Facebook Twitter WhatsApp

Cənnətdə günlər vardır

Sual: Cənnətdə günəş olmadığına görə həftənin günləri olacaqmı?
CAVAB
Dini kitablarımızda deyilir ki:
Günlərin bir-birindən ayrı olması üçün, günəşin çıxıb-batması və gecə-gündüz olması şərt deyil. Belə ki, qütblərdə altı ay gündüz və altı ay gecə olur. Amma altı aylıq, yəni yüz səksən günlük zaman deyirik. Cənnətdə də günlər ayrı-ayrı olacaq. Halbuki Cənnətdə Günəş yoxdur. (Səadətibədiyyə)

Möminlərin məqbul olanları, Cənnətdə hər səhər və axşam, dərəcəsi aşağı olanlar isə, hər Cümə günü, təcəlliyi-cəmalla və rüyətlə müşərrəf olacaqlar. (Hər kəsə Lazım Olan İman)

Bu mövzu haqqında bir neçə hədisi-şərif:
“Cümə, dünyada və Cənnətdə möminlərin bayramıdır.” [R. Nasıhin]

“Günlərin ən xeyrlisi Cümə günüdür. Adəm əleyhissalam Cümə günü yaradıldı, cümə günü Cənnətə qoyuldu, Cümə günü dünyaya göndərildi. Qiyamət də cümə günü qopacaq.” [Tirmizi]

“İnsanlar Cənnətdə də alimlərə möhtac olacaqlar. Hər Cümə günü Allahü təala, “Məndən nə istəyirsiniz diləyin” buyurar. İnsanlar, [heç bir şeyə möhtac olmadıqları, hər çeşid nemətə qovuşduqları üçün] nə istəyəcəklərini bilməyib, alimlərdən soruşarlar. Alimlər də, nə istəmək lazımdırsa söyləyərlər.” [Deyləmi, İbni Əsakir]

“Cənnətdə möminlər Allahü təalanı Cümə günü görəcəklər.” [Şira şərhi]

“Cənnət əhlinin bir gəzinti yeri var. Hər Cümə günü oraya gəldikdə, rahatlandıran bir məltəm küləyi əsər, paltarlarını və üzlərini oxşayaraq gözəlliklərini artırar. Xanımları, “Vallahi, bizimlə sonuncu dəfə görüşdükdən sonra sizin camal və gözəlliyiniz artıb" deyərlər. Kişilər də, "Vallahi, siz də çox gözəlləşmisiniz!" deyərlər."” [Müslim]

Dünya ilə müqayisə edilməyən Cənnət həyatı sonsuzdur. Hər həftə Cümə günü hər kəsin gözəlliyi artacaq, Allahü təalanın qüdrəti sonsuz olduğu üçün bu artışlar sonsuza qədər davam edəcək. Bu, Allahü təala üçün çətin deyildir.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину