Facebook Twitter WhatsApp

Kafirlərin yaxşı işləri

Sual: Bəşəriyyətə bir çox xidmət göstərmiş kafirlərin yaxşı işləri, kəşfləri nəzərə alınacaqmı? Yoxsa cəmiyyətə böyük zülümləri olan bir kafir ilə eyni cür rəftar ediləcək?
CAVAB
Xeyr, eyni cür rəftar edilməyəcək. Səkkiz Cənnət, yeddi Cəhənnəm vardır. Cənnətdəkilərin ixlaslarına və əməllərinə görə dərəcələri fərqlidir. Peyğəmbərlərlə, şəhidlərlə adi bir Müsəlmanın dərəcəsi eyni deyildir. Cəhənnəmdəki kafirlərin vəziyyəti də belədir. Firon kimi ilahlıq iddia edib, körpə, məsum uşaqları qətl edən bir zalımla, özündən başqa heç kimə zərəri dəyməyən, cəmiyyətə müxtəlif xidmətlər göstərmiş bir kafirin vəziyyəti eyni deyildir.

Cəhənnəm 7 təbəqədir. Hər birinin əzabı üstündəkindən daha şiddətlidir. (“Fəraidül-fəvaid”)

1-ci təbəqə: Adı Cəhənnəmdir, əzabı ən yüngül olandır. Burada, günahkar Müsəlmanlar əzab görəcək.
2-ci təbəqə: Adı Sairdir. Atəşi və əzabı şiddətlidir. Burada Tövratı dəyişdirənlər (yəhudilər) əzab görəcək.
3-cü təbəqə: Adı Səkardır. Bu daha şiddətlidir. Burada İncili dəyişdirənlər (xristianlar) əzab görəcək.
4-cü təbəqə: Adı Cahimdir. Burada Günəşə, ulduzlara sitayiş edənlər əzab görəcək.
5-ci təbəqə: Adı Hutamədir. Burada məcusilər, buddistlər, brahmanlar əzab görəcək.
6-cı təbəqə: Adı Lazydır. Orada ateistlər, müşriklər, dinsizlər əzab görəcək.
7-ci təbəqə: Adı Haviyədir. Ən şiddətlisidir. Burada münafiq və mürtədlər əzab görəcək.

Hər təbəqədəki kafirlərin də əzabı fərqlidir. Eyni təbəqədə olan səxavətli bir kafir ilə zalım bir kafirin əzabı eyni deyil. Hər kafir zülmünün dərəcəsinə görə fərqli əzab görəcək. Yerləri eyni olmasına baxmayaraq əzabları fərqli olur. Zalım kafir, digər kafirlərə görə əzabı daha şiddətli hiss edər.
Cənnət nemətləri də belədir. Dərəcəsi yüksək olan daha çox faydalanar. İmam Rabbani həzrətləri buyurur ki: Dünyada İslamiyyətin yalnız surətinə qovuşanlar, Cənnətin də yalnız surətinə qovuşacaqlar, yalnız onun həzzini, dadını alacaqlar. Dünyada İslamiyyətin həqiqətinə qovuşanlar, Cənnətin də həqiqətinə qovuşacaqlar. Cənnətin yalnız surətinə və yalnız həqiqətinə qovuşanlar, eyni nemətlərdən, məsələn eyni meyvədən yedikləri halda, fərqli ləzzət hiss edəcəklər. Rəsulullahın zövcələri möminlərin analarıdır, Cənnətdə Rəsulullahın yanında olacaqlar, eyni meyvəni yeyəcəklər, fərqli dad alacaqlar. Hiss etdikləri ləzzət eyni olsaydı, möminlərin analarının bütün insanlardan [Peyğəmbərlərdən də] daha üstün olmaları lazım gələrdi. (2/50)

Cəhənnəmdən qurtulmaq yalnız Müsəlmanlara məxsusdur. Kafirlərin yaxşı işləri nə qədər çox olur-olsun, onları Cəhənnəmdən xilas edə bilməz və əzablarını yüngülləşdirə bilməz. İki ayəti-kərimə məali belədir :
“De ki: Sizə ən çox ziyana uğrayanları xəbər verəkmi? Onlar dünya həyatında yaxşı işlər gördüklərini zənn etdikləri halda, əziyyətləri boşa gedən kimsələrdir. Elə onlar, Rəbblərinin ayələrini və Ona qovuşmağı [dirilməyi, hesabı, cəza və mükafatı] inkar edən, buna görə də əməlləri boşa gedən kimsələrdir. Onlar üçün qiyamət günü, heç bir tərəzi tutmarıq. [Yaxşılıqları ilə pisliklərini ölçmərik, çünki əməlləri boşa getmişdir, tərəziyə qoyulacaq məqbul işləri qalmamışdır.] [Kəhf 103, 104, 105]

