan hansı birinci çıxarsa, digəri də ondan dərhal sonra çıxacaq.” [Müslim, Əbu Davud]

“Bu qədər böyük heyvan ola bilməz” demək, qiyamətin böyük əlamətlərini inkar etmək sayılır. Qiyamətin böyük əlamətlərinin hamısı qeyri-adi hadisələrdir. İnanmayanların qəbul etməsi mümkün deyil.

“Ənam” surəsinin, “Rəbbinin bəzi ayələri [əlamətləri] gəldiyi gün əvvəldən iman etməmiş və ya imanında bir xeyir qazanmamış kimsəyə, o günkü imanı fayda verməz” məalindəki 158-ci ayəsini açıqlayan Peyğəmbər əfəndimiz buyurdu ki:
“Bu üç şey ortaya çıxdıqda, iman etməmiş və ya imanından xeyir görməmiş olana, imanı fayda verməz: Günəşin qərbdən çıxması, Dəccal və Dabbətül-arz.” [Müslim, Tirmizi, Beyhəki]

Qiyamətin böyük əlamətləri çıxmış olsaydı, artıq imanın fayda verməməsi lazım idi. O zaman bu təvilcilər niyə ateistləri Allaha inandırmağa çalışırlar? Bu haqda İmam Rabbani həzrətləri də buyurur ki:

Dabbətül-arz adlı heyvan çıxacaq, səmanı bir duman bürüyəcək, bütün insanlara gəlib onları incidəcək, hər kəs bunun acısından dua edib, “Ya Rəbb! Bu əzabı üzərimizdən götür. Sənə iman edirik” deyəcəklər. (2/67)

Göründüyü kimi Dabbətül-arz çıxdıqda hər kəs iman edəcək, amma artıq böyük əlamətlər çıxmış olduğu üçün iman qəbul edilməyəcəkdir.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину