Facebook Twitter WhatsApp

Qiyamət əlamətlərinin təvili

Sual: Bəzi insanlar, hədislərlə bildirilən günəşin qərbdən çıxmasını, Dabbətül-arz adlı heyvanın çıxıb əlindəki möhürlə bu Müsəlmanbu kafir deyə möhürləməsini, Həzrəti Mehdinin, Həzrəti İsanın və Dəccalın gəlməsini təvil edirlər. Bu qədər açıq şeylər, qeyri-adi hallar, imtahana ziddir. O zaman hər kəs Müsəlman olar”, deyirlər. Heç bir İslam alimi, qiyamətin böyük əlamətlərini belə təvil etmədiyinə görə, bunların təvilləri yersiz deyildirmi?
CAVAB
Əlbəttə yersizdir. Möcüzə və kəramət qeyri-adi bir haldır. Peyğəmbər əfəndimizin minə qədər möcüzəsi görülmüşdür, amma yenə də Əbu Cəhil kimilər inanmamışdır. İsa əleyhissalamın da bir çox möcüzəsi olmuşdur. Korları sağaltması, ölüləri diriltməsi kimi möcüzələri görüldüyü halda, 12 nəfərdən başqa iman edən olmamışdı. Bu 12 nəfər də möcüzə gördükləri üçün deyil, Peyğəmbər olduğuna inandıqları üçün iman etmişdilər.


Övliyayi-kiramdan da minlərlə kəramət zühur etmişdir. Bunları görən, amma iman etməyən qeyri-müsəlman çoxdur. Deməli, möcüzə və kəramət kimi hadisələr imtahanı pozmur. Üstəlik qiyamət əlamətləri görüldükdə iman edin deyilmir ki, əksinə imtahan müddətinin bitdiyi, bundan sonra imanın qəbul edilməyəcəyi bildirilir.

Hər bir halda, qiyamətin böyük əlamətləri görüldükdən sonra iman etsələr də, imanları qəbul edilməyəcək. Yəni bunları təvil etmək çox yersizdir. İmtahan bitdikdən sonra, doğru cavabları elan etmək niyə imtahana zidd olsun ki?
Təvil edənlərin məqsədi, günəşin qərbdən çıxması, Dəccalın və Dabbənin çıxması deyil. Məqsəd, Həzrəti Mehdinin və Həzrəti İsanın gəlməsini inkar etməkdir. Özlərinin irəli çəkdiyi şəxslərə Mehdi deməkdir. Belə təvil etmədikdə, öz adamlarının Mehdi olduğuna başqalarını inandıra bilməyəcəkləri üçün, bu yola baş vururlar.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину