Sual: Bir kimsə, dünyada çox faydalı işlər görsə, kəşfləri olsa, lakin Muhamməd əleyhissalama inanmasa, bu kimsənin etdiyi yaxşı işlər bu adamı axirətdə xilas edə bilərmi?
Cavab: Axirətdə Cəhənnəmdən qurtulmaq, yalnız Muhamməd əleyhissalama tabe olanlara məxsusdur. Dünyadakı xeyir və həsənət, yəni bütün yaxşılıqlar, bütün kəşflər, bütün hallar və bütün elmlər Rəsulullah əfəndimizin yolunda olmaq şərti ilə axirətdə işə yarayacaq. Yoxsa, Allahü təalanın Peyğəmbərinə tabe olmayanların etdiyi hər yaxşılıq, dünyada qalır və axirətin xarab olmasına səbəb olur. Yəni hər biri yaxşılıq şəklində görünən bir istidracdır. Belə ki, dünyadakı faydalı və xeyirli işlərdən cənab Haqqın ən çox bəyəndiyi iş, məscid tikdirməkdir. Məscid tikdirməyin çox savab olduğunu bildirən hədisi- şəriflər vardır. Həmçinin, “Tövbə” surəsi, 18-ci ayəsində məalən:
“Kafirlərin məscid tikdirmələri caiz deyildir. Yerində və yararlı bir iş deyildir. Onların məscid tikdirmələri və digər bütün bəyəndikləri əməlləri, Qiyamətdə onların işlərinə yaramayacaq və Muhamməd əleyhissalama tabe olmadıqları üçün Cəhənnəmə girib, çox acı əzablarda sonsuz qalıb cəzalandırılacaqlar” buyuruldu.
Bir insan min illərlə ibadət etsə, ömrünü nəfsini təmizləməklə keçirsə, gözəl xasiyyəti ilə ətrafındakılara və keşf etdiyi alətlərlə bütün insanlara faydalı olsa, Muhamməd əleyhissalama tabe olmadıqca əbədi, sonsuz səadətə qovuşa bilməz.
Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.
В корзине: 0 шт.
на сумму: 0