“Kafirlərin yaxşı işləri ucsuz-bucaqsız çöllərdə görünən ilğıma bənzəyir. Susayan kimsə onu uzaqdan su zənn edir, amma yanına çatanda, umduğunu tapa bilmir.” [Nur 39]

Kafirlərin əzabları yüngülləşməz. İki ayə məali belədir :
“Kafirlər öldürülməz ki, ölsünlər, Cəhənnəmdəki əzabları da heç vaxt yüngülləşdirilməz.” [Fətir 36]

“Onlar, Cəhənnəmin gözətçilərinə, “Rəbbinizə yalvarın ki, heç olmasa bir gün əzabımızı yüngülləşdirsin” deyəcəklər. Halbuki kafirlərin yalvarışı boşunadır.” [Mömin 49, 50]

Demək ki, kafirlərin dünyada etdikləri yaxşılıqlar və faydalı işləri əzablarını yox etməz, aşağıda açıqlandığı kimi, sadəcə əzabı daha yüngül olan Cəhənnəmin bir təbəqəsinə girmələrinə yardım edər.

Bəzi alimlər, “Kafirlərin əzabı yüngülləşdirilməz” ayəsini açıqlayarkən, “Zaman baxımından yüngülləşdirilməz, sonsuz əzab görər, amma yaxşılıqlarına görə əzabı yüngülləşənlər olur” deyərək bu ayələri bildirmişdirlər:
“Qiyamət günü ədalət ölçüsünü ortaya qoyarıq. Heç kimə bir zülüm edilməz, [pisliyin cəzası ədalətlə verilər], xardal dənəsi qədər yaxşılıq edən qarşılığına qovuşar.” [Ənbiya 47]

“Zərrə qədər xeyir iş görən savabını, zərrə qədər şər iş görən cəzasını görəcəkdir.” [Zilzəl 7,8]

Kafirlərin əzabları sonsuzdur, yüngülləşdirilməz, amma cəzası yüngül olanlar ola bilər, ayda, ildə bir gün əzab görməyənlər ola bilər. Bu mövzu haqqında hədisi-şəriflərdən bəziləri belədir :
“Cümə istisna olmaqla, zəval vaxtı namaz qılmaq məkruhdur. Çünki Cümə günü Cəhənnəm qızdırılmaz, digər günlər Cəhənnəm atəşinin dərəcəsi artırılar.” [Əbu Davud, Bəyhəki, İ. Adiy]

“Zəval vaxtı Cəhənnəm çox şiddətlənir.” [Müslim, Əbu Davud, Tirmizi, Nəsai]

“Cəhənnəmdə ən yüngül əzab Əbu Talibə edilər. Atəşdən geydirilən iki səndəl səbəbiylə beyni qaynayar.” [Müslim] (Əbu Talibin dirildilərək iman etdiyi “Müxtəsəri-Kurtubi”dəki hədisi-şərifdə bildirildi.)

Rəsulullah əfəndimiz kafirlərin, dünyada etdiyi yaxşılıqların, onları Cəhənnəmin əbədi əzabından xilas etməyəcəyini, amma zalım kafirlə müqayisədə, əzabı daha az hiss etməsinə səbəb olacağını bildirərək, bu məaldəki ayəni oxumuşdu: “Fironun ailəsini əzabın ən şiddətlisinə salın.” [Mömin 46] (Hakim)

Əbu Ləhəb Rəsulullah əfəndimizin dünyaya gəldiyini müjdələyən cariyəsi Süveybəni sevincindən azad etmişdi. Buna görə də, hər il, Rəbiul-əvvəl ayının 12-ci gecələri əzabı yüngülləşər. İki barmağının arasından çıxan sərin suyu əmərək rahatlaşar. (M. Nəsihət)

Deməli, kafirlər sonsuz Cəhənnəmdə qalmaqla yanaşı, aralarında həftədə, ayda və ya ildə bir dəfə əzabları yüngülləşənlər ola bilər. Bunlar istisnadır, istisna isə qaydanı pozmaz.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину