Facebook Twitter WhatsApp

Həzrəti Mehdi gəldiyi zaman

Sual: Tam Elmihalda, “Həzrəti Mehdi, axır zamanda dünyaya gələcək. İsa əleyhissalamla görüşəcək, məzhəbləri ləğv edəcək, yalnız onun məzhəbi qalacaq” ifadəsindəki məqsəd nədir?
CAVAB
Həzrəti Mehdi gəldiyi zaman, haqq məzhəblərin hökmü unudulmuş olacaq, bidət məzhəbləri hər yeri bürüyəcək, ortada haqq bir məzhəb qalmayacaq. Yəni məzhəblərin doğru bilikləri qalmayacaq, sadəcə adları qalacaq, din düşmənləri və ya sapqınlar tərəfindən bu adlar sui-istifadə ediləcək.

Həzrəti Mehdi, ictihad edəcək, ictihadı Hənəfi məzhəbinə uyğun olacaq. İsa əleyhissalamın xristianlığı qadağan etdiyi kimi, Həzrəti Mehdi də digər pozulmuş firqələri, pozulmuş məzhəbləri qadağan edəcək. Pozulmuş məzhəbləri ləğv edəcəyi üçün məzhəbləri ləğv edəcək ifadəsi istifadə olunmuşdur.

Həzrəti Mehdinin üstünlüyü
Sual:
 Həzrəti Mehdi, dörd xəlifədən daha üstündürmü?

CAVAB
Qətiyyən deyildir. Bu mövzuda İmam Rabbani həzrətləri buyurur ki:

Rəsulullahın vəfatından min il keçdikdən sonra, ümmətindən göndərilən alimlərin sayı az olsa da, İslamiyyəti tam qüvvətləndirmələri üçün, çox yüksək olacaqlar. Rəsulullah əfəndimiz həzrəti Mehdinin gələcəyini xəbər vermişdir və min il sonra gələcəkdir. İsa əleyhissalam da, min il sonra, səmadan enəcək. Min il sonra gələn Övliyanın yüksəklikləri, Əshabı-kiramın yüksəkliklərinə bənzəyir. Hər nə qədər, Peyğəmbərlərdən sonra, ən üstün insanlar Əshabı-kiram olsa da, sonra gələnlər, onlara çox bənzədikləri üçün, hansıların daha üstün olduqları anlaşılmaz olmuşdur. Bəlkə də bunun üçündür ki, Rəsulullah əfəndimiz, “Əvvəlkilərmi daha üstündür, yoxsa sonrakılarmı? Bilmək olmaz” buyurdu. Yoxsa “Əvvəlkilərmi daha üstündür, yoxsa sonrakılarmi, bilmirəm” buyurmadı, çünki hansıların daha üstün olduğunu əlbəttə bilirdi. Buna görə, “Ən üstün olanlar, mənim dövrümdə yaşayan Müsəlmanlardır” buyurmuşdu, lakin çox bənzədikləri üçün, şübhə əmələ gəldiyinə görə “Bilmək olmaz” buyurdu.
Rəsulullah, Əshabı-kiramın dövründən sonra, Tabiinin dövrünün yüksək olduğunu bildirdi. Bundan sonra da Təbəyi-tabiinin dövrünün üstün olduğunu bildirdi. Bunların da min il sonra gələnlərdən daha üstün olduqları aydın oldu. Sonra gələnlərin, Əshabı-kirama çox bənzəməsi necə ola bilər deyilsə, belə cavab verərik ki, o iki əsrin, bu son gələnlərdən daha üstün olması, bəlkə onlarda Övliya sayının çox və bidət sahiblərinin az olduğu üçün ola bilər. Bunun üçün, sonra gələnlər arasında bir neçə Övliyanın, o iki əsrdə yaşayan Övliyadan daha yüksək olduğunu söyləmək, yanlış olmaz. Məsələn, həzrəti Mehdi belədir, lakin Əshabı-kiramın dövrü, hər cəhətdən, daha yüksəkdir. Bunun üzərində danışmaq belə lazımsızdır. Əvvəl gələnlər, onlardır. Naim Cənnətində yaxın olanlar onlardır. Başqalarının dağ qədər qızıl sədəqə verməsi, onların bir ovuc arpa verməsinin savabına qovuşdurmur. Allahü təala istədiyini rəhmətinə qovuşdurur. (1/209)


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину