Sual: “Quran hərfləri İslam hərfləri deyil, ərəb hərfləridir. Ərəb hərfləri ilə yazılmış yazılara ayaq basmağın heç bir zərəri yoxdur” deyənlər var. Cənnət dili ərəbcə olduğu kimi, Cənnətdəki hərflər də, ərəblərin istifadə etdikləri İslam hərfləri deyilmi?
CAVAB
Belə söyləyənlər dinimizin dəyər verdiklərini təhqir etmək istəyən pis niyyətli şəxslərdir. Qurani-kərimin yazıldığı hərflər, əlbəttə İslam hərfləridir. İslam hərflərinin üzərinə ayaq basmamaq, hörmət etmək lazımdır.
Cənnətdə danışıq dili də ərəbcədir. Bir hədisi-şərif:
“Cənnət əhlinin dili ərəbcədir.” [Tabərani, Hakim, İbni Əsakir, Abd-ür-rezzaq]
İlk insan olan Adəm aleyhissalam Cənnətin hər yerində İslam hərfləri ilə “La ilahə illəllah” yazılı olduğunu gördü. Yəni insanlar yox ikən də bu hərflər, bu dil var idi. (Miratı-Mədinə, Ruhül-bəyan təfsiri)
“Ruhul-bəyan” təfsirində, “Maidə” surəsinin 18-ci ayəsinin təfsirində, Həzrəti Ömərin xəbər verdiyi bu hədisi-şərif bildirilir:
“Adəm əleyhissalam, “Ya Rəbb, Muhamməd əleyhissalamın haqqı üçün məni əfv et!” deyə dua etdikdə, Allahü təala “Onu daha yaratmadım. Bunu hardan bildin?” buyurdu. “Ya Rəbb! Ərşdə, La ilahə illəllah Muhammədün Rəsulullah yazısını gördükdə, anladım” dedi” [Bu hədisi-şərif, imam Beyhəqınin “Dəlail” kitabında və hədis alimlərindən Hakimi Nişapurinin “Müstədrək” kitabında yazılıdır.]
Türkiyədəki seyidlər ərəb olduqları halda, kürtcə danışırlar. Kürtcə danışmaq kürd olmağı gərəkdirmədiyi kimi, ərəblərin İslam hərflərini istifadə etməkləri də, ərəb hərfləri olmalarını gərəkdirmir. İslam hərflərini 600 il boyu türkcə danışan Osmanlılar da istifadə etmişdirlər. Farsca danışan İran da, İslam hərflərini işlədirlər. Daha neçə-neçə ölkədə İslam hərfləri işlədilir. Qurani-kərimin hərfləri İslam hərfləridir. Üç hədisi-şərif:
“Allahü təala Ərşi yaratdıqda, üzərinə La ilahə illəllah Muhammədün Rəsulallah yazdı.” [İ. Rafii]
“Allahü təalanın Lövhi-məhfuzda yazdığı ilk şey, Bismilləhir-rahmənir-rahimdir.” [Deyləmi]
“Yer-göy yaradılmadan iki min il əvvəl, Cənnətin qapısında La ilahə illəllah Muhammədün Rəsulullah yazılmışdır.” [Ukayl, İ. Nəccar]
“Mirat-ül-Harameyn” kitabında deyilir ki: Adəm “əleyhissalam”, Cənnətdə ikən, Cənnətin hər yerində və Ərşin üzərində “La ilahə illəllah Muhammədün Rəsulullah” yazılı gördü. Onun, Allahü təalanın ən sevgili qulu olduğunu buradan anlamışdı. Bunlar, İslam hərfləri ilə yazılı idi. Dünya və Adəm əleyhissalam yox ikən, o hərflər var idi. Bütün kitablar və səhifələr İslam hərfləri ilə göndərilmişdir. (Səadəti-Əbədiyyə)
Qurani-kərimin hərfləri möhtərəmdir. “Hadiqada” və “Lətaifül-işarət” kitabında “Hud əleyhissalama gələn kitab İslam hərfləri ilə idi” deyə qeyd edilir. (Səadəti-Əbədiyyə)
İbni Abidin həzrətləri buyurur ki: Alimlərimiz Qurani-kərimin hərflərinə hörmət etməyin vacib olduğunu nəql etmişlər. Qiraət alimlərindən bəziləri Hud Əleyhissalama endirilmiş kitabın Quran hərfləri ilə yazıldığını söyləmişlər. Bu, yazının mütləq surətdə möhtərəm olmasını sübüt edir. Seyid Əbdülqəni Nablüsi buyurur ki: Hud əleyhissalama nazil olan kitab Quran hərfləri ilə yazılmışdır. Bunu İmam Qastalani “Əl-İşarət” adlı kitabında açıqlamışdır. (Rəddül-muxtar)
Hindiyyədə, “Bir kafirin adını ərəbcə yazıb bunu təhqir etmək caiz deyil. Çünki İslam hərflərinə hörmət lazımdır” deyə qeyd edilir. (Səadəti- Əbədiyyə)
Bostanül-arifində deyilir ki: Doğuşun rahat keçməsi üçün, “Bismilləhilləzi la ilahə illa huv Əl-Halim-ül Kərim. Sübhanə Rabbil Arş-il-azim Əlhamdülilləhi Rabbil aləmin” və sonra “Naziat” surəsinin son ayəsini və Kə-ənnəhümdən başlayaraq “Əhqaf” surəsinin son ayəsini İslam hərfləri ilə yazıb, suda həll edib doğuşa girən qadına içirmək lazımdır. (Səadəti-Əbədiyyə)
Qurani-kərim Allah sözüdür. Allahü təala sözünü İslam hərflərinin və səslərinin içinə qoyub, Peyğəmbər əfəndimiz Muhamməd əleyhissalama göndərmişdir. (Dıyaül-Kulub)
Demək ki, Quran yazısı İslam yazısıdır. Yazıya da, hərflərinə də hörmət etmək lazımdır.
Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.
В корзине: 0 шт.
на сумму: 0