Facebook Twitter WhatsApp

Günəşin qərbdən çıxması

Sual: Hədisi-şərifdə bildirilən qiyamətin böyük əlamətlərindən biri də Günəşin qərbdən çıxmasıdır. O zaman tövbə qapısı da bağlanacaq. Bu gün elm adamlarına görə, Günəşin qərbdən çıxa bilməsi üçün dünyanın bir an durması, sonra da əks istiqamətdə dövr etməsi lazımdır, amma bu da fizika qanunlarına görə mümkün deyil. Buna görə Günəşin qərbdən çıxması, qərbdə yerləşən Avropanın Müsəlman olması demək deyildirmi?
CAVAB
Qətiyyən elə deyil. Allah üçün mümkünsüz deyə bir şey ola bilərmi? Bunu edən yalnız Allahü təaladır. Allah bacarmaz demək olarmı? Allahü təala, dünyanı hal-hazırki oxundan çıxarıb başqa ox istiqamətinə sala bilməzmi? İstiqamət dəyişdikdə, Günəş qərbdən çıxmış vəziyyətdə görünəcək.

Peyğəmbər əfəndimiz, o hədisi-şərifi Ərəbistanda söyləmişdir. Ərəbistana nəzərən Qərb, Avropa deyil Afrikadır. Afrika Müsəlman olacaq desələr, bir az daha az yanlış olardı. Türkiyəyə nəzərən Avropa Qərbdədir. Asiyaya nəzərən isə Türkiyə Qərbdədir. Hər ölkənin qərbində başqa bir ölkə var. Qərbin Müsəlman olması demək, bütün dünyanın Müsəlman olması deməkdir, çünki qərbdə olmayan bir ölkə yoxdur. Dünya dairəvidir. Bu təvilin nə qədər məntiqsiz olduğu meydanda deyilmi?

Hədisi-şərifdə, “Günəş Qərbdən çıxdığı vaxt tövbə qapısı bağlanacaq, iman edənin imanı fayda verməyəcək” buyurulur. İndi, yuxarıdakı cəfəngiyat təvilə görə, Afrika və ya Avropa, yaxud bütün dünya Müsəlman olduqda, tövbə qapısı niyə qapansın ki? Tövbə qapısı qapalı olsa, iman edənə imanı fayda vermirsə, bunlar necə Müsəlman olacaq? Düzdür digər sözə təvil tapan buna da bir qulp qoyar. Peyğəmbər əfəndimizin hədisləri tapmaca kimi deyil. Mütəşabeh olanlar istisna olmaqla, hamısı söyləndiyi kimidir, “Mən alma desəm, sən armud anla” cinsindən deyil.

Dabbətül-arz
Sual:
 Qiyamətin böyük əlamətlərindən olan Dabbətül-arz haqqında QİÇS xəstəliyi deyənlər də olub. İndi isə, “bu kompyuter və internetdir” deyənlər çıxdı. Sabah hardansa işıq çıxsa, ona da Dabbətül-arz deyəcəklər? Bunlar səhv deyilmi?

CAVAB
Əlbəttə səhvdir, həm də çox böyük səhvdir. Çox açıq-aşkar olan ayə və hədisləri inkar etmək, böyük məsuliyyətli bir işdir.

Dabbətül-arz, qiyamətin qopmasına yaxın çıxacaq olan bir heyvandır. Qurani-kərimdə heyvan olduğu söylənir. Heyvan haqqında olan bir şey üçün kompyuter deyənə, zirvə təvil götürməz deyilməlidir. Bir ayəti-kərimə məali belədir:
“O söz başlarına gəldiyi zaman, [Qiyamət əlamətləri zühur etdikdə], onlara yerdən bir heyvan çıxararıq, bu heyvan onlara insanların ayələrimizə qətiyyətlə iman etməmiş olduqlarını söyləyər.” [“Nəml” 82, “Təfsiri Kurtubi”]

İki hədisi-şərif məali də belədir:
“Dabbətül-arz adlı heyvan, əsayi-Musa ilə möminə toxunar, alnına cənnətlik yazılar, üzü nurlanar. Kafirə, möhrü-Süleymanı vurar, cəhənnəmlik yazılar, üzü qapqara olar.” [Tirmizi]

“Bu üç şey ortaya çıxdıqda, iman etməmiş və ya imanından xeyir qazanmamış olana imanı fayda verməz: Günəşin qərbdən çıxması, Dəccal və Dabbətül-arz.” [Tirmizi]

Bu qədər açıq-aydın hökmləri təvil edə bilmək üçün ya dəli və ya bidətçi olmaq lazımdır. Normal insan heyvana kompyuter deyə bilməz.
Dabbətül-arz gəldikdə artıq iman fayda verməz deyilir, çünki bu qiyamətin böyük və açıq əlamətlərindəndir. Onu gördükdə artıq heç kim inkar edə bilməyəcək. Əgər iddia edildiyi kimi QİÇS kompyuter və ya internet olsaydı, bunlar çıxdıqda imanın fayda verməməsi lazım gələrdi. Dabbətül-arz çıxdıqda iman etmək artıq fayda verməyəcəyinə görə, Dabbə kompyuterdir deyənlər, niyə hələ də imansızların iman etməsi üçün çalışırlar ki?

İmam Rabbani həzrətləri buyurur ki:
Dabbətül-arz adlanan heyvan çıxacaq, göyləri bir duman bürüyəcək, bütün insanlara gəlib canlarını incidəcək, hər kəs bunun acısından dua edib, “Ya Rəbb! Bu əzabı üstümüzdən götür. Sənə iman edirik!” deyəcəklər. (2/67)


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